Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Faiq Ağayev: “Brilliant məndən 13 yaş böyükdür”

Xalq artisti Faiq Ağayev “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramının qonağı olub

Aparıcı Samir Bayramlının suallarını cavablandıran müğənni xalq artisti Brilliant Dadaşova ilə küsülülüyündən danışıb:

“Bizim aramızda heç vaxt möhkəm dostluq olmayıb. Yaş fərqimiz var. O, məndən 13 yaş böyükdür. Həmişə müəyyən bir pərdə olub aramızda. Məndən bir neçə kurs yuxarıda oxuyurdu, hətta bir dəfə məni mahnıları üçün bekvokal olaraq çağırmışdı. Mənə problem deyildi deyə, getmişdim. Aramızda olan söhbət toy bazarının bölünməsi ilə bağlı idi. İlk gündən həmişə yüksək qonorarlar almışam. İlk dəfə toya 1995-ci ildən başladım, o zamanda ən “xod gedən” müğənnilərdən bir pillə yüksək qiymət qoydum. Münaqişəmiz toyda baş verdi. Xırda məsələ idi, böyütmək lazım deyildi. Bu məsələni mətbuata çatdıran nə mən, nə də toy yiyəsi oldu.

Bir neçə gün sonra gördüm ki, Dadaşova tərəfindən iki məşhur qəzetdə hadisə haqda qərəzli yazılar yer alıb. İki-üç gün dözdüm, gördüm ki, söhbət səngimir, həqiqəti söylədim. Sənətdə ona qələbələr arzu edirəm, o, mənim yerimi heç vaxt dar etmir. Ümidvaram ki, mən də onun yerini dar etmərəm”.

Qeyd edək ki, müsahibə zamanı diqqətçəkən məqam Ağayevin “Brilliant məndən 13 yaş böyükdür” deməsi olub. Belə ki, Vikipediada Dadaşovanın 1965-ci ildə doğulduğu qeyd edilib, ancaq Ağayevin açıqlamasından sonra xalq artistinin 61 yaşı olduğu ortaya çıxıb.

Onu da bildirək ki, xalq artistinin yaşını gizlətməsi barədə hər zaman iddialar gəzib.

Bu yaxınlarda Sevil və Sevinc Səfərovaların müsahibəsi zamanı Dadaşovanın yaşını gizlətdiyini deməsi də, qalmaqala səbəb olmuşdu.(axşam.az)

pia.az


Etiket: Faiq Ağayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar