Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ hansı ölkələrdə hakimiyyətləri dəyişdirmək istəyir? – Pompeo açıqladı

ABŞ-ın dövlət katibi Maykl Pompeo Birlşmiş Ştatlaırn iqtidarları dəyişməsini istədiyi ölkələri sadalayıb

Mayk Pompeo fikirlərini “Telemundo” kanalında açıqlayıb.
M.Pompeonun sözlərinə görə, ABŞ Venesuela, Kuba və Nikaraquada eyni fəaliyyəti yürütmək niyyətindədir.

“Ümid edirəm ki, bu ölkələrin vətəndaşları onlara təlqin edilən avtoritarizmin gərəkli olmadığını başa düşərlər”,-deyə dövlət katibi bildirib.
ABŞ rəsmisi Amerika xalqının həmin dövlətlərdə hakimiyyət dəyişikliyini istəyənlərin hər zaman arxasında duraağını vəd edib.

“Bloomberg” agentliyi isə Donald Trampın Venesuela prezidenti Nikolas Maduronun devrilməsindən sonra görəcəyi tədbirlər barədə yazıb.
Buna görə, ABŞ Venesuelanın neft şirkəti PDVSA-nın üzərindən sanksiyaları götürərək onun ABŞ-dakı törəmə şirkəti “Citgo” nun iflasını dayandıracaq.
Bundan başqa, Birləşmiş Ştatlar hökumətin dəyişməsi halında bir sıra iqtisadi yardım paketləri də hazırlayıb. Xüsusilə qanunvericilik qaydasında Venesuelanın kreditorlardan qorunması, habelə onun borclarının yenidən strukturlaşdırılması yönündə tədbirlər görüləcək.

“Bloomberg” eyni variantın 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra həyata keçirildiyini xatırladıb. (müxalifet.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar