Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerika Suriyada özünü çətin vəziyyətə salır

Amerikanın Suriyadan çıxmaq üçün strategiyası yoxdur. Bu olmadığı üçün Suriyada atdığı hər addımda özünü küncə sıxır

Sərdar Turqut
“Habertürk” saytı, Türkiyə, 26 fevral 2019-cu il

Qısa bir müddət üçün İstanbulda idim. Hərçənd ki, texnologiyanın yaratdığı imkanlar sayəsində Vaşinqtondakı qaynaqlarla hər gün danışa bilirdik. Amma heç bir şey üz-üzə danışmağın, danışanın mimika və jestlərinə baxmağın yerini vermir. Bu, ümumi olaraq, jurnalistikanın özündə belədir, amma bu qayda xüsusilə bizim kimi milli təhlükəsizlik icması ilə danışmalı olan jurnalistlər üçün də keçərlidir.

Diqqətdə olan bu mövzular çox həssasdır. Siyasi aktyorlar təbii olaraq öz ölkələrinin maraqları üçün tez-tez yalan danışa bilirlər. Bunları görmək, doğrunu yalandan ayıra bilmək və ölkəmizin maraqlarını zədələmədən ən real mənzərəni göstərə bilmək üçün aktyorları dəqiqliklə izləmək və danışmaq həyati önəm daşıyır.

Həftənin ilk iş günündə Vaşinqtonda bir neçə görüşüm oldu. Mövzu xüsusilə Suriyadakı vəziyyətlə bağlı idi. Türkiyə əleyhdarları və məsələlərə daha obyektiv qiymət verməyə çalışanlar da özlərindən gözlənəni etdilər. Nəticədə, oturub hamısının hesabatını apardım.

Və ortaya çıxan nəticə budur: Amerikanın Suriyadan çıxmaq üçün strategiyası yoxdur. Bu olmadığı üçün Suriyada atdığı hər addımda özünü küncə sıxır.

Bu nəticəyə niyə gəldiyimi və buradakı insanların məsələni necə gördüyünü sizə tam çatdıra bilmək üçün indiki vəziyyəti belə izah edirəm:

1) ABŞ əsgərlərinin bölgədən çıxması hələ çox çəkəcək.

Ancaq Pentaqona yaxın qaynaqlar bölgədə mütləq bir neçə əsgərin qalacağını, bunun strateji əhəmiyyətli olduğunu deyirlər. Suriyada qalacaq əsgərlərin sayı hələ dəqiq deyil. 200 ilə 400 arası deyən də var, 800-1500 arası deyən də.

2) Saxlanacaq əsgərlərin sayı geri çəkilmədən sonra YPG/PYD qüvvələri ilə nə ediləcəyinə bağlıdır.

3) Amerika geri çəkilmədən sonra YPG/PYD ilə nələr ediləcəyi barədə hələ dəqiq heç nə demir.

4) Hələlik dəqiq olan tək şey budur ki, İranın Aralıq dənizinə əsgər və vəsait göndərməsinin qarşısının alınması üçün Əl-Tanf bölgəsindəki hərbi bazaya əsgər saxlanılmalıdır və bu məsələdə YPG/PYD qüvvələrindən də dəstək alınacaq. Bu, Vaşinqtonun İrana yaxın olan milislərə qarşı YPG-dən uzun müddətli istifadə etmək strategiyasıdır.

5) Amerika həm də Şimali Suriyada, Türkiyə sərhəddinə yaxın olan bölgədə də əsgər saxlamağı davam etdirmək istəyir.

“Təhlükəsiz bölgə” adlanan bu sahəyə buraxılacaq əsgərlərin əsl vəzifəsi bəllidir. Bu məsələdə əsgərlərə yaxın olan qaynaqlar özlərindən çox əmin danışırlar. Onların əsas məqsədi, öz sözləri ilə desək, İŞİD-in bölgədəki hakimiyyəti qalmasa belə, ona qarşı aparılan mübarizə davam edəcək. Bu məsələdə gecikmə olmaması üçün Vaşinqtonun YPG-yə hərbi dəstəyi davam edəcək.

Türkiyənin bölgədə əvvəl həyata keçirdiyi əməliyyatlarda da gördüyümüz kimi bütün bunlar İŞİD-ə qarşı aparılan mübarizəni əngəlləyir. Amerika düşünür ki, bunun bir daha baş verməməsi üçün bölgədəki YPG qüvvələri qorunmalıdır. Burada qalacaq əsgərlərin əsas vəzifəsi YPG-nin qorunmasının təmin edilməsi olacaq. Sözügedən əsgər sayı 800-1500 arasındadır. Əvvəlcə bir müddətlik 1500 əsgər buraxılsa da, bu müddət ərzində sayları get-gedə azalacaq. Bunun hansı sürətdə olacağı isə NATO ilə müttəfiqi Türkiyə arasında baş tutacaq görüşlərin necə keçəcəyi ilə bağlı olacaq. Amerika bu bölgədə hava sahəsindəki hakimiyyətini də əldən buraxmaq istəmir.

Təşkilat içində təlaş və toqquşma

6) Vaşinqton bir dəfə, “əgər geri çəkilsəniz, biz də Əsəd rejimi ilə razılaşmaya gedərik”, deyə ABŞ-ə təhdid edən YPG rəhbərliyinə İlham Əhməd vasitəsilə bu mesajı göndərmişdi: “Qətiyyən bu yola getməyin, bunu heç istəmirik”.

Hətta Amerika qaynaqları bu mesajın yaxın vaxtlarda İngiltərədə görüşmələr keçirməyə cəhd edən İlham Əhməd rəhbərliyindəki heyətə ingilislər vasitəsilə yenidən çatdırıldığını vurğulayıb.

7) Amerikanın bölgədəki YPG milislərini uzun müddətdə yerli qoruma qüvvələri içinə yerləşdirmək kimi bir planı var. Yəni kürd milislərin bölgədəki ərəb qüvvələri ilə birlikdə çalışmasını təmin etmək istəyirlər. Bu məsələ ilə bağlı da həm Türkiyədən qorxan, həm də Amerika planını çox da dəstəkləməyən YPG/PYD içində təlaşa və bölünmələrə yol açması ilə bağlı Vaşinqtona xəbər çatıb.

Vaşinqtonda yaxşı bilirlər ki, təşkilat içində PKK idealogiyasına qarşı çıxanlar arasında bir mübahisə başlayıb, yəni parçalanma var. Açığı, nə Amerika, nə də YPG rəhbərliyi nə ediləcəyi barədə kürd militanlara konkret bir söz demir. Bu qeyri-müəyyənliyə və tətbiq etməyə çalışdığı strategiyaya görə Amerika özünü çətin vəziyyətə salıb. Çünki Vaşinqton qaynaqlarına görə, YPG içində başlayan bu mübahisə və bölünmə İŞİD-ə qarşı apardıqları mübarizəni də zəiflədəcək.

İstanbulda böyük zirvə görüşü ola bilər

Gəlinən son nəticədə buradakı mövzulara daha obyektiv baxmağa çalışan qaynaqlar Amerikanın mütləq sonda Türkiyə ilə ortaq şəkildə işləmək məcburiyyətində qalacağını bildirib. Bu səbəbdən, mən prezident Trampın Ağ Evin təsdiqlədiyi, prezident Ərdoğanın göndərdiyi Türkiyə dəvətini qəbul edəcəyini və 2019-cu ildə Türkiyəyə səfər edib prezident Ərdoğanla görüşəcəyini düşünürəm.

Çünki Suriyada nələr baş verəcəyi haqqında ən üst səviyyədə müzakirə aparmaq lazımdır. Buna görə də, mənim aldığım təəssürat budur ki, Suriya ilə bağlı Tramp-Ərdoğan və Putin arasında böyük bir İstanbul zirvə toplantısı ola bilər.

Tərcümə: PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar