Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gizli əlaqələr: ABŞ-ın dərin dövləti kimin yanındadır?

Böyük ortaqlıq üçün ən böyük sınaq İran və nəticələri olacaq...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 27 fevral, 2019-cu il

Gəlin sizə bu gün özəl bir iclasla bağlı xüsusi məlumatlar verim. Məsələ, əlbəttə ki, Türkiyədir. Başa düşməyənlər var, bilirəm. Bəlkə, az da olsa başa düşmələrinə kömək edə bilərik. Diqqətli oxusanız, mənə də çox xoş olar. Tək olmadığımızı, sizin və mənim kimi düşünən bir çox önəmli şəxslər olduğunu görməyinizi istəyirəm...

Rokfeller ailəsinin üzvü kimi ABŞ prezidenti olmuş Cimmi Karter “İlluminati”nin ən önəmli üzvlərindən biri idi. Bu işin qaydası budur onsuz da. Oradakılar istəsə, prezident də olarsan!

Yenə də dəqiq bilmək olmaz... Amma Karter də son dönəmdəki müharibədə Rokfeller ailəsindən ayrılıb, Rotşild ailəsinin yanında yer tutub. Dəfələrlə İsraili günahlandıran, Fələstin məsələsində Rotşild ailəsini də narahat edən açıqlamalar verən Cimmi Karter ABŞ Dərin Dövlətinin önəmli şəxslərinə qarşı çox vacib xəbərdarlıqlar verib.

Vaşinqtonda bir hoteldə baş tutan görüşdə Cimmi Karter “Dərin Amerika dövləti nə istəyir? Bu tələblərin uğurla nəticələnməsi mümkündürmü?” suallarını ortaya atıb. Belə davam edib: “İlk növbədə qeyd edim ki, dünyadakı ən doğru və ən obyektiv seçki Venesualda keçirilir. Şəxsən mən özüm buna şahid oldum. İndi seçilmiş bir lideri “diktator” adlandırıb endirməyə çalışmaq, əlbəttə ki, bizə yad deyil. Bunun bir bənzərini Orta Şərqdə həyata keçirdik və o bölgəni bataqlığa çevirdik. Bunlar hamının bildiyi sirrlərdir... İndi yeni sistem üçün əsas olaraq Venesueladan çox, Orta Şərqdə sülh yaratmaq lazımdır. Bu məsələdə də atmalı olduğumuz yeganə addım Türkiyə ilə ortaq olmaqdır. Türkiyə o bölgənin ən güclü ölkəsidir. Müsəlman ölkəsi olması bölgədəki liderliyini daha da gücləndirir. Əgər Türkiyənin tələblərini yerinə yetirməsək, yeni bir dünya sistemi qurula bilməz”.

Cimmi Karter artıq 100 yaşına çatır! Artıq Rotşild ailəsinin yanında olsa da, onları tənqid etməkdən qorxmayan, “Dərin Amerika”nı da səhvləri ilə üzləşdirən bir adamdır. Bəlkə də, keçmişdəki günahlarını yumaq üçün indi bu qədər cəsarətli danışır. Bu da çox güclü ehtimaldır...

Bu gün Vaşinqtonda “Türkiyə ilə ortaqlıq yaradaq” deyən şəxslər qara siyahıya salınır. Cimmi Karterin bu açıqlaması mütləq ki, ABŞ-ın dərin tərəfində təsirli olub. Mütəxəssis olmağa və ya araşdırmağa ehtiyac yoxdur.

Türkiyə mövcud olduğu bölgə üçün xeyli təsirli ölkədir. Bunu bilməyən var ki?!

Bu təsirə qarşı mübarizə aparan hər kimdirsə, zamanını və enerjisini itirir. Əgər ABŞ 2011-ci ildən etibarən Türkiyə ilə güc savaşına başlamasaydı, bu gün Aralıq dənizin və Qara dənizdə Amerikanın yeri fərqli ola bilərdi. Bunu özləri deyir!

Soyuq müharibə dövründə Sovet İttifaqının dağılması müddətində ABŞ-ın Türkiyə ilə ortaqlığı vardı. Bu gün əgər ABŞ-la Türkiyənin ortaqlığı davam etsəydi, təkcə Orta Şərq, Ağ dəniz və ya Qara dəniz deyil, Afrika belə ABŞ-la yaxınlaşardı. Çünki bu gün Afrikada Türkiyənin təsiri, Fransanın təsiri qədər güclüdür. Hələ bir də ABŞ-la birgə addımlasaydı, Fransa üçün Afrika “qara qitə” olacaqdı.

Bunlar da onların şərhidir!

Cimmi Karter, bəlkə də, Amerika tarixini yenidən dəyişdirəcək bir görüş keçirib.

Cimmi Karter, bəlkə, öz prezidentliyi dövründə belə bu qədər təsirli bir istiqamət verməyi bacarmamışdı. İndi yaxın tarixlərdə ABŞ-la Türkiyə münasibətlərində müsbətə doğru bir dəyişiklik olarsa, - ki, böyük ehtimalla olacaq - o zaman ABŞ təsirinin artdığı bir dövrə keçid edəcəyik. Əlbəttə ki, “Dərin Amerika”nın bu ortaqlığa icazə vermədiyini bu günə qədər gördük. Yenə də buna qarşı çıxacaqlar və neqativliyin davam etməsi üçün gizli planlarını ortaya atacaqlar.

Dəyişməyən bir qayda varsa, o da Türkiyə ilə ABŞ ortaqlığında hiyləgərlik edəcək olan Vaşinqtonun məğlubiyyətə məhkum olmasıdır...

“Dərin Amerika”ya təqdim olunan bu qızıl fürsət böyük narahatlığa səbəb olub. Xüsusilə, Pentaqonda Rotşild ailəsi ilə birlikdə qərar alan komanda bu durumdan narahatdır. Çünki 100 illik planın çökməsinə səbəb olacaq bu anlaşmanın həyata keçməməsi üçün çox çalışacaqlar.

Amerika ordusunda cərəyanların çox olduğunu və bunun da Amerika diplomatiyasına qanlı dönəmlər gətirdiyini hər kəs bilir. Bu durumdan istifadə edən qüvvələrin hələ də aktiv olması Türkiyə-ABŞ münasibətləri üçün də uğursuzluqdur.

Amerikanın dərin quruluşundakı bu anlaşmazlığın artması ölkə içindəki gərginliyi də yüksəldəcək. Onsuz da başda Tramp olmaqla, bir çox şəxs gərginliyi artırmağa çalışır.

İndi Cimmi Karterdən sonra Amerika mediasının Türkiyə ilə ABŞ ortaqlığına necə baxdığını görəcəyik. Əgər Amerika mediası iki ölkə arasındakı gərginliyi artıracaq xəbərlər yayımlanarsa, “Dərin Amerika”nın Rotşild ailəsinin yanında olduğunu başa düşəcəyik. Tam əks bir vəziyyət olsa, yəni Türkiyə ilə ABŞ ortaqlığını dəstəkləyən medianı görsək, onda Cimmi Karterin sözünü qəbul edən “Dərin Amerika”nı tanıyacağıq. Lakin Cimmi Karterin “ABŞ içində 99 cərəyan var və 99-u da bir-birilə rəqabət edir” sözlərini də unutmayaq.

Dəyişən dünyada Amerika təsirinin artacağını və ya azalacağını da yaxın günlərdə qəbul edilən qərarlar göstərəcək. Türkiyə əleyhdarlığının Avropada da dəstək gördüyünü bilən Amerika var-gücüylə yıxmaq istədiyi Avropanın arzularını istəmədiyi halda gerçəkləşdirəcəkmi? Bunu da yaxın zamanda biləcəyik.

Bu bir neçə il ərzində ABŞ-la Avropanın Türkiyə məsələsində eyni cizgidə olduğunu gördük.

Lakin indi bu, o qədər də mümkün görünmür. Türkiyə isə artıq hər iki tərəflə yaxşı münasibət saxlamaq istəmir. Öz maraqlarını ön plana qoyan Türkiyənin alacağı qərarlar da çox önəmlidir. Hətta matçın taleyini dəyişdirən də bu olacaq!

İki ölkə arasında ən böyük sınaq İran olacaq. Əgər Türkiyə ABŞİran məsələsində rəqabət edərsə, bu, Türkiyə əleyhdarlarının yer aldığı “Dərin Amerika” dövlətinin lehinə olacaq. Yenə Dərin Amerikanın yer aldığı və İran əməliyyatında birlikdə işləmək istəyən qüvvə Türkiyədən gizli diplomatiya gözləyir. Əgər bu təmin olunsa, digər komanda məğlub olacaq...

Böyük ortaqlıq üçün ən böyük sınaq İran və nəticələri olacaq...
Həmişə nə yazıram, nə deyirəm? Türkiyəsiz olmaz!

Bəli, olmur. Buyurun sizə hoteldəki gizli zirvə görüşündən qeydlər...
Mümkün olur? Türkiyə olmadan irəliləmək alınırmı? Qətiyyən!
Vəziyyət budur!

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar