Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Çin arasında ticarət sazişi əldə olunması üçün ayrılan vaxt uzadıla bilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Pekin arasında ticarət sazişinin əldə olunması üçün martın 1-də bitəcək vaxtın uzadılması variantını istisna etməyib

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp ÇXR baş nazirinin müavini Lü He ilə Ağ evdə baş tutan görüşü zamanı deyib.

“Əgər bu məsələdə irəliləyişə nail olunduğunu görsəm, ticarət sövdələşməsinin əldə olunması vaxtın uzadılması, gömrük rüsumlarının 25 faizə qaldırılması deyil, 10 faiz həddində saxlanılması məqsədyönlü olacaq”, – deyə Donald Tramp bildirib.

Xatırladaq ki, ABŞ və Çin liderlərinin 2018-ci il dekabr ayının əvvəlində Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşündə ticarət məsələlərinə dair bəzi razılaşmalar əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa razı olmuşdu. Həmçinin tərəflər üç ay ərzində iki ölkə arasında ticarət sazişi bağlanması istiqamətində tədbirlər görmək barədə razılığa gəlmişdilər.

pia.az


Etiket: ABŞ və Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar