Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbə köçürülməsi: Bu sahədə qayda-qanun yaradılıbmı?

Ekspert: “Təhsil nazirliyi hər il “qara bazarda” olan milyonlarla manat pulu yox edib”

“Hal-hazırda 2003-2013-cü illərdə həyata keçirilən qeyri-qanuni tələbə köçürülmələri nəticəsində 10 mindən çox vətəndaş dövlət nümunəli olmayan diplom aldığı üçün ciddi şəkildə problem yaşayır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Azərbaycanda tələbələrin köçürülmə prosesini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, transfer.edu.az portalı vasitəsilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib. Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb. Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1065 nəfərdən 1014-nü bakalavriatura, 24-nü magistratura səviyyəsi üzrə, 27-ni isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Qeyd edək ki, tələbə köçürmələri Azərbaycanda hər zaman ciddi korrupsiya faktları ilə müşaiyət olunub. Daha əvvəllər də ölkə mətbuatında yayılan çox saylı məlumatlarda bildirilirdi ki, tələbə köçürülmələri prosesində əsasən DİM-də imtahan verə bilməyən savadsız tələbələrin xaricdən Azərbaycana köçürülməsi həyata keçirilir.

Ümumiyyətlə, Azərbaycanda tələbələrin köçürülmə prosesini şəffaf hesab etmək olarmı? Bu köçürmələr əsasən hansı ölkələrdən və hansı universitetlərdən həyata keçirilir və onların arasında prestijli universitetlər neçə faiz təşkil edir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran Əsədov: “Təhsil Nazirliyinin bu şəffaf işi bir çox rektorun, prorektorun və universitetlərin digər əməkdaşlarının “bazarını bağlayıb”. Ona görə də onlar Təhsil Nazirliyini bəyənmir, qəbul etmir, bu qaydaların ləğvini istəyirlər”.

Son illərdə Azərbaycanda tələbələrin köçürülmə prosesini şəffaf şəkildə həyata keçirildiyini vurğulayan təhsil eksperti Kamran Əsədova görə, bu proses təhsil ocaqlarında fəliyyətdə olan bir çox şəxslərin qeyri-qanuni yolla vəsait mənimsəməsinin qarşısını alır:

“Deməli, 2016-ci ildən etibarən Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron qaydada həyata keçirilir. Bu o deməkdir ki, oxuduğu ixtisasdan razı qalmayan tələbə getmək istədiyi universitetin rektorunu, prorektorunu, dekanını “görmədən” bu istəyi həyata keçirə bilər.

Amma indiyə qədər bu problemi həll etmək üçün 99 faiz qeyd olunan instansiyaları “görməli” idik. Təəssüf ki, bir neçə il əvvəl elə biabırçı tələbə köçürülmələri edilirdi ki, adam özü utanırdı. Məsələn Solo oxumaq, Xalq çalğı alətləri ixtisasından birbaşa Universitetin Tarix, Hüquq fakültəsinə köçürülmə mümkün idi. Əlbəttə ki, bu ancaq kimlərisə yaxından və dərindən “görmək” lə olurdu.

İndi isə bu proses qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunan eyni ixtisas qrupu daxilində olmalıdır.

Yəni, siz qəbul olduğunuz ildə yaxşı bal toplamısınız, amma doğru ixtisas seçimi etməmisiniz, yada oxuduğunuz ixtisas ürəyinizcə deyilsə sizə təhsil nazirliyi imkan verir ki, balınız uyğun gəlirsə, rahatlıqla, heç kimi görmədən, xərcə düşmədən köçürülmənizi edin.

Təsəvvür edin ki, 2018-ci ilin qış tətili dövründə bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna, yay tətili dövründə bakalavriatura üzrə 914, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib.

Kamran Əsədov: “Əvvəllər tələbələri qeyri-qanuni yolla ölkəyə köçürülürdülər və təhsillərini başa vurduqdan sonra aldıqları diplomlar da dövlət nümunəli sənəd olmurdu”.

Bu il, 2019-ci ildə isə transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1820 nəfər müraciət edib. Onlardan 1319 nəfərinin müraciəti müsbət cavablandırılıb. Bu, ötən ilin müvafiq göstəricisindən 442 nəfər çoxdur.

Bu rəqəmlər o deməkdir ki, Təhsil nazirliyi hər il “qara bazarda” olan milyonlarla manat pulu yox edib. Çünki bu köçürülmələr əvvəllər heç də ucuz qiymətə edilmirdi. Təsəvvür edin ki, təkcə bakalavr pilləsi üzrə 1500 dən çox təmənnasız tələbənin heç bir məmuru görmədən köçürülməsi edilib. Əvvəl isə bu 1500 nəfər azı 10-20 min manatla kimlərisə “görməli” idi. Görün, hansı məbləğdə vəsait qazanılırdı. Hələ xarici ölkələrdə təhsil alan tələbələrin köçürülməsini demirəm. Onlar gedirdilər Dərbənd, Dağıstan, Ukrayna, Gürcüstan və digər ölkələrin universitetlərinə, bir il sonra isə kimlərisə “görüb” gəlirdilər ölkəyə. İndi bunun da qarşısı alınıb.

Pis cəhət odur ki, 2016-cı ildən bəri keçirilən tələbə köçürülməsindən istifadə edən 5 minə yaxın insan bu şəffaf qaydalardan istifadə edib, amma bu barədə fikirlərini demirlər. Bəli, şəffaf şəkildə fəaliyyət göstərmək hər bir dövlət qurumu və qulluqçusunun xidməti borcudur, onlara bu müsbət işinə görə təşəkkür etmək lazımdır. Çünki onlar həqiqətən də çox böyük iş görüblər.

Kamran Əsədov: “Əvvəllər birinci sinifə şagird qəbulu üçün 300-500 manat verməli idin. İndi isə bu, mümkün deyil”.

Təhsil Nazirliyinin bu şəffaf işi bir çox rektorun, prorektorun və universitetlərin digər əməkdaşlarının “bazarını bağlayıb” . Ona görə də onlar Təhsil Nazirliyini bəyənmir, qəbul etmir, bu qaydaların ləğvini istəyirlər. Şəffaf şəkildə yeni qaydalardan istifadə edənlər bu kimi məsələləri dilə gətirib təşəkkür etməlidir. Hələ bununla da bitmir. Birinci sinifə Bakı şəhəri üzrə 50 minə yaxın şagird qəbul edilib. Onların qəbulu elektron xidmətlərin təşkili ilə həyata keçirilib. Yəni, heç bir direktoru, direktor müavinini görmədən... Əvvəllər isə azı birinci sinifə şagird qəbulu üçün 300-500 manat verməli idin. İndi isə bu mümkün deyil. Rahatlıqla övladını istədiyin məktəbə, hətta istədiyin müəllimin sinifinə qəbulunu elektron xidmətlərin tətbiqi ilə edə bilərsən.

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr də əgər nüfuzlu ali təhsil müəssisəsində təhsil alırlarsa, bu sistemdən rahatlıqla istifadə edə bilərlər. Əvvəllər isə onlar qeyri-qanuni yolla ölkəyə köçürülürdülər və təhsillərini başa vurduqdan sonra aldıqları diplomlar da dövlət nümunəli sənəd olmurdu. Hal-hazırda 2003-2013-cü illərdə həyata keçirilən qeyri-qanuni tələbə köçürülmələri nəticəsində 10 mindən çox vətəndaş dövlət nümunəli olmayan diplom aldığı üçün ciddi şəkildə problem yaşayır” .

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar