Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kaşnerin gizli planı – Fələstin üçün “Sonuncu Sülh” baş tutacaqmı?..

Fələstinə “sülh” gətirməkdə israrlı olan Tramp və kürəkəninin “Sonuncu Sülh” planının qaranlıq tərəfində nələr gizlənir?..

Sərdar Turqut,
“Habertürk” saytı, Türkiyə, 28 fevral 2019-cu il

Prezident Trampın kürəkəni və baş müşaviri xüsusilə İsrail ilə Fələstin arasındakı münasibətdə məsləhətçisi olan Cared Kaşner prezident Ərdoğanla görüşüb.

Vaşinqtonda bölgəni yaxından izləyən qaynaqlar üçün bu görüş təəccüb doğurub və bu görüşü anlayışsız qarşılayıblar.

Çünki Cared Kuşner Səudiyyə vəliəhdi şahzadə Məhəmməd ibn Salmana yaxın olan adamlardan biridir. Hətta onların hər gün “Whatsapp”da söhbət edəcək qədər yaxın olduqlarını hər kəs bilir.

İsrailin baş naziri Netanyahu xüsusi işləri üçün ABŞ-a gəldiyi zaman Kuşnerin atasının Nyu-Cersidəki evində, Caredin əvvəlki otağında qalacaq qədər bu ailəyə yaxındır.

Kuşner həm də buradakı xristian yevengelistlərlə də çox yaxındır.

Kuşner ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələsinin də kilid nöqtələrindən biridir.

Buna görə də, həyat yoldaşı İvanka ilə yeni səfirliyin açılışına getdikdə yanlarında yevengelistlərin önəmli nümayəndəsi və Trampın mühasibi Şeldon Adelson və həyat yoldaşı Miriam da var idi.

ABŞ-ın xəzinədarlıq naziri Mnuçkin ilə birlikdə səfirliyin Qüdsə köçürülməsinə haqlı olaraq ən sərt reaksiyanı vermiş Ərdoğandan Şeldonun heç xoşu gəlmir. Hətta ikisinin sırf buna görə Türkiyədən qisas alamaq istəmələrini öz yaxın ətraflarına söylədiklərini Vaşinqtonda hamı bilir.

Vaşinqtonda Kuşnerin də onlar kimi Türkiyədən qisas almağı düşündüyü söylənilir.

Ona görə də, bu profildə olan birinin Türkiyə səfərindən nə cür qərarların çıxacağı, hansı vəziyyətin yaranacağı Vaşinqtonda maraq doğurur.

Kuşnerin gizli planı

Cared Kuşner bir müddətdir ki, Trampın “sonuncu sülh” adlandırdığı böyük plan üzərində işləyir. Qaynaqlar düşünür ki, bu plan artıq son mərhələyə çatıb və İsrail ilə Fələstin arasında daimi sülh yaratmaq iddiasında olan bu planı artıq ərazidəki ölkələrə bildirmək lazımdır.

Kuşner Türkiyəni də əhatə edən səfərdə, həm də BƏƏ, Oman, Səudiyyə ƏrəbistanıQətərdə əlaqələr yaradır. Eyni zamanda diplomatiyanın içində ABŞ-ın Yaxın və Orta Şərq üzrə nümayəndəsi Ceyson Qrinblet və İran nümayəndəsi Brayn Huk da var.

Amerikanın “Sonuncu Sülh” adını verdiyi plan, əslində Fələstin də daxil olmaqla, bölgədə İsrailin hakimiyyətini gücləndirməyə yönəlmiş bir plandır. Bunun hansı qaranlıq əlaqələr çərçivəsində yaradıldığını aşağıda açıqlayacağam.

İsrail və Amerika ərazidə istədiklərini edə bilmələrinin önündəki ən böyük əngəlin Prezident Ərdoğan və Türkiyə olduğunu düşünür. Çünki rəhbərlər dinləməsə belə, bölgənini ərəb və Fələstin xalqı sülh planı ilə bağlı Rəcəb Tayyib Ərdoğanın sözünə həmişə qulaq asır.

Kuşner düşünür ki, o bölgədə tək güclü idarə olmalıdır və buna uyğun olaraq da plan hazırlayır. Xəritələrin belə yerləşdirildiyi bu planda Kaşnerin Əl-Fətih ilə Həmas arasında uzlaşma yaratmaq üçün imkansız bir cəhd göstərəcəyi də deyilir.

Yəni Kuşner bölgədə sərhədləri müəyyənləşdirilmiş və birlikdə işləməyə istəkli olan ərazilərdən ibarət bir quruluş yaratmaq niyyətindədir.

Bəs Türkiyədən nə istəyə bilərlər?

Yuxarıda siyasi profilini və əlaqələrini izah etdiyim Kuşner hər mövzuda öz prinsiplərinə zidd davranmış Türkiyəyə yeni nələr vəd edə bilər? Vaşinqtonda bu suala müxtəlif yerlərdən çox da nikbin cavab ala bilmədim.

Kuşnerin Türkiyədən dəstək istəyəcəyi dəqiqdir, amma bunun üçün bizə yeni şeylər deməlidir.

“Bunun açarı iqtisadiyyatda ola bilər”, deyən qaynaqlar da var.

Kuşner bu planının istədiyi qədər real və işlək olması üçün əraziyə ümumən 65 milyard dollarlıq pul ayırmağı düşünür. Bu addımın halqaları bir-birinə yaxınlaşdıracağı ehtimal edilir.

Büdcənin 25 milyard dolları 10 il ərzində Qəzzə və “West Bank”-a köçürüləcək, 40 milyard dolları isə Misir, İordaniya və şərtlər uyğun olduğu təqdirdə Livan arasında paylaşılacaq.

Buradakı bəzi qaynaqlar düşünür ki, Türkiyə bölgədə təsirli olduğu üçün, ən azından oradakı xalqın qəlbini qazandığı üçün Amerikadan bəzi iqtisadi meyillər istəyəcəyini və ancaq bu şəkildə plana şərti dəstək verəcəyini bildirə bilər.

Görüşlər bitdikdən sonra gələcək xəbərlərə baxıb vəziyyəti başa düşəcəyik. Lakin bundan əvvəl bu “Sonuncu Sülh” adlanan Kaşner planının altındakı güc əlaqələrini də bilməlisiniz.

“Sonuncu Sülh”ün altındakı qaranlıq əlaqələr

Vaşinqtonda Prezident Trampın “Sonuncu Sülh” (Ultimate Peace) adlandırdığı və İsrail ilə Fələstin arasında daimi sülh yaradacağını dediyi planda son düzəlişlər edilir. Bu plan üçün Amerika ilə birlikdə İsrail, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ də aktiv şəkildə işləyir.

Plan üçün qurulmuş bu koalisiyaya baxdığımız zaman bunun, əslində, bir sülh planı deyil, əksinə bölgədəki bütün gücü və nəzarəti İsrailə vermək üçün hazırlanmış bir strategiya olduğunu görə bilərik.

Tramp üçün strategiyanın aparılmasını kürəkəni Cared Kuşner öz üstünə alıb. Kuşner Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman ilə yaxın münasibətdədir. İsrail rəhbərliyi ilə Salman arasındakı koordinasiyanı da Kuşner yaradır.

İllərdir ərazimizi izləyən və İsrail ilə də yaxın əlaqədə olan, indi dövlətdə vəzifə sahibi olmasalar da, bu mövzuları çox yaxşı bilən mütəxəssislər mənə sülh planının altında qurulmuş qaranlıq əlaqələri belə izah etdilər:

Məhəmməd Dahlan

Bu mütəxəssislərə görə, əsas məqsədi bölgədəki bütün güc balansını tamamilə İsrailə tərəf çevirmək olan “Sonuncu Sülh” planının addımları belə atılıb:

- Səudiyyə Ərəbistanı, İsrail, Misir və BƏƏ arasında aparılan bu əməliyyatın bölgədəki açarı Məhəmməd Dahlandır.

15 iyuldakı çevriliş cəhdindən əvvəl FETÖ şəbəkəsinin lideri ilə əlaqə yaradıb, çevrilişə maddi yardım etdiyindən şübhə edilən Dahlanın Səudiyyə şahzadəsi Məhəmməd ibn Salman və Dubay vəliəhdi ilə də dostluq münasibəti var.

- Əl-Fətihin öndə gedən adamlarından olan Məhəmməd Dahlan illər əvvəl Qəzzədən qovulduqdan sonra BƏƏ-yə qaçıb, Dubay vəliəhdinin müşaviri olmuşdu. Həm də Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman ilə dost olub.

Misir kilid ölkədir

- Səudiyyə Ərəbistanı ilə BƏƏ Misirlə ortaqlıq edib, Həmas üçün əməliyyat hazırlamağa başlayıblar.

- Qaynaqların mənə verdiyi məlumata görə, Prezident Tramp seçilikdən sonra çıxdığı və açılışı ənənəvi müharibə rəqsi ilə etdiyi ziyarətindən sonra deyib ki, Qətər üçün elan edilən embarqonun əsas məqsədi, İsrailin də istədiyi kimi, Həması zəiflədəcəkdi.

- Qətərə embarqo üçün irəli sürülən səbəblər arasında Həmasa verilən dəstəyin çəkilməsi də yer alırdı. Bu məsələdə İsrailin Səudiyyə Ərəbistanı üzərindən xüsusilə təzyiq göstərdiyi deyilir.

- Qətər Həmasa göstərdiyi iqtisadi yardımı da xeyli azaldıb. İsrailin Qəzzə üzərindəki təzyiqləri onsuz da davam edərkən, bir də Qətərdən gələn yardımın azalması Həmas rəhbərliyini çox çətin vəziyyətə salıb. Bu mərhələyə Dahlan müdaxilə edərək Misirin yardım edə biləcəyini deyib. Dahlan daha əvvəl Sisi ilə razılaşmış və İsrailin də istədiyi kimi, Həması Misirin əlinə buraxdırmışdı.

- İsrail o dönəmdə Qəzzəyə verdiyi elektrik enerjisini də kəsmişdi. Dahlan yenə də planlaşdırdığı kimi araya girərək əraziyə Misirdən elektrik verilməsini təmin etmişdi.

Bütün bu əməliyyat Fələstin üzərində İsrailin tam güclü təsirini yaratmağa yönəlmişdi və Həmas, həmçinin Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail ilə ortaq şəkildə işləyərək Misir tərəfindən nəzarətdə saxlanılırdı. ABŞ bu xəbərlərdən sonra səfirliyini Qüdsə köçürdü.

Qərbi Aralıq dənizinin təsiri

Bütün bu müddəti mənə danışanlar həm də bildirir ki, bu əməliyyat Qərbi Aralıq dənizindəki enerjiyə də gedib çata bilər.

İsrailin öz ərazisindən çıxaracağı təbii qazı Yunanıstan üzərindən Avropaya göndərəcəyini bildirdiyi açıqlamanın doğru olmadığını və bunun sadəcə olaraq Türkiyəni narahat etmək üçün yayıldığını deyən qaynaqlar bildirir ki, bu məsələdəki əsas razılaşma Misir ilə İsrail arasındadır. Yəni İsrail təbii qaz ehtiyatını Misirdə rafinadlaşdırıb gəmilərlə Avropaya daşımaq istəyir.

Ehtimal edilir ki, bu razılıqda Türkiyəyə ABŞ səfiri kimi göndərilməsi gözlənilən ABŞ Xarici İşlər Nazirliyi Yaxın Şərq Bölümünün rəhbəri Devid Saterfildin böyük rolu var.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar