Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anası körpəni bir həftə evdə tək qoydu, uşaq acından öldü

Rusiyanın Kirov şəhərində ananın məsuliyyətsizliyi üzündən 3 yaşında uşaq evdə tələf olub

Bir həftə mənzildə tək qalan körpə acından ölüb.
Uşağın meyitini nənəsi aşkar edib. O, nəvəsinin ad gününü təbrik etmək üçün 21 yaşlı qızının mənzilinə gəlib. Bu zaman uşağın evdə acından öldüyü aşkarlanıb.

İçki düşkünü olan ana hadisə haqda emosiyasız danışır. O, evdə uşağa hətta içməyə su da qoymadığını etiraf edir. Guya evdən bir neçə günlük çıxıb. Rəfiqəsigilə gedən qadının başı spirtli işkiyə elə qarışıb ki, övladı yadından çıxıb. Bu bir həftədə uşağa heç baş çəkməyib.

Qonşular deyir ki, Mariya adlı qadın öz körpəsiylə bu mənzildə bir neçə ildir yaşayır. O, adətən, səliqəli geyinirmiş, özünü mədəni aparırmış. İş orasındadır ki, qonşular onu sərxoş görməzmiş.

Mariyanın anası nəvəsindən həmişə zəng vuraraq xəbər tutarmış. Bu günlərdə də nəvəsini unutmayıb. Amma hər dəfə qızı hər şeyin qaydasında olduğunu deyirmiş.

Mariya evə taksiyə veriləcək pulu olmadığına görə qayıtmadığını deyir. Bu onu cinayət məsuliyyətindən azad etməyəcək. Hadisə ilə bağlı cinayət işi açılıb. Mariyanı müvəqqəti saxlanma təcridxanasına aparıblar. (Bizimyol.info)

pia.az


Etiket: hadisə Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar