Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosunda nə yeniliklər olacaq? - Baş mühəndis danışdı

Qatarların avtomatlaşdırılmış hərəkəti təmin edilməsə, metro stansiyalarının platformaları ilə qatar yolu arasında metal mühafizə torlarını çəkməyə vəsait ayıraraq bu işlərə xərc çəkməyin səmərəsi olmayacaq

Bu sözləri Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov Trend-ə müsahibəsində metroda görüləcək işlər, açılacaq yeni stansiyalar və yeniliklərlə bağlı danışarkən deyib.

Ə.Osmanovun sözlərinə görə, hələlik bir sıra xarici ölkələrdə metro stansiyalarının platformaları ilə qatar yolu arasında metal mühafizə torları və digər maneələrin yaradılması mümkün deyil:

Bakı metrosunun 5 xətti olacaq. Sovet dövründə inşa edilən Qırmızı və Yaşıl xətlərin bünövrəsi elə qoyulub ki, stansiyaların platformalarında PSD adlandırılan mühafizə torları quraşdırmaq praktiki cəhətdən çox mürəkkəb məsələdir. Bu xətlər üzrə stansiyaların konstruksiyaları, texniki imkanları həmin metodun tətbiqinə hazırda imkan vermir. Bənövşəyi xətt üzrə inşa edilən stansiyalarda da bunun tətbiqi nəzərdə tutulmayıb. Bu xətdə də stansiyalar açıq tipli olacaq”.

Baş mühəndis bildirib ki, gələcəkdə Mavi və Sarı xətlərin tikintisində ən yüksək texnologiyalardan istifadə olunacaq və Qatar yolu ilə platform arasında maneə də nəzərə alınacaq:

“Mavi və Sarı xətlərdə qatarların avtomatik hərəkəti nəzərdə tutularsa, onda dediyiniz sistemin də tətbiqi mümkün olacaq. Yalnız gələcəkdə maşinistsiz idarəetmə nəzərdə tutularsa, bu sistemlərin də əvvəlcədən quraşdırılması özünü doğrulda bilər. Qatarların avtomatlaşdırılmış hərəkəti təmin edilməsə, vəsait ayıraraq bu işlərə xərc çəkməyin səmərəsi olmayacaq. Ümumən, məsələnin həm qatarlar, həm stansiyalar, həm də sistemlərin tətbiqi baxımından bir sıra digər mürəkkəb texniki cəhətləri var”. (Axar.az)

pia.az


Etiket: Bakı metrosu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar