Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: “Paşinyan artıq danışıqlara getmək iqtidarında deyil”

PİA.az Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Füzuliyə gələrək burada yeni yaşayış məntəqəsi salacaqlarını və rəsmi Yerevanın mövqeyini bəyan edərək bir santimetrdə torpağı güzəştə getməyəcəklərini vurğuladı. Qeyd edim ki, bu bəyanat Paşinyanın prezident İlham Əliyevlə görüşmək istəyinin ardınca verildi. Vanetsyan Paşinyanın razılığı olmadan belə bir bəyanat səsləndirə bilməzdi. Yaxud da öz komandasına nəzarət edə bilmir.

Bu gün Ermənistan cəbhədəki nisbi atəşkəsdən sui-istifadə edərək cəbhədə müdafiə xəttini gücləndirir və ərazilərdə yeni yaşayış məntəqəsi tikir. Bundan bir neçə gün əvvəl, Ermənistanın müdafiə naziri David Tonoyan cəbhə xəttində olarakən müdafiədən hücum strategiyası barədə bəyanat vermişdi. Qeyd edim ki, Ermənistanın iki güc nazirinin Azərbaycan ərazisindən ölkəmizə qarşı hədyanlı bəyanatı cavabsız qalmamalıdır . Bu, danışıqların Paşinyan tərəfindən birtərəfli qaydada sabotajıdır.

Qeyd edim ki, Azərbaycan ordusu cəbhə xəttində təzyiqləri davam etdirməli, Ermənistanın yeni yaşayış məntəqələri salmaq planının qarşısın almalıdır.
Ermənistan Rusiya ilə yenidən silah alışı üzrə danışıqlara başlayıb. Bu onu göstərir ki, Paşinyan artıq danışıqlara getmək iqtidarında deyil. Azərbaycan tərəfi Ermənistan ordusunun mühəndis istehkamlarını, müdafiə xəttinə zərbələr endirməlidir. Atəşkəs rejimi Ermənistan üçün cəbhədə güclənmək şansı verir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar