Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa dair “Lavrov planı” və Moskva münaqişənin həllində maraqlıdırmı...

“İndi yaranmış yeni situasiyada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar açılır”,-bu barədə “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik deyib

Ceyms Uorlik hazırda “Yeqorov, Puqinski, Afanasyev və partnyorları” adlı Rusiya hüquq firmasında işləyir, Vaşinqtonda bu firmanı təmsil edir Firmanın təsisçisi Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu Nikolay Yeqorovdur.

“Belə görünür ki, prezident İlham Əliyev yeni imkanların açıldığını qəbul edir. Əminəm ki, bu şərtlərdə həmsədrlər iki dövlətin başçıları arasında rəsmi sammitin təşkil edilməsi üzərində işləyirlər”-keçmiş diplomat bildirib.

Uorlik qeyd edir ki, rəsmi Moskvanın Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olmaması barədə mövqeləri bölüşmür. “Mən üç il ərzində həmsədr işləyərkən buna dair sübutlarla rastlaşmamışam. Əksinə, Rusiya hökuməti ilə işləmişəm və onların nizamlama işində maraqlı olmasının şahidi olmuşam. Və deyirəm ki, bu məntiqlidir: Rusiyanın dünyada başqa çoxlu problemləri də var və istəməzdi ki, onun sərhədlərinin yaxınlığında, ənənəvi dostları Ermənistanla Azərbaycan arasında münaqişə dərinləşsin”-amerikalı keçmiş həmsədr qeyd edib.

Bundan əvvəl Minsk Qrupunun digər amerikalı həmsədri Riçard Hoqland bəyan etmişdi ki, Rusiyada Qarabağ münaqişəsinin tam nizamlanmasında maraqlı olmayan qüvvələr var. Çünki münaqişə nizamlansa Kreml Yerevana və Bakıya mühüm təzyiq rıçaqlarından məhrum olacaq.

Ceyms Uorlikin sözlərinə görə, zaman keçdikdə münaqişənin “dondurulması” müşahidə olunmur və o daha təhlükəli xarakter alır. Ona görə də münaqişəni nizamlamaq zəruridir və Uorlikin qeyd etdiyi kimi, ölkələrin gələcəyini dumanlı edən buludlardan mümkün qədər tez xilas olmaq lazımdır.

“Sizin fikrinizcə ermənilərin daha bir nəsli bu buludlar altında yaşamağı arzu edirmi? Şübhəsiz ki, yox. Eyni şey azərbaycanlılara da aiddir, siz həqiqətən hesab edirdiniz ki, Azərbaycan xalqı bu problemi növbəti nəsillərə ötürmək istəyir? Şübhəsiz ki, yox”-Uorlik deyib.

Keçmiş amerikalı diplomat bildirib ki, nizamlanmanın əsas prinsipləri dəyişməyib və yaxşı məlumdur. Hazırda bu prinsiplər “Lavrov sənədi”ində əks olunub.

“Bu prinsiplər dövlət sirri deyil. Münaqişənin nizamlanmasının konturları uzun illər ərzində müzakirə olunub və irəli getmək üçün tərəflərdən ancaq qətiyyətli addımlar atmaq tələb olunur”-keçmiş amerikalı həmsədr vurğulayıb.(Virtualaz.org)

pia.az


Etiket: Ceyms Uorlik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar