Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirə yaxın “Turqay” MMC-yə cinayət işi başlanıb? – Milyardlıq tenderlər…

İddialara görə, tenderlər monopolisti adı qazanmış “Turqay” MMC barəsində cinayət işi başlanıb

Ölkənin səhiyyə sektorunda tender əməliyyatlarının baş inhisarçısı kimi son on ildə “Turqay” MMC firmasının adı keçir. Bu şirkət Səhiyyə Nazirliyinin elan etdiyi tenderlərin əksəriyyətində müəmmalı şəkildə qalib olur. Amma “Turqay” MMC-nin üzünün güldüyü günlər çox çəkməyib.

AzEuroNews.com-un əldə etdiyi məlumatda iddialara görə, tenderlər monopolisti adı qazanmış “Turqay” MMC barəsində cinayət işi başlanıb. Məlumatda cinayət işinin motivi, ittihamların nədən ibarət olması haqda səhih informasiya verilmir. Amma qaynağımız şirkətin başı üzərində “qara buludlar” dolaşdığını, istintaq aparıldığını iddia edir.

“Turqay” MMC-nin təsisçisi Abbasov Tamerlan Yəhya oğludur. O, bir vaxtlar külli miqdarda vergidən yayınma ittihamı ilə saxlanıb. Sumqayıt şəhər məhkəməsinin hökmü ilə CM-nin 213.4 maddəsi ilə təqsirli bilinib və 1 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Amma həbs müddəti bitər-bitməz məhkumluq yaşamış T.Abbasov yenidən fəaliyyətini davam etdirib.

Ona dəstək verən gizli əllər təzədən tender bazarına girməsinə təkan verib. Nəticədə nazirliyin elan etdiyi əksər tenderlərin qalibi onun rəhbərlik etdiyi “Turqay” MMC-dir. Cinayət işinin başlanmasını isə belə təxmin etmək olar ki, hansısa vergidən yayınma, mənimsəmə şübhələri var, istintaq təftiş etməkdədir. Bu halda T.Abbasov üçün həbsxana qapılarının üzü yenidən görünməyə başlayıb.

Məlumatda bildirilir ki, “Turqay” MMC-nin bu günə qədər gördüyü işlərin ümumi dəyəri yüz milyon manatlarla ölçülür. Şirkətlə Səhiyyə Nazirliyi arasında sonuncu tender müqaviləsi 2018-ci ilin sonunda, Xırdalandakı Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün imzalanıb. Müqavilədə Səhiyyə Nazirliyi xəstəxananın tikintisi üçün “Turqay” MMC şirkətinə 11 milyon 933 min manatdan artıq vəsait ayırıb.

Şirkət son bir neçə ildə nazirliyin 5 milyard manata yaxın vəsaiti əhatə edən tenderlərinin qalibi elan olunub. Maraqlıdır ki, dövlət satınalmalarının həvalə olunduğu bu şirkətin rəsmi internet ünvanı yoxdur.
Qeydiyyatsız bir firmaya milyardların tapşırılması, hansısa layihələrin icrasının onun öhdəliyinə buraxılması kifayət qədər riskli addımlardır. Nəticə göz qabağındadır – cinayət işi başlanıb. Daha əvvəl tezadlar.az tərəfindən dərc olunmuş məqalədə deyilir ki, “Turqay” MMC adlı tikinti firmasının səhiyyə naziri Oqtay Şirəliyevlə yaxşı münasibətləri var. Bu əlaqələrə görə, dövlət büdcəsindən nazirliyə ayrılan pullar havaya sovrulur.

2015-ci ildə Quba Mərkəzi Xəstəxananın təmiri üçün “Turqay” MMC-nin hesabına 11 milyon 120 min manat pul köçürülüb. 1 saylı Kliniki Tibbi Mərkəzin təmiri üçün isə 297 min 650 manat yenə də “Turqay” MMC-nin hesabına verilib, Suraxanıdakı 31 saylı adi poliklinikanın təmiri üçün yenə 5 milyon manat. Bundan əlavə, Respublika Talessimiyya Mərkəzinin təmiri üçün 294 min 245 manat, 2013-cü ildə Cəlilabad rayon xəstəxanasının tikintisi və təchizatı üçün “Turqay” MMC-yə 10 milyon 960 manat hədiyyə edilib.

Qobustan Mərkəzi Rayon Xəstəxanasının təmir işləri üçün isə 5,1 milyon manat, 2015-ci ildə Mingəçevir şəhər xəstəxanasının ərazisində olan Uşaq Reabilitasiya Mərkəzinin tikintisi üçün 775 min manat “Turqay” MMC-nin hesabına köçürülüb. Tenderlər isə formal olaraq keçirilib, yəni kağız üzərində.

Saytlardan birinin 12.02.2016-cı il tarixli sayında Səhiyyə Nazirliyi ilə bağlı yazısında oxuyuruq: ““Turqay” MMC şirkətinə havadarlığı səhiyyə naziri Oqtay Şirəliyevin yaxın qohumlarından biri edir. Şirkət rəhbərliyi məhz bu havadarın sayəsində milyonluq tenderlərin qalibi olub. Şirkətə köçürülən vəsaitin 30 faizi nağd şəkildə Səhiyyə Nazirliyinin rəhbərliyinə çatdırılıb”.

Bu iddialar və şirkətə cinayət işi başlanması xəbəri ilə bağlı hüquq-mühafizə orqanlarından rəsmi məlumar əldə etməyə çalışırıq.

Araşdırma davam edir, nazirliyin və şirkətin mövqeyini işıqlandırmağa hazırıq.

Mənbə: AzEuroNews.com

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar