Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Qarabağ danışıqlarının qapalı dairəsindən çıxmaq üçün nə etməlidir?

Müharibə versiyasının mümkün olmadığı indiki şəraitdə Azərbaycanın danışıqların qapalı dairəsindən çıxa bilməsi üçün hansı addımları atılması vacibdir?

Politoloq: “Regionda güc balansı dəyişir, ABŞRusiyanın maraqları toqquşur. Hesab edirəm ki, rəsmi Bakı həmin geopolitik toqquşmada baş verən proseslərdən maksimum uduşla çıxacaq”.

Azərbaycan ilk növbədə, ABŞ-la təmasları artırmalıdır. İrəvan Kremlin qorxusundan hərəkət edə bilmir. Belə olan təqdirdə müharibə variantı ən optimal variantdır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazdə Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən PİA.az-a açıqlamasında qeyd edib.

Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland bildirib ki, danışıqlar prosesi münaqişənin həllini yaxınlaşdırmır. Amerikalı keçmiş həmsədr hesab edir ki, Rusiya münaqişənin həllində maraqlı deyil və bu üzdən də danışıqların məntiqi nəticəsi görünmür. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində ən doğru yol kiçik addımlarla irəli getməkdən ibarətdir.

“Hazırda danışıqlar masası üzərində olan “Lavrov planı”nı tərəflərin heç biri tərəfindən qəbul olunmayıb. Bu plan “Madrid prinsipləri”nə bənzəsə də, müəyyən fərqlilik var. Əsas fərq, Dağlıq Qarabağ sakinləri arasında referendumun keçirilməsini nəzərdə tutur. Tərəflərin bu planı qəbul etməməsinin əsas səbəbi sənəddə referendumun dəqiq keçirilmə tarixinin göstərilməməsidir”, deyə keçmiş həmsədr öz açıqlamasında qeyd edib.

Müharibə versiyasının mümkün olmadığı indiki şəraitdə Azərbaycanın danışıqların qapalı dairəsindən çıxa bilməsi üçün hansı addımları atılması vacibdir? Ümumiyyətlə, Rusiyanın çəkic güc vasitəsilə idarə etdiyi bu münaqişənin həlli üçün danışıqların aparılmasına zərurət varmı və Azərbaycan imitasiya naminə aparılan bu danışıqlardan imtina etsə, Qarabağ ətrafında baş verən proseslərdə nə baş verər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, aparılan bu danışıqlarda Qərb Kremlin əsas vasitəçi rolunun qarşısını almalıdır. Qərb buna nail olmasa, münaqişəni diplomatik yolla ölü nöqtədən tərpədə bilməyəcəyik”.

Qarabağ münaqişəsində irəliləyişə sahib olmaq üçün Qərbin müdaxiləsinin vacib olduğunu qeyd edən politoloq Məhəmməd Əsədullazadəyə görə, bu məsələdə ABŞ-ın Azərbaycanı dəstəkləməsi müsbət faktorlardandır:

ABŞ-ın Minsk qrupunda sabiq həmsədrinin qeyd etdikləri həqiqəti əks etdirir. Artıq 25 ildir ki, aparılan danışıqların baş tutmaması əsasən Kremldən qaynaqlanır. Hesab edirəm ki, bundan sonra da Rusiyanın əsas təsir qüvvəsi Ermənistan üzərində hiss olunacaqsa, ümumiyyətlə, belə bir danışıqlara ehtiyac yoxdur. Ermənistanda baş verən inqilabdan sonra Qərbin təsirlərinin işğalçı ölkədə artacağına ümid edilirdi. Paşinyan da buna cəhd edirdi. Göründüyü kimi, Rusiyanın əsas müdaxiləsi nəticəsində Ermənistan Kremlin təsir dairəsindən çıxa bilmir.

Dağlıq Qarabağ probleminin diplomatik həlli o zaman mümkündür ki, Moskva regiondan, xüsusilə də Ermənistandan çəkilsin. Qərb inqilab etməklə Ermənistanda da bunu hədəfləyirdi. Lakin bir ilə yaxındır ki, Paşinyan Qərbə qarşı ciddi revenslar etməyib, daha çox Rusiya ilə strateji müttəfiqliyi artırıb. Hoqland prosesləri yaxşı bildiyi üçün bu qənaətə gəlib. Göründüyü kimi, Hoqland da bu imitasiya xarakterli danışıqların vasitəçisi olub, iştirak edib. Hesab edirəm ki, aparılan bu danışıqlarda Qərb Kremlin əsas vasitəçiliyinin qarşısını almalıdır. Qərb buna nail olmasa, münaqişəni diplomatik yolla ölü nöqtədən tərpədə bilməyəcəyik.

Məhəmməd Əsədullazadə: “Azərbaycanın qapalı dairəyə çevrilən danışıqlardan çıxması üçün isə ABŞ-ın vasitəçiliyi və himayəsi mütləqdir”.

Əminliklə deyə bilərəm ki, Moskva neytral qalarsa, erməni hakimiyyəti sülh və iqtisadi inkişaf naminə əraziləri boşaldar. Bizim ərazilərimizin işğalına stimul verən Moskvadır. Rusiya XİN bilavasitə prosesi nəzarətdə saxlayır. Azərbaycanın qapalı dairəyə çevrilən danışıqlardan çıxması üçün isə ABŞ-ın vasitəçiliyi və himayəsi mütləqdir. Bir neçə ay Vaşinqton vasitəçilikdə fəallaşmışdı. Danışıqlarda canlanma var idi, qapalı dairədən çıxmaq üzrə idi. Amma Rusiya yenidən Ermənistana etdiyi təzyiq vasitəsi ilə danışıqları qapalı dairəyə saldı.

Azərbaycan ilk növbədə, ABŞ-la təmasları artırmalıdır. İrəvan Kremlin qorxusundan hərəkət edə bilmir. Belə olan təqdirdə müharibə variantı ən optimal variantdır. Qeyd edim ki, Paşinyan hakmiyyəti də Rusiyanın vasitəçiliyini məcburi qəbul edir. Çünki Kreml onun hakimiyyətinə təhlükə törədəcəyindən narahatdır. Ona görə də Bakının planlarını biz bir neçə aydan sonra görə bilərik.

Məhəmməd Əsədullazadə: Həm danışıqlar, həm hərbi təzyiq yolu ilə biz yenidən prosesi canlandıra bilərik”.

Rusiya çalışır ki, onun iradəsindən kənar aparılan danışıqlar baş tutmasın. Buna nail də olur. Azərbaycan danışıqlardan tam imtina edərsə, bu əleyhimizə ola bilər. Həm danışıqlar, həm hərbi təzyiq yolu ilə biz yenidən prosesi canlandıra bilərik.

Regionda güc balansı dəyişir, ABŞRusiyanın maraqları toqquşur. Rusiya zəifləməlidir, sanksiyalar məhz bundan ötəri tətbiq edilir. Əlverişli məqamı ABŞ yaradacaq. Və həmin zaman gəldiyində Yerevan da işğal olunmuş ərazilərdən çıxacaq.

Hesab edirəm ki, rəsmi Bakı həmin geopolitik toqquşmada baş verən proseslərdən maksimum uduşla çıxacaq. Çünki Vaşinqton ölkəmizi dəstəkləyir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar