"Qalatasaray"ın baş məşqçisi Fatih Terim dünən sonuncu dəfə müqavilə imzalayıb
"Cim-bom"la sözləşmə müddətini 2024-cü ilə qədər uzadan təcrübəli mütəxəssis həmin tarixdən sonra karyerasını bitirəcək.
Ancaq 66 yaşlı çalışdırıcının sevimli komandasından ayrılmaq fikri yoxdu. Belə ki, o, məhz 2024-cü ildən etibarən rəhbər vəzifədə çalışmaq üçün hərəkətə keçəcək. Terimin müqavilə müddəti bitər-bitməz "Qalarasaray"da prezident seçkiləri olacaq. O da həmin seçkilərdə namizədliyini irəli sürmək niyyətindədi.
Hər şey planlaşdırılan məcrada getsə, Fatih Terim 70 yaşında "sarı-qırmızılılar"ın prezidenti seçiləcək.(goal.az)
pia.az