Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanı bir ailə və ya ailələr idarə edə bilərmi?

Bir adam Rotşildlər üçün öz ölkəsini necə qarət edə bilir…

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 1 mart 2019-cu il

Dünyadakı qüvvələrin təzahürü insandan insana dəyişir. Lakin mən ailələrə nəzər salıram. Tez-tez yazdığım kimi, Rotşild ailəsini və bu ailənin yanında yer alanları izləyirəm. Həmçinin, onlara qarşı çıxanları da...

Hər nə qədər ailələrin gücündən bəhs etsəm də, fikirlər bəzən qarışır. Bəziləri başa düşə bilmir ki, bir ailə və ya ailələr ittifaqı necə hər şeyə qərar verə bilər? Təbiidir. Heç öyrədilməmiş bir şey haqqında danışmağa başlayanda suallar da çoxalır.

Lakin mənzərənin daha aydın görünməsi üçün israrla eyni cığırda gəzmək lazımdır!

Dünyanı bir ailə və ya ailələr idarə edə bilərmi?

Bu, illərdir müzakirə edilir. Sadəcə olaraq, Türkiyə bu məsələlərə yaddır.
Bu mövzu ilə bağlı heç nə yazılmır, deyilmir. Vəziyyət belə olduqda başımıza gələn hadisələrin səbəbini tapmaqda çətinlik çəkdik. Yaxın tarixdən nümunə verim. Bu nümunə ilə həm mövcud balansı anlayaq, həm də bu gün ABŞ-la Rotşild ailəsi arasında yaşanan gərginliyi daha yaxşı görək.

Yanis Varufaki... Bəlkə də bu ad indi heç kimin yadında deyil. Normaldır. Tez yada düşən birisi deyil.

Varufaki 27 yanvar 2015-ci ildə Yunanıstanın Maliyyə Naziri olub. Esseks Universitetinə dəvət edildiyi zaman artıq gələcəkdə Yunanıstanda nazir olacağını bilirdi. Çünki Rotşild ailəsi verdiyi sözü tutacaqdı. 27 yanvar 2015 - 6 iyul 2015-ci illər aralığında, yəni 5 aya yaxın vəzifədə olmuşdu. Bəs bu müddətdə nə oldu?

Pirae limanı da daxil olmaqla, Rotşild ailəsinin Çindəki şirkəti “COSCO”-ya bir çox limanı verib. Ölkədəki 14 hava limanının da yenə Rotşild ailəsinin Almaniyadakı şirkəti “Fraport AG”-yə verilməsi ilə bağlı razılaşma hazırlanıb.

Təbii ki, hadisə bundan ibarət deyil...

Ssenaridə yazılanlar artıq səhnəyə gəlir...

Yunanıstan dövlətinin 400 milyard dollarlıq borcu gündəlik faizlərlə birlikdə 870 milyarda qədər artırılıb. BVF-yə borclu kimi görünsələr də, əslində, Rotşild ailəsinə borclu idilər. Bu əməliyyatların arxasında dayanan Yanis Varufakis idi. İşini bitirdi və Avstraliya pasportunu qazandı.

Bəziləri daha əvvəldən Avstraliya pasportu aldığını irəli sürürdü. Şayiələr bu yöndə olsa da, həqiqət başqa idi.

Əməliyyatlar nəticəsində mükafatını da qazanırdı. Bir yunan bir ailə tərəfindən yetişdirilirdi. Həmçinin xaricdən də dəstək görürdü.

Daha sonra da ölkəsinə nazir kimi təyin edildi. Nəticədə, ölkəsinin qarət edilməsi üçün qapısını sonuna qədər açırdı. İllərdir izah etmək istədiyim modellərdən biri də bu idi. Çünki sistem belədir!

Əlbəttə ki, Yanis Varufakisə milyard dollarlıq hədiyyə çeki də təqdim edilib.

Sizcə, getdiyi hər yerdə böyük uğurlar qazanmış kimi qarşılanan bu adamdan dünya siyasətində təkcə bir dənə var? Üzərində düşünməli olduğumuz məsələ budur...

Ölkələrin toplarla, tüfənglərlə işğal ediləcəyini düşünürsünüzsə, yanılırsınız. Mülki maliyyə modelləri də var. Bu, daha asandır və həmçinin, hədəfdəki ölkənin uşaqlarından istifadə edilir.

Bəzən sağçılardan, bəzən də solçulardan istifadə edirlər. Ən bədbəxt tərəfi isə odur ki, istifadə olunan şəxs də bundan xəbərdar olur.

Qane olmayanlar üçün məsələni bir az daha aydın şəkildə izah edək...

Bu gün BMT-yə üzv olan bütün ölkələrdəki hökümətlərdə ən azı 2, ABŞ və İngiltərə kimi önəmli ölkələrdə 7 nazirə sahib olan Rotşild ailəsi var. Deməli, Rotşild ailəsi çox güclüdür. Hətta o qədər güclüdür ki, ABŞ-la müharibə edəcək qədər bilgisi var. Bu qədər böyük bir gücü ailənin ən önəmli adamı olan Ceykob Rotşild mi idarə edir? Xeyr.

Əlbəttə ki, xeyr! Çünki ailədə bir qərar komitəsi var. Son qərarı Ceykob Rotşild versə belə, ailənin 100 illik layihəsi uğurla nəticələnib və Ceykob Rotşild olmasa da, görünür, bu quruluş yaxın tarixdə gücünü itirməyəcək.

Devid Rokfeller vəfat etməsəydi, bu gün ABŞ-la Rotşild arasında bir müharibə baş verməzdi. Çünki Rokfeller ailəsi, heç bir zaman Rotşild qədər təsirli olmayıb. Onlarla birlikdə addımladığı üçün Rokfeller ailəsi Rotşild ailəsinin icazə verdiyi qədər böyüyə bildi. Heç vaxt Rotşild ailəsi ilə üz-üzə gəlməyən Rokfeller ailəsində Devid Rokfellerin 102 yaşında vəfat etməsilə münasibətlər kəsildi. Çünki Rokfeller ailəsində komitə yox idi. Tək lider Devid Rokfeller idi.

Başqa ailələrin də Rotşild ailəsilə toqquşma yaşaması ehtimalı bu gün Dərin Amerikanın ən böyük xəyalıdır. Bunun nə dərəcədə olacağını heç kim bilmir.

Vaşinqtonun Yunanıstanı itirməsi böyük plan üçün ən ağır zərbə oldu.

Yunanıstan üzərindən Egey dənizini NATO dənizi etmək istəyən Pentaqon bu plandan imtina etdi. Yunanıstan üzərindən Türkiyəni bir neçə əlavə problemlə məşğul etmək istəyən, ardınca da Suriya planı ilə Ankaranı oyundan kənarda saxlamaq istəyən Pentaqon artıq yeni bir plana fokuslanıb.

Suriya üzərindən YPG ilə birlikdə daha təsirli bir ünsür də əlavə edərək gələcəklər. Pentaqonun istəyi budur.

Yeni ünsürün necə bir şey olduğunu hələlik bilmirəm. Sadəcə olaraq belə bir şey planlayırlar! Türkiyənin gözlənilməz əməliyyatlarına qarşı da mütləq YPG-yə dəstək verəcəklər. Pentaqonun Suriyadan çıxmaq qərarı müəyyən bir qrupu orada buraxaraq planı dəyişdirməsi ilə bağlıdır. Yeni oyuna hazırlaşırlar...

O, plandakı dəyişikliyin Türkiyəyə bu il sonundan etibarən ciddi problemlər gətirəcəyini öncədən görənlərdən biridir. Çünki hər nə qədər ABŞ-la yaxın münasibətdə kimi görünsə də, Yunanıstan əmrləri Rotşild ailəsindən alır.

Pentaqon da, bu səbəbdən, Türkiyəni YPG ilə çətin vəziyyətdə qoymaq istəyəcək. İkili münasibətlərdən bir nəticə çıxmadığı təqdirdə, təbii ki! YPG-nin yanına kimi qoyacaqlarını baxıb görəcəyik! Ya da, ümumiyyətlə, belə bir plan qura biləcəklərmi? Mehmetçik buna icazə verəcəkmi?! Yoxsa Ankara sürətli bir həmlə ilə hər şeyi silib atacaqmı?! Gözləyək...

Unutmayaq ki, Tramp belə Ağ Evdə rahat deyilkən öz yolu ilə gedən ölkələrin başında Türkiyə var. Çətin şərtlərə, iqtisadi hücumlara rəğmən gedirik... Heç şübhəniz olmasın ki, gedəcəyik də...

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar