Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kürd kart”ı kimdə qalacaq... - ABŞ və Rusiyanın Suriya anlaşmsında nələr var?

Moskva və Vaşinqton Suriyada masanı təmizləyib, iki nəfərlik süfrə açmağa çalışırlar

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə

Fəratın şərqində həm ABŞ, həm də Rusiya bizi istəməyə bilərmi? Rusiyanın təhlükəsiz bölgədə ABŞ mövcudluğuna çox da səs çıxarmamasının bir mənası varmı?..

Bu, sualdan çox, təsbit olsa da, cavab Rusiya Xarici İşlər Naziri Sergey Lavrovdan gəlib: “Hansı kürd qüvvələrinin terrorçu kimi tanınması məsələsində Türkiyə ilə həmfikir deyilik...”

Lavrov başqa şeylər də deyib. Rus hərbi polisinin Türkiyə-Suriya sərhəddinə yerləşdirilə biləcəyini də dilə gətirib. Bu həm də ABŞ-ın qoruduğu ingilis-fransız qüvvələrinin etibarlı bölgəyə girmələrinə qarşı bir etiraz olmalıdır... Özü də Türkiyənin etirazı!..

Rusiya Suriyadakı mövcudluğumuzla Suriya rəhbərliyi üzərindən “dəvətsiz qonaq” kimi rəftar edir və onu da Astana ilə əlaqələndirir...

Burada formal olaraq yaxınlaşan Ankara-Vaşinqton münasibətlərinə də bir mesaj var: Qara dənizdə ABŞ və Türkiyənin müharibə gəmilərinin həyata keçirdiyi əməliyyat görüntülərinin, müdafiə naziri Akarla Baş Qərargah rəisi Gülərin Pentaqonda top atışları ilə qarşılandığı kadrların Amerikanın rəsmi sosial şəbəkə profillərindən məsxərəyə qoyulması da təsirli olmuşdur...

***

Mənzərə aydındır. Fəratın şərqində ABŞ, qərbində Rusiya ilə yeridilən, hətta sinxronizasiya etməyə çalışdıqları münasibəti pozan bir şey mi var?

ABŞ-ın geri çəkilmə qərarının ardınca, indi də “azalaraq qalırıq” deyən Rusiyanın o bölgəyə polis qoyacağını deməsi, hər halda ABŞRusiyanın ortaq nəzarətinə çevrilməyəcək.

Xarici siyasətdə böyük təəccüb keçirmə ehtimalınız azdır, bu da təəccübləndirməz deyirsinizsə, İranSuriya rəhbərliyinin o şərtlər altında oyundan gedəcəyini, Ankaranın da imkanlarının daralacağını deyə bilərik.

Amma hələ o vəziyyətdə deyilik...

***

Bütün bunlardan bunu anlayırıq ki, Moskva və Vaşinqton “bu mərhələdən sonra” ağırlıqlarını daha çox qoyurlar. Masanı təmizləyib, iki nəfərlik süfrə açmağa çalışırlar. Bu hal Türkiyəni narahat edir. Sözü uzatmağa ehtiyac yoxdur: iki ölkə də Türkiyənin hər hansı bir addım atmasını istəmir. Üstəlik, hələ ikisindən biri ilə heç!

Burası aydındır. Amma bu, bir “qərarlılıq stabil vəziyyət” deyil, şərtlərlə və oyunçularla bağlıdır.

İki lider gücün bütün açıqlamaları həmişə bizə verilmir. Əlbəttə, göndərilən mesajları başa düşürük, amma əsas olaraq bir-birləri ilə danışırlar!

ABŞ-ın Suriyada qalmaq üçün səbəbləri nə? Bir, terrorçu YPG/PYD ünsürlərini qorumaq, iki, İranın varlığını təmizləmək, üç, Suriya rejimini devirmək, dörd, siyasi finalda söz sahibi olmaqdır.

Rusiya niyəbölgəyə “polis” yeridəcəyini deyir? Çünki Rusiya “YPG/PYD ilə bir problemi yoxdur, razılaşarıq deyir, İranı həll edərik, bizim də İranla bağlı problemlərimiz var” - deyir və üsteündən əlavə edir: “Finalı birlikdə hazırlayarıq, amma öncə Suriya məsələsini müzakirə edək”.

Türkiyənin adı keçməsə də, bu ortaq dil Ankaranı büdrədir...

Əsas olaraq Adana razılaşmasının “o məsələni Dəməşqlə danışın”, tərcüməsi də çox səs-küylü olub, amma digər tərəfdən əsas məsələ odur ki, Türkiyəyə, “Suriyaya ehtiyacın olanda gir, amma zamanı və həcmi məhdud olsun”, deyirlər.

Lavrovun “Kürd qüvvələrinin terrorçu kimi tanınması məsələsində Türkiyə ilə həmfikir deyilik”, deməsi, ABŞ-ın PKK ilə PYD-ni fərqli hesab edən düşüncəsi ilə bənzər deyilmi?

PYD-nin “ABŞ-ın yerinə Suriya rejimi deyil, Rusiya gəlsin” düşüncəsinin Moskva tərəfindən indi müsbət qarşılanmasının səbəbi ABŞ-ın “qalırıq” deməsidirmi? Daha əvvəl “Dəməşq oraya gəlsin” deyirdilər. Rus dostlarımız PYD təklifinin haradan gəldiyini yaxşı düşünməlidir!

Bu cümlələr də sirr kimidir: Lavrov “Rusiya tampon bölgəyə hərbi polis qüvvələri yerləşdirə bilər”, dedikdən sonra bunları deyir: “Bu anda hərbi vəzifə səviyyəsində bu tampon bölgənin texniki detalları haqqında görüşürlər. Soçidə Suriya ilə Türkiyə arasındakı sərhəd bölgəsi detallı şəkildə liderlər tərəfindən müzakirə olunub”.

Nə başa düşməliyik? Türkiyə və Rusiyanın sərhədə rus polisinin gəlməsini mi danışıblar, yoxsa iki ölkə hələ də hərbi vəzifəlilərin bu barədəki müzakirəsi haqqındamı danışıb? Bu dialektika üzərindən gedilərsə, bəlkə Ankara rusların hərbi pöolisi ilə bağlı məlumatı bildiyi kimi, ABŞ-a qarşı ehtiyatda saxlanılan hər hansı plan barədə də müzakirələr gedib?

Ankara Rusiyaya bu açıqlamalar üzərindən bir cavab verəcəksə, bəlkə, bunu da xatırlatmaq lazımdır... Rusiya hərbi polisini məsləhət görərkən, “Suriyanın digər bölgələrində atəşkəs elan edildikdə və qərəzli tərəflərin ayrılması müddətində Rusiya hərbi polisi uğurlu işlər sərgiləyib”, dedi.

İdlibin müzakirə edildiyi Tehran zirvə görüşündə və ondan sonra bunu görə bilmədik.

İrana gəldikdə isə...

Qəribə şeylər baş verir. İranın Xarici İşlər Naziri Zərifin bazar ertəsi gecəsi “İnstaqram” hesabında qəribə bir şəkillə paylaşdığı istefa xəbəri nə deməkdir? Üstəlik, Şam lideri Əsədin Tehran səfəri ilə eyni zamana təsadüf edib. Həmçinin, bu, İran generalı Qasım Süleymaninin də otaqda olduğu bir səfər idi...

Bunları görməmək mümkündürmü?

Böhran Tehrandakı hakimiyyətdaxili vəziyyətlə və İranın Suriya siyasəti ilə, bu siyasətin aparılması ilə bağlı olduğu bildirilir.

Təkcə bir həftə əvvələ aid olan bir xəbəri xatırladım: “Prezident Həsən Ruhaninin ingilis xarici kəşfiyyat xidməti Mİ6-dan aldığı göstəriş”in İnqlab Keşikçiləri tərəfindən dinlənildiyi, Mİ6 işçisi ilə danışıqların mətninin Ruhaniyə təqdim edildiyi iddiası” İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası üzvü olan bir millət vəkili tərəfindən dilə gətirilib.

Təfcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Ən çox oxunanalar