Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni müxalifəti: "Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb"

Ermənistanın müxalifətdə olan Respublika partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov deyib ki, bu ölkənin baş naziri Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb

Erməni KİV-ləri xəbər verir ki, Şarmazanov keçirdiyi mətbuat konfransında baş nazirin son bəyanatlarını şərh edib. Onun sözlərinə görə, əvvəllər jurnalist və deputat olan Paşinyan iqtidarı vədlərini yerinə yetirməməkdə və bir-birinə zidd bəyanatlar verməkdə günahlandırırdı. “Məlum olur ki, hakimiyyətə gəldikdən sonra Nikol bu göstəricilər üzrə bütün rekordları təzələyib. Həmin vaxtlarda o, Avrasiya İqtisadi Birliyindən çıxmağa çağırırdı, indi isə tam əksini söyləyir. Baş nazir ötən ilin yayında bəyan etdi ki, ölkədə korrupsiya yoxdur, indi isə bunun tərsini iddia edir. Bundan başqa, Paşinyan bildirib ki, 2008-ci ilin mart hadisələrinin üstü açılıb, lakin bugünədək heç bir məlumat yoxdur”, -deyə Şarmazanov vurğulayıb.

Müxalifət nümayəndəsi Paşinyana Mahatma Qandinin sözlərini xatırladıb: “Xoşbəxtlik odur ki, sənin sözün, əməllərin və düşüncələrin ahəngdar olur”. O əlavə edib ki, baş nazir respublikanın yollarında qırmızı xətlərin və kameraların yığışdırılması, qazın qiymətlərinin azaldılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeni erməni baş katibin təyinatı, sürətli iqtisadi inkişaf haqqında vədlərini yalnız “sehrli çubuğun köməyi ilə” həyata keçirə bilər. (Azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar