Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öldürücü zəhər - Zərifin istefasının pərdə arxası

İran prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif Bəşər Əsədin İrana gələcəyindən xəbərsiz olub

Kamal Öztürk
“Yeni Şafak” qəzeti, Türkiyə, 27 fevral 2019-cu il

Dünən İranda çox gizli və gözlənilməz bir görüş baş tutdu. Görüşə gələn siyasətçi Suriyanın əli qanlı diktatoru Bəşər Əsəd idi. Əsəd birbaşa İranda Ali lider Seyid Əli Xameneinin yanına getdi.

Mətbuatda yayılan şəkillərdə Xamenei və Əsədin yanında status-kvo adına İranın xarici siyasətini idarə edən general Qasım Süleymani və İranın kölgə xarici işlər naziri, Xameneinin müşaviri Əli Əkbər Vilayəti də var idi.

İstefa etdirən zəhər

Lakin şəkillərdə prezident Həsən Ruhaniİranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yox idi. Çünki onlar Bəşər Əsədin İrana gələcəyindən xəbərsiz idilər.

Bununla üzərinə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif səhər erkən saatlarda şəxsi instagram hesabından istefa etdiyini bildirən bir mesaj yazdı. Daha sonra isə “Cumhuri İslami” (“İslam Respublikası”) qəzetinə verdiyi açıqlamada Zərif , “Xarici siyasət üçün öldürücü zəhər bir siyasi partiyanın fraksiya döyüşünə çevrilməsidir”, deyə qeyd edib.

Beləliklə, İran uzun illər qurulan nizamın(status-kvo) - seçilmişlər döyüşünün yeni versiyası Əsədin ziyarəti və Məhəmməd Cavad Zərifin istefası ilə yenidən başlayıb.

Öldürücü zəhər sadəcə Suriya deyil

Əslində Zərifin xarici siyasət üçün ölümcül bir zəhər kimi təsvir etdiyi amil İranın Suriya siyasətindəki çoxmənşəli və eyni zamanda daxili siyasətdəki hesablaşması ilə bağlıdır. Şübhəsiz ki, Suriya böhranı təkcə İran deyil, Türkiyə də daxil olmaqla, bütün İslam dünyasında öldürücü bir zəhər kimi ölkələri və millətləri zəhərləyib. Lakin İrandakı əsas zəhər rejimin özündən qaynaqlanır. Suriya və digər məsələlər sadəcə əsas xəstəliyin yan fəsadlarıdır.

Məlumdur ki, İranda yeganə nüfuz və eyni zamanda heç kimin toxuna və tənqid belə bilmədiyi dini lider Seyid Əli Xamenei ilə xalqın hər dörd ildən bir seçdiyi hökumət arasında çıxan mübarizə heç vaxt səngiməyib. . Məsuliyyətsiz, amma tam səlahiyyətli Xamenei ilə seçilən məsuliyyətli, amma səlahiyyətləri məhdud olan bütün kökumətlər arasında eyni mübarizə davam edib.

İran Araşdırmaları Mərkəzindən Mehmet Qoçun təhlilinə əsasən bildirsək, Xamenei praqmatist Rəfsəncani, islahatçı Xatəmi, mühafizəkar Əhmədinejad və riyaziyyatçı Ruhani ilə eyni mübarizəni aparıb.

Rejimin sahibi dini lider hər şeyə nəzarət edir

Ola bilər ki, bu mübarizə sistemin indiki formasının mövcud olduğu müddət boyunca sonsuza qədər davam etsin. Çünki Xamenei ordu komandirlərindən cümə imamlarına, Ali Məhkəmədən təhlükəsizliyin baş direktoruna kimi hər kəsi təyin etmək səlahiyyətinə sahibdir.

Prezident Həsən Ruhani sonuncu büdcə çıxışında “İqtisadiyyatın 60%-nə biz sahib deyilik, büdcəni necə quracağıq?”, deyə bildirib. Çünki iqtisadiyyata da Xamenei və onun rejiminin qoruma vəzifəsi verdiyi inqilab gözətçiləri nəzarət edir. Hər şeyə nəzarət edən, amma heç bir məsuliyyəti olmayan dini lider ən kiçik uğursuzluqdan tutmuş, xalqın seçdiyi və səlahiyyətləri məhdud olan prezident və hökumətə aid bütün məsələlərdə özünü məsuliyyətli aparmaqdan geri qalmır. İran üçün əsl zəhər budur!

İran xalqı mövcud olan bu vəziyyətdən narahat olaraq, dəyişiklik ümidi ilə seçkilərdə yüksək səsləri olan birini seçsələr də, vəziyyət hələ də dəyişmir. Ən pis tərəf isə odur ki, ölkədə rüşvət, özbaşınalıq, sui-istifadə halları pik səviyyədədir. Bəs bunlara qarşı mübarizəni kim aparacaq?

Demək olar ki, İranda hər kəs kirlənib

Həsən Ruhani 2017-ci ildə 52% səslə ikinci dəfə prezident seçiləndə nazirlər mövzusunda Xamenei ilə razılaşmadı və səsini yüksəltdi. Bundan sonra İnqilab keşikçiləri Ruhaninin qardaşı Hüseyn Firudin Ruhanini bir gecəlik saxladılar. Səhərisi gün 13.5 milyon dollar (rəqəmi səhv oxumadınız) müqabilində sərbəst buraxıldı. Eyni zamanda Həsən Ruhani Xameneinin istədiyi şəxsləri nazir təyin etdi.

Demək olar ki, İranda hər kəs kirlənib. Buna görə də “təmiz əllər” əməliyyatı aparacaq kimsə yoxdur. Sui-istifadə halları o qədər adiləşib ki, ABŞ-ın İrana tətbiq etdiyi embarqo da korrupsiyanın bir vasitəsi halına gəlib.

Xalq isə çarəsizdir. Bir tərəfdən kasıblıq, iqtisadi böhran və artıq öldürücü hala gələn təzyiqçi rejim, digər tərəfdən isə ABŞ-İsrail-Səudiyyə Ərəbistanı üçbucağının İrana qarşı tətbiq etdiyi neqativ addımlar əhalinin vəziyyətini daha da ağırlaşdırır.

Rejimdən şikayət edənlər susdurulur

Xalq nə vaxt rejimdən, korrupsiyadan, iqtisadi böhrandan və sistemdən şikayət etsə, Xamenei və İnqilab keşikçiləri ölkənin təhlükəsizlik problemindən, ABŞ ilə davasından, daxili savaş və gələcəklə bağlı narahatlıqlardan danışırlar. Xalq isə məcburən susur.

Əslində Bəşər Əsədin son ziyarəti ilə prezident Həsən Ruhaninin istefası gözlənilirdi. Ancaq Ruhani “məsləhətçi” olaraq yenə vəziyyəti idarə etdi. Reallıq isə budur ki, Ruhani qardaşı ilə birlikdə çirkli işlərinin üzə çıxmasına mane oldu. Ruhani Xameneinin amansız biri olduğunu bilir. Çünki sabiq baş nazir Mir Hüseyn Musəvi və müxalifət lideri Mehdi Kerrubi Xameneiyə müxalif olduqlarına görə hazırda həbsdədirlər və heç kimlə görüşdürülmürlər.

Məhəmməd Cavad Zərif isə özünə yaraşanı edərək istefa verdi. Lakin diaqnozu səhv qoydu. Əslində öldürücü zəhər dediyi amil öz əlləri ilə qurduqları rejimdən ibarətdir. Halbuki bunu dilə gətirmirlər.

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar