Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC üzvlərinə qarşı “gizli silah”

Hasilatı artırmaq və qiymətləri endirmək üçün Tramp onlara necə təzyiq edə bilər?

“Middle East Monitor”, 04.03.2019

ABŞ Konqresində qanunvericilik prosesinin ilk mərhələsində olan bir qanun layihəsi ilə bağlı çoxlu şərhlər var. Bu, “Neft məhsulu istehsalçısı və ixracatçı olan ölkələrə qadağaya dair 2019-cu il Aktı”dır – qısaca, NOPEC.

2019-2020-ci illərdə neft qiymətləri hansısa anda yüksəlməyənə qədər təklif olunan qanun layihəsi diqqəti elə də çox cəlb etməyəcək.

Amma NOPEC layihələri hələ ötən ayın əvvəlində Nümayəndələr Palatasına (HR 948) və Senata (S 370) təqdim olunub, burada ilkin baxışda sonra ətraflı müzakirə üçün müvafiq komitələrə göndərilib.

Bu qanun layihələri hər hansı bir xarici dövlətin neft istehsalını və ya paylanmasını məhdudlaşdırmaq, qiymətlərin müəyyənləşdirilməsi və ya başqa bir şəkildə ABŞ-dakı qiymətlərə təsir göstərdiyi təqdirdə, neft ticarətini dayandırmaq üçün kollektiv hərəkət etməyə dair “Şerman Antiinhisar Qanunu”na düzəlişləri nəzərdə tutur.

Həmin qanun layihələri suveren immunitetin istənilən müdafiəsini də aradan qaldıracaq. Yalnız baş prokuror məhkəmədə icra tədbirlərini tətbiq etmək səlahiyyətinə malik olacaq.

İki illik Konqresə, bir qayda olaraq, minlərlə qanun layihəsi təqdim edilir və onlardan yalnız bir neçə yüzü, xüsusilə dövlət xərcləri ilə bağlı maliyyə layihələri qanunlara çevrilir.

Son Konqresə 13 mindən çox qanun layihəsi təqdim edilib və onlardan yalnız 2 mini bir və ya digər palatada nəzərdən keçirilib, həm də 500-dən azı qəbul olunub və prezidentə imza və ya veto qoymaq üçün göndərilib.

Hazırda NOPEC layihələrinin Nümayəndələr Palatasında yalnız 6 və Senatda 4 sponsoru var, hələ ki layihənin qəbuluna keçid verilməyib.

Prezident seçilməzdən öncə və seçildikdən sonra Donald Trampın OPEC-i dönə-dönə tənqid etməsinə baxmayaraq, nəticə hasil olmadığından administrasiya başçısı ona təqdim edildiyi təqdirdə, yəqin ki, qanun layihəsinə imza atacaq və ya veto qoymaqdan vaz keçəcək.

Üst səviyyə səlahiyyətlilər də prezidentin qanun layihəsini rədd etməməsi üçün ayıq-sayıqdırlar.

Fevralın son günü keçirilən mətbuat konfransında energetika naziri jurnalistlərə deyib ki, “biz qanun layihəsinin qəbul ediləcəyi halda, nəticələrdən kənar təsirlərə məruz qalmamaq üçün qanunu qəbul etməzdən əvvəl, həqiqətən, diqqətli olmalıyıq”.

Lakin Ağ Evin İdarəetmə və Büdcə İdarəsi hər iki palatanın qanun layihəsini qəbul etdiyi halda, necə təpki verəcəyini göstərən rəsmi açıqlama verməyib.

Bürokratik bəyanatlar, adətən, prezidentin qanun layihəsini “imzalayacağı” və ya “veto qoyacağı”nı söyləyir. Yaxud “imzalamağa” və ya “veto qoymağa” dair məsləhətçilərinin hansı tövsiyədə olduğunu.

2007-ci ildə Buş administrasiyası NOPEC qanun layihəsi ilə əlaqədar bir şərh verib və sonra prezidentə təqdim ediləcəyi təqdirdə, “böyük məsləhətçilərinin ona veto qoymağı tövsiyə edəcəyi” açıqlanıb.

İdarəetmə və Büdcə İdarəsinin 22 may 2007-ci il tarixli bəyanatına əsasən, “Administrasiya HR 2264 saylı “2007-ci ildə Neft məhsulları istehsalına və ixracına qadağa Aktı”nın qəbuluna qarşıdır”.

Ancaq hazırda ABŞ prezidenti bu məsələdə heç bir təzyiq altında deyil.

Hazırkı NOPEC qanunvericiliyi Səudiyyə Ərəbistanı və Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) digər üzvlərinə qarşı bəzi təsir alətləri təqdim edir.

Əgər Səudiyyə Ərəbistanı neft bazarının həddən artıq sərtləşməsinə imkan verərsə və qiymətlər yüksəlməyə başlayarsa, NOPEC üzrə qanun layihələri Konqresdə daha çox diqqəti cəlb etməyə başlayacaq və qanunvericilik prosesi sürətlənəcək.

Hökumət daha çox neftə sahib olmaq və qiymətləri yenidən aşağı salmaq üçün Səudiyyə Ərəbistanı və müttəfiqlərinə təzyiq məqsədi ilə, NOPEC təhdidindən istifadə edə biləcək.

Prezident vetosu, ya da veto qoymaya dair administrasiya siyasətini açıqlayan bir bəyanat gələcəkdə Səudiyyə neft istehsalının artması ilə nəticələnə bilər.

Alternativ olaraq, administrasiya regionda digər diplomatik məqsədlər üçün də, ehtimal ki, İran və Yaxın Şərq sülh prosesində veto və ya administrasiya siyasəti barədə bəyanat verə bilər.

Buna görə də, NOPEC qanun layihəsi ABŞ-ın Səudiyyə Ərəbistanı və OPEC-in digər üzvləri ilə müzakirələrdə faydalı qaynağı təmin edir.

Administrasiyanın, bu təhdidləri əks üstünlük təmin etmədiyi halda, tablonu tamamilə dəyişmək üçün heç bir səbəbi yoxdur.

Mövcud NOPEC layihələrinin, mövcud şəraitə uyğun olaraq, Konqresdə az diqqət cəlb etməsi ehtimalı var, çünki neft qiymətləri hələ 1 barelə 70 dollara qədər qalır.

Lakin neft qiymətləri artarkən, mənzərə çox fərqli olacaq və Səudiyyənin daha çox neft istehsalı və qiymətə qapaq qoymaq üçün palatalar qanun qəbul etmə çarxlarının hərəkətini artıracaq.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: OPEC

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar