ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahanla Türkiyə Müdafiə naziri Hulusi Akar arasında Vaşinqtonda baş tutan görüş zamanı Ankaranın Rusiyadan S-400 kompleksləri alması müzakirə olunub
PİA.AZ Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Pentaqonun mətbuat xidməti yayıb. Görüş zamanı Şanahan Türkiyənin S-400-ləri almasından narahat olduqlarını deyib.
Qeyd edək ki, bundan öncə Türkiyə Müdafiə naziri Hulusi Akar S-400-lərin Türkiyədə oktyabr ayından etibarən yerləşdirilməyə başlayacağını bildirib.
pia.az