Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT nümayəndəsi Mustafa Hacıbəyliyə çıxarılmış hokmü pisləyib

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezir Azərbaycanda bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli barəsində çıxarılmış hökmlə bağlı ciddi narahatlığını bildirib

Bakı Ağır Cinayətlər Məhkəməsi Hacıbəylini dövlət əleyhinə açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla, beş il yarım müddətinə şərti cəzaya məhkum edib.

Məlumata görə, ittihamlar bastainfo.com-un 2018-ci ildə elektrik enerjisi verilməsində fasilələr və Gəncə şəhərinin icra başçısına qarşı hücumla bağlı yalan və qanunsuz məlumat yayması ilə bağlıdır.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi "Məhkəmənin Mustafa Hacıbəylinin işi üzrə bu qərarı Azərbaycanda ifadə və KİV azadlığı ilə bağlı narahatlıq doğuran təmayül olduğunu göstərir. Mən hakimiyyəti apellyasiya qaydasında işə yenidən baxmağa və jurnalistin maneəsiz və ATƏT-in KİV azadlığı ilə bağlı öhdəliklərinə tam uyğun şəkildə işləmək imkanı verməyə çağırıram", deyə Dezirin bəyanatında bildirilir.

ATƏT nümayəndəsi məhkəmə təhqiqatı zamanı xeyli pozuntular olduğunu və redaktora qarşı irəli sürülmüş ittihamlarla bağlı dəlillərin olmadığını qeyd edir.
Dezir həmçinin bənzər ittihamlarla məhkəmə qarşısına çıxarılacaq criminalaz.com onlayn platformasının redaktoru Anar Məmmədovun işi üzrə narahatlığını təkrar edib.

"Fikri ifadə azadlığı hüququnun istənilən şəkildə məhdudlaşdırılması qanunun aliliyi, zərurət və mütənasiblik prinsiplərinə tamamailə uyğun şəkildə tətbiq edilməlidir. KİV azadlıqları öz işlərinə görə təqibə məruz qalmamalıdır", deyə Dezir bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar