Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Meksika sərhədində tikanlı məftillər çəkiləcək - Beton bloklar quraşdırılır

ABŞ Sərhəd-Gömrük Xidməti Meksika ilə Birləşmiş Ştatlar arasında El-Paso (Texas ştatı) rayonunda tezliklə tikanlı məftillərin çəkiləcəyini bəyan edib

Xidmətin nümayəndələrinin sözlərinə görə, burada sərhədi keçmək istəyən qeyri-leqal miqrantların böyük axını gözlənilir. Sərhədin Meksika tərəfindən El-Pasoya bitişik olan və Şimali Amerikanın ən kriminal şəhərlərindən biri sayılan Syudad-Xuaresdə xeyli qeyri-leqal miqrant toplaşıb.

Amerika sərhədçiləri bir neçə qat tikanlı məftil çəkməklə bərabər, əlavə divarlar ucaldır, o cümlədən beton bloklar quraşdırırlar. Sərhəd-Gömrük Xidmətinin rəhbərliyi hesab edir ki, bu, sərhədin təhlükəsizliyini təmin edəcək və qeyri-leqalların ABŞ-a daxil olmasının qarşısını alacaq. Prezident Tramp fevralın əvvəlində El-Pasoda məhz bu sərhəd-buraxılış məntəqəsində olub və onu ən təhlükəli məntəqələrdən biri adlandırıb.

Xatırladaq ki, fevralın 15-də Prezident Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib. Bu, demokratlar Meksika ilə sərhəddə divarın tikintisinə 5,7 milyard dollar ayırmaqdan imtina etdikdən sonra baş verib. Fövqəladə vəziyyətin elan edilməsi sayəsində divarın tikintisinə vəsait ABŞ Müdafiə Nazirliyinin büdcəsindən ayrılacaq. (Azərtac)

pia.az


Etiket: ABŞ Meksika

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar