Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baba Rzayevdən qaçqınlara, qazilərə və şəhid ailələrinə qarşı kobudluq- Mingəçevirdə qalmaqal

Mənbənin iddiasına görə, Baba Rzayev işçilərə qarşı kobud ifadələr işlədib

“Martın 1-də Energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Qoyuluş güclərinin optimallaşdırılması və bərpası” Proqramı çərçivəsində “Azərbaycan” İES-də görülən işlərlə yerində tanış olmaq üçün Mingəçevirdə səfərdə olublar. Nazirin iştirakı ilə “Azərbaycan” İES-in fəaliyyətinə baxış keçirilib, müzakirələr aparılıb”.

Bu barədə “AzPolitika.info”ya məlumat verən mənbə bildirib ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” İES-də proqramda nəzərdə tutulan tədbirlərə uyğun olaraq görülən işlərdən danışıb: “Bildirilib ki, 6 və 7 saylı enerji bloklarında turbin və qazanlarda əsaslı təmir işləri görülüb. Yenidənqurma çərçivəsində 6 və 7 saylı enerji blokları, 1 və 2 nömrəli əlaqə avtotransformatorlarının 550 kV-luq Açıq Paylayıcı Qurğularında olan istismar müddəti başa çatmış bütün avadanlıqlar yeniləri ilə əvəz edilib, müasir eleqaz açarları, ölçü transformatorları, yeni kabel kanalı və idarəetmə kabelləri quraşdırılıb”.

Məbənin məlumatına görə, diqqətçəkən hadisə işçilərlə görüş zamanı yaşanıb: “Belə ki, yanvar ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi göstərişi əsasında işlərinə bərpa olunan Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin işçiləri “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevə yaxınlaşaraq öz minnətdarlıqlarını bildiriblər. Daha sonra isə onlar deyiblər: “Azərbaycan” İES-də çalışan bütün işçilərin əmək haqqı nəzərəçarpacaq dərəcədə artırılıb. Əgər mümkündürsə, bizim maaşların artırılmasını təmin edəsiniz. Çünki biz 12 saat ağır iş rejimində çalışırıq”.

Ancaq bu zaman işçilər gözləmədikləri vəziyyətlə üzləşiblər. Mənbənin iddiasına görə, Baba Rzayev işçilərə qarşı kobud ifadələr işlədib. “Hələ bu azmış kimi məcburi köçkün, müharibə veteranı, Şəhid ailəsi olduğunu deyənləri də lağa qoyaraq aşağılayıb”, – deyə mənbə bildirir. İşçilər bununla bağlı Prezident İlham Əliyevə videomüraciət hazırlayırlar.

“Azərenerji” ASC-nin də mövqeyini işıqlandırmağa hazırıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar