Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AFFA-nın baş katibi: “Bizim məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdır”

“Etiraf etməliyik ki, bu qərar bir az gec oldu. Milli komandaya baş məşqçi təyinatı yanvar ayında baş tutsaydı, daha yaxşı olardı. Yığma təlim-məşq toplanışı keçirə bilərdi”

Bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov “CBC Sport” telekanalında canlı yayımlanan “Təkbətək” verilişində deyib.

O, komandanın baş məşqçisi Nikola Yurçeviçi danışıqlar üçün həftə içi Bakıya dəvət etdiklərini, ancaq xorvatiyalı mütəxəssisin həftəsonu oyunları izləməyə görə 5-ci gün gəlmək istədiyini bildirib: “Yurçeviçi Bakıya dəvət etdik. Özü də iclasda çıxış etdi. Sonra isə müfaviq qərar qəbul olundu”.

Elxan Məmmədov Nikola Yurçeviçin artıq həyat yoldaşı ilə Bakıya gəldiyini deyib. Baş katib baş məşqçinin təqdimat mərasimində iştirak etməməsinə də toxunub: “İcraiyyə Komitəsinin qərarından sonra növbəti gün Nikola Yurçeviçin təqdimatı oldu. Mənim və ya AFFA rəhbərliyinin təqdimatda iştirakı o deməkdir ki, artıq bütün suallar milli komanda ilə bağlı deyil, digər məsələlərə aid olacaq. Biz mütəmadi olaraq bu sualları cavablandırırıq. Ona görə istədik ki, bütün diqqət baş məşqçidə olsun. Bütün tədbirlərdə brifinqdə iştirak edirik. Tədbirlərdən sonra sualları cavablandırıram.

Baş katib Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki məqsədindən də söz açıb: “Çətindir. Amma bizim məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdır”.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar