Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd Təsərrüfatı Nazirliyi aqroparklarla bağlı iradlara cavab verdi

Bu günlərdə sosial şəbəkələrdə "dövlətin aqrar siyasəti yalnız aqroparkların inkişafına yönəlib, dövlət dəstəyindən yalnız aqroparklar və iri şirkətlər bəhrələnirlər" kimi statuslar yer alır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi bu fikirlərə münasibətini açıqlayıb

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, bu il 379 min fermerə subsidiya verilib. Onların cəmi 4 faizinin torpaq sahəsi 10 hektardan çoxdur. Subsidiya alan fermerlərin 96 faizinin sahəsi isə 0,5-10 hektardır. Yəni, Azərbaycanda fermerlərin 96 faizi kiçik fermer sayılır.

V.Hüseynov bildirib ki, "Aqrolizinq" xətti ilə ötən illər ərzində ölkəyə 40 mindən çox kənd təsərrüfatı texnikası, 38 mindən çox damazlıq heyvan gətirilib. Kənd təsərrüfatı texnikasının satış bazarı liberallaşdırılıb. Artıq texnika satışında tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunur.

"Dövlət fermerlərə satılan texnikanın 40 faizini subsidiyalaşdırır. Damazlıq heyvanlara görə verilən subsidiya 50 faizdən 60 faizə qaldırılıb. Fermerlərə verilən gübrənin qiymətinin 70 faizini dövlət ödəyir. Kənd təsərrüfatı bütünlüklə vergilərdən azad edilib. Azərbaycan kiçik və orta fermerlərə göstərilən dövlət dəstəyinə görə başqa ölkələrə nümunə ola bilər.
Dövlət daim kiçik və orta fermerlərin yanındadır. Bununla yanaşı aqrar sahənin inkişafı üçün aqroparkların yaradılması da vacibdir. Dövlət böyük kənd təsərrüfatı müəssisələrinin yaradılmasını dəstəkləyir".

O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı 2016-cı illə müqayisədə 2017-ci ildə 4,2%, 2017-ci illə müqayisədə isə 2018-ci ildə 4,6% artıb. Ötən il bitkiçilik məhsullarının istehsalı üzrə 6.8 faiz, heyvandarlıq üzrə isə 2.7 faiz artım olub.

"Diletantlara tövsiyəm odur ki, aqrar sahəyə dair fikir yürütməzdən əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə müraciət etsinlər", deyə şöbə müdiri vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar