Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin kapitanı: Anar Süleymanovun heç ölkə çempionluğu yoxdur

Son vaxtlar bəzi idmançılarımız mətbuatda dünya çempionu kimi təqdim olunur

Xüsusən bu hala qeyri-olimpiya idman növlərində daha çox rast gəlinir.

Cəmi bir döyüşçü ilə görüşüb belinə kəmər taxan hər idmançı özünü dünya çempionu kimi təqdim edir. Mətbuatda isə araşdırılmadan həmin insanlar dünya çempionu kimi qələmə verilir.

Son belə nümunə həyat yoldaşını döydüyü üçün həbs olunan qadın kikboksinq millimizin baş məşqçisi Anar Süleymanovla bağlıdır. Az qala hər saytda o, kikboksinq üzrə dünya çempionu kimi təqdim edilir. Məsələ ilə bağlı kikboksinq üzrə millimizin kapitanı Ramal Aslanova müraciət etdik:

“Anar Süleymanov kikboksda dünya çempionu olmayıb. O, budo üzrə dünya çempionu olub. Onun heç kikboksda respublika çempionluğu yoxdur. Bir döyüşə çıxıb, onu da ilk döyüşdə nokauta salıblar. Kiminsə başında tük əyri bitirsə, deyirlər ki, kikboksçudur. Kikboks üzrə cəmi 7-8 dünya çempionumuz var. Anarla münasibətim var. Özünə də əlli dəfə demişəm ki, kikboksun adını çəkmə. Düzdür, kikboks üzrə qadın millimizə məşq keçir. Amma onun dünya çempionluğu yoxdur.

Fuad Zeynalovun özü də WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) versiyası üzrə kikboksda dünya çempionu olmayıb, onda dünya çempionluğu WKA (Dünya Kikboksinq Assosiasiyası) versiyasındadır. Ümumiyyətlə, o, WAKO-nun dünya çempionatında yer tuta bilməyib.

Beynəlxalq Olimpiya Komitəsi həvəskar kikboksinq kimi WAKO-nu tanıyır. Yəni əsas bu turnirdə nəticə qazanmaq əsas götürülür. Mən özüm orada çempion ola bilməmişəm. Son beş ildir ki, hər il ikinci yerə çıxıram. Üçü dünya, ikisi Avropa çempionatı olmaqla, beş gümüş medalım var. Yalnız WAKO-da gənclər arasında dünya və Avropa çempionu olmuşam”.

Yeri gəlmişkən, ondan WAKO-da çempion ola bilməməsinin səbəbini də soruşduq. O bildirib ki, həvəskar kikboksinq peşəkardan qaydalarına görə fərqlənir:

“2009-cu ildə peşəkar kikboksinqdə nokaut etdiyim Rusiyanı təmsil edən Turqay Məmmədova bu turnirin finalında uduzuram. Hesabda öndə oluram. Amma sonuncu raundda uduzuram. Həvəskarla peşəkar kikboksinq fərqlidir. Burada final səddində ilişirəm. İdman bəxti deyilən şey var. Halbuki peşəkarlarda elə yarışlar udmuşam ki, WAKO onun yanında heç nədir.

Zabit Səmədov K-1 Dünya Qran Prisində iki dəfə – 2009 və 2013-cü illərdə Mərakeş əsilli Niderland vətəndaşı Badr Hariyə uduzub (2013-cü ildə Zabit Səmədov Moskvada Legend Fighting Show 1 turnirində bu rəqibini nokauta salıb – S.M.). Mən isə 2017-ci ildə Dünya Qran Prisinin qalibi olmuşam. Bu Dünya Qran Prisini udan olsa da, onlar Azərbaycanı təmsil etməyib. Azərbaycan adından tək mən Dünya Qran Prisinin qalibi olmuşam.

Amma di gəl ki, psixoloji olaraq həvəskarların finalında uduzuram. Elnur Məmmədli cüdoda Olimpiya çempionu olsa da, dünya çempionu ola bilməyib. Və ya Fərid Mansurov yunan-Roma güləşində Olimpiya çempionu olsa da, Avropa çempionluğunu qazana bilməyib. Rövşən Bayramov yunan-Roma güləşində iki dəfə ardıcıl Olimpiadanın finalında uduzub. Mən də psixoloji cəhətdən hər il finalda qalib gələ bilmirəm. Halbuki finala kimi asanlıqla gəlirəm”. (Oxu.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar