Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ"a çempionluq yolunda ağır zərbə

Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turunun növbəti oyunu keçirilib

Turun birinci günün ikinci qarşılaşması “Əlincə Arena”da baş tutub. Premyer Liqasının debütantı “Sabah” doğma azarkeşlər önündə son çempion “Qarabağ”ı qonaq edib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı ağdamlılar açıblar. Reynaldo Silva 19-cu dəqiqədə adını tabloya yazdırıb - 0:1. Matçın 72-ci dəqiqəsində “Sabah” oyunda tarazlıq yaradıb. Belə ki, qapıçı ilə bir birini başa düşməyən Bədavi Hüseynov avtoqola imza atıb – 1:1. Matçın 76-ci dəqiqəsində debütant azlıqda qalıb. “Sabah”ın paraqvaylı yarımmüdafiəçisi Erik Ramos ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb.

Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 38 çatdıraraq turnir cədvəlindəki ikinciliyini qoruyub. “Sabah” isə 21 xalla beşinci yerdə qərarlaşıb. Növbəti turda “Qarabağ” səfərdə “Keşlə” ilə, “Sabah” isə “Neftçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, komandalar arasında ilk dövrədəki qarşılaşmada “Qarabağ” səfərdə 2:0 hesabı ilə qalib gəldiyi halda, evdə debütantın müqavimətini qıra bilməyib – 1:1.

Xatırladaq ki, fevralın 24-də saat 16:00-da turnir cədvəlinin hazırkı lideri “Neftçi” klubu “Bakcell Arena”da “Səbail” komandasını qəbul edəcək. Matçın idarə olunması Orxan Məmmədova həvalə edilib. Turun sonuncu və mərkəzi qarşılaşması “Kapital Bank Arena” stadionunda oynanılacaq. “Zirə səfərdə “Sumqayıt”ın qonağı olacaq. Saat 18:30-da start götürəcək oyunda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. (Axar.az)

pia.az


Etiket: Qarabağ futbol

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar