Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Berlində gənc azərbaycanlı rəssamların Xocalı sərgisi - Fotolar

XX əsrin ən qanlı, ən qeyri-insani qırğınlarından olan Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan tərəfindən törədilmiş bu insanlıq cinayəti barədə faktları müxtəlif rakurslardan dünya ictimaiyyətinə çatdırmaq üçün xarici ölkələrdə tədbirlər keçirilir

Bu gün fevralın 26-da belə tədbirlərdən biri də Almaniyanın paytaxtı Berlində təşkil olunub. Orada gənc azərbaycanlı rəssamların və heykəltaraşların Xocalı soyqırımına həsr edilmiş əsərlərindən ibarət sərgi təşkil edilib. Sərginin dəstəkçisi və təşkilatçısı Azərbaycanın “AzNar” QSC şirkətidir.

“Q gallery Berlin” qalereyasında təşkil edilmiş sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının bir qrup tələbəsinin əsərləri nümayiş etdirilib. Sərgiyə göndərilmək üçün əsərlər və heykəltaraşlıq nümunələri Akademiyanın özündə keçirilmiş müsabiqə ilə seçilib. Müsabiqədə seçilmiş əsərlərlə birlikdə Akademiyanın 6 müəllimindən və 9 tələbəsindən ibarət qrup sərgini təşkil etmək üçün fevralın 22-də Berlinə yola düşüb.

Sərgidə gənc rəssamların Xocalı soyqırımı ilə bağlı tamaşaçılarda dərin təəsürat oyadan əsərləri nümayiş etidirlib. Bu əsərlərdə Xocalını işğal edən erməni-rus hərbi birləşmələrinin dinc insanları, qadınları, uşaqları, qocaları qarşı xüsusi amansızlıqla qətlə yetirməsi, bəşəri cinayət və onun qorxunc izləri Akademiyanın tələbələri tərəfindən müxtəlif rakurslardan kətan üzərinə köçürülüb. Yaxud heykəltaraşlıq nümunələrində əks olunub.

Sərgiyə gənc rəssamlardan Fatimə Qurbanovanın “Günahsız baxışlar”, Nigar Familsoyun “Faciə”, Samirə Faizovanın “Xocalı qurbanı”, Xəyalə İbrahimovanın “Göz yaşı”, Kübra Binnətovanın “Ölmüş arzular”, Ceyran Mirqasımın “Ağ və Qara”, Lalə Xanbabayevanın “İz”, Nigar Niyazovanın “Çağırış”, Nigar Müslümovanın “Şeytanın ordusunun əhatəsində”, Bəyaz Kamillinin “Güllərin səhəri”, Nigar Xudiyevanın “Xocalı rənglərdə”, Günay Bəylərovanın “Haray”, Gülnar Alıyevanın “Xocalının taleyi”, Nərgiz Şirəliyevanın “Ümid”, Fərəh Mirzəyevanın “Xocalı” əsərləri və bir neçə digər əsərlər çıxarılıb.

Habelə gənc heykəltaraşlardan Zamik Rzayevin “Tarın ruhu”, Rahib Qarayevin “Keçmişə dönüş”, Gülnarə Baxşıyevanın “Xəyalət” əsərləri də Berlində tamaşaçılara təqdim olunub.

Azərbaycan Rəssamlıq Akademiyasından virtualaz.org-a verilən məlumata görə sərgiyə Berlində akreditə olunmuş səfirliklərin nümayəndələri, diaspor təmsilçiləri və digər xarici qonaqlar, KİV əməkdaşları dəvət olunmuşdu. Sərgidə nümayiş olunan əsərlər baxanlarda Xocalı soyqırımı barədə güclü təəsürat oyadıb.

Qeyd edək ki, “AzNar” QSC illərdir Azərbaycan Rəssamlıq Akademiyasına sponsor dəstəyi verir. Şirkətin maliyyə vəsaiti hesabına iki ildir ki, Akademiyanın aztəminatlı ailələrdən olan 50-yə qədər tələbəsinin illik təhsil haqqı ödənilir. Hər il tələbələrin işlərindən ibarət sərgilər təşkil olunur və fərqlənən əsərlər müsabiqə yolu ilə seçilir. Onlara şirkət tərəfindən yüksək mükafatlar verilir. Habelə şirkət bu ilin əvvəlindən Akademiyanın tələbə və müəllimlərinin Avropa ölkələrində muzeylərə və sərgilərə səfərlərini maliyyələşdirməyə başlayıb.(virtualaz.org)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar