Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən məşhur öpüşün müəllifi öldü - II dünya müharibəsini bitirən fotonun maraqlı tarixçəsi...

20-ci əsrin ən önəmli fotolarından birinin məşhur ulduzu Corc Mendosa vəfat edib

Bir əsrə damğa vuran “İkinci Dünya Müharibəsi”ni dayandıran foto olaraq, xatırlanan bu görüntülər haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.

Fotoya baxdımız zaman Corc Mendosa və Qreta Zimmer Friedmanın arasında dərin bir eşq olduğunu düşünmək olar. Lakin bir çoxları belə düşünsə də, əslində öpüşləri ilə dünyanın gündəminə oturan bu fotodakı iki şəxs bir-birilərini tanımırdılar.

İkinci dünya müharibəsinin sonu idi. Artq Yaponiyanın təslim olduğu xəbərləri yayılmağa başlamışdı. Nyu-Yorkda gənc dənizçilər və ağ geyimli, tibb bacısı işləyən qızlar sevincdən küçələrə axışmışdılar. Gənc dənizçilərdən biri sevincdən küçədə yürüyüş edən tibb bacılarından birinə sarılıb, onu öpmüşdü. 14 avqust 1945-ci ildə Nyu-Yorkda “Times” meydanında çəkilən foto bu günümüzə qədər gəlib çıxıb. Lakin fotodakı hər iki şəxs artıq həyatda yoxdur. 75 il sonra fotodakı hər iki şəxs həyatını itirib.

Corcun vəfat etməsi ilə bağlı onun qızı mətbuata məlumat verib. Onun dediklərinə görə, atası ölməsəydi, iki gün sonra onun 96 yaşının tamam olmasını qeyd edəcəklərdi.

Corc 2012-ci ildə verdiyi bir müsahibədə foto haqqında bunları demişdi:

“Okeandan yenicə gəlmişdik və sonunda müharibə bitmişdi. Savaşın bitməsinin sevinci və bir az da içkili olmağımın həyəcanı ilə o tibb bacısını öpmüşdüm”.

Fotodakı maraqlı detallardan biri də Corcun tibb bacısını öpdüyü anda arxadan görüntüyə düşən qızın onun gələcək həyat yoldaşı olmasıdır.

Lakin Corc bu fotodakı şəxsin özü olmasını sübut etmək üçün illərini sərf etdi. Çünki orada yüzlərlə dənizçi var idi. Hamısı da eyni formada olduğu üçün bir çox gənc fotodakı şəxsin özü olduğunu iddia edirdi. Bu foto haqqında kitab yazan iki yazar isə Dəniz Hərbi Akademiyasının üz tanıma texnologiyası ilə fotodakı şəxsin Corc olduğunu sübut etməyi bacarmışdı.

Məşhur fotodakı öpülən qadın Qretta Zimmer isə 2016-cı ildə 92 yaşında vəfat edib. Öpülən qadın Zimmer bu fotodan 1960-cı ilə kimə xəbərsiz olub.

Qreta Zimmer də həmin gün haqqında bunları deyib:

“Elə də ciddi öpüş sayılmazdı. Sadəcə təbrik məqsədli bir an idi. Romantik bir özəlliyi yox idi. Öpülmək mənim seçimim deyildi. Adam gəldi, öpdü və getdi”.

Onların fotosunu çəkən fotoqraf 1980-ci ildə hər iki şəxsi taparaq, yenidən Nyu-Yorka gətirib. Fotoqraf “Times” meydanında onların oxşar fotosunu çəkərək, tarixi yenidən canlandırmağı bacarıb. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar