Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki ölkə əvvəlcə aralarında "güvən" məsələsinə aydınlıq gətirməlidir....

Müstəqil ekspert Rusif Məmmədsoy yazır

 

Dünən Vyetnamın paytaxtı Hanoyda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş başlayıb. Qeyd edim ki, bu iki lider arasında sayca ikinci belə görüşdür. İlk görüş 2018-ci il 12 iyul tarixində Sinqapurda baş tutmuşdu. Həmin görüş zamanı Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi. Bir məsələni də diqqətinizə çatdırım ki, görüşün əsas hissəsi fevral ayının 28-də keçiriləcək.

Hazırda bütün dünya bu görüşün nəticəsini gözləyir. Artıq bu məsələnin həllində bir çox ölkə umidlənməyə başlayıb. Belə ki, ilk görüşdən sonra gözlənilmədən Şimali Koreya lideri, Cənubi Koreya lideri ilə görüşüb razılığa gəldiklərini açıqlamışdılar. İndiki halda görüşdən hansı nəticələrin əldə olunacağını hər kəslə böyük maraqla izləyir.

Hazırkı görüş əsnasında iki ölkə başçısı arasında Donald Tramp bunları deyib :
" Burada, sizinlə olmaqdan olduqca məmnunam və bu böyük bir şərəfdir mənim üçün. İlk sammitdə çox böyük irəliləyişlər əldə etdik, ümid edirik ki, bu görüşdə daha çoxuna nail ola biləcəyik ".

Əslində, Donald Trampın bu cür sözləri Kim Çen In-ı yola gətirmək üçün deyilmiş sözlərdir. Hər kəs Trampın necə bir xarakterə sahib olduğunu yaxşı bilir və bu mənada Kim-i nüvə məsələsində razı salmaq üçün əlindən gələni edəcəkdir. Donald Tramp onu da qeyd edib ki, "Nüvəsizləşdirmə prosesi zamanı sizi tələsdirməyəcəyik, lakin yarımadanın tam nüvəsizləşdirilməsi məsələsində olduqca israrlıyıq ".

Əvvəla onu qeyd edim ki, ABŞ-ın xarici siyasət kursunda Donald Trampa qədər heç bir prezident Şimali Koreya ilə danışıqlara getmirdi. İndiki halda Trampın bu addımı çox yüksək qiymətləndirilməlidir. Lakin, istənilən halda bu görüşdən köklü dəyişikliklər və qərarlar gözləməyə dəyməz. Çünki , hələ iki ölkə arasında müəyyən razılaşdırılmamış məsələlər var ki, bunların qaydaya salınması üçün zaman tələb olunur. Amma bu o demək deyil ki, heç bir irəliləyiş olmayacaq. Düşünürəm ki, müəyyən addımlar atıla bilər.
Ümumiyyətlə Şimali Koreya liderinin də bu məsələnin həllində maraqlı olduğunu düşünürəm. Lakin, ölkələr arasında əsas razılaşdırılması vacib məsələlərdən biri də sanksiyalarla bağlıdır. Hansı ki, Şimali Koreya ilk növbədə bunu tələb edə bilər. Bəs Tramp bunu edərmi? İnandırıcı görünmür.
İstənilən halda Kim Çen başa düşür ki, bununla heç bir nəticə əldə edə bilməz. Bu səbəbdən də hansı ölkənin güzəştə gedəcəyi də maraqla gözlənilir. Çünki, Şimali Koreya da olduqca narahatdır. Daha dəqiq desək iki ölkə əvvəlcə aralarında "güvən" məsələsinə aydınlıq gətirməlidir....

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar