Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in sonudurmu? - “Dövlət” dağıldı, amma...

Sami Kohen
“Milliyet” qəzeti, Türkiyə, 22 fevral 2019-cu il

İraqda və ardınca Suriyada baş verən daxili toqquşmalar əsnasında ortaya çıxan İŞİD və ya sonrakı adı ilə İslam Dövləti iki əvvələ qədər təkcə bu bölgədə deyil, eyni zamanda beynəlxalq platformada da varlığını yaxşıca hiss etdirirdi.

Radikal təşkilat girişdiyi assimetrik savaşla qısa müddətdə bu torpaqlarda xilafətə əsaslanan bir dövlət qurmağı bacarmış və İraqda, Suriyada önəmli mərkəzləri hakimiyyəti altına almışdı.

İŞİD o günlərdə iki yönü ilə də diqqəti cəlb edirdi. Birincisi, az görülən şiddət üsulları idi. Əsgərlər düşmən hesab etdiklərini vəhşicəsinə öldürür, məsələn, başlarını kəsir və ya onları diri-diri yandırırdı. Eyni savaşçılar öz dini inanclarına zidd hesab etdikləri əski mədəniyyətlərə dair tarixi əsərləri məhv edir, əsir götürdükləri qadınlara təcavüz edir və ya öz hərəmxanalarına daxil edirdilər.

İŞİD-in diqqət çəkən ikinci xüsusiyyəti isə dünyanın müxtəlif ölkələrindən olan gəncləri öz tərəflərinə çəkmələri idi. Bu, İŞİD-in Avropadan Afrikaya, Asiyadan Amerikaya və Avstraliyaya qədər dünyanın 5 qitəsində girişdiyi propaqanda və beyin yuma kompaniyası sayəsində gerçəkləşirdi. Beləliklə, İŞİD qüvvələrində bir çox xarici ölkədən könüllülər də yer alırdı. Onlar xarici pasport daşımaqla yanaşı, bir çoxu həmin ölkələrə köçmüş Orta Şərqli ailələrin uşaqları idi.

“Dövlət” dağıldı, amma...

Əvvəldəki “hərbi zəfərlərinə”nə qarşılıq olaraq, İŞİD-in qurmağa çalışdığı “dövlət" çox da uzun ömürlü olmadı. Bir tərəfdən Türkiyə Silahlı Qüvvələrinin, digər tərəfdən ABŞ liderliyindəki koalisiya qüvvələrinin əməliyyatları qarşısında İŞİD çox sayda torpaq və insan itirib. Yəni DEAŞ "dövlət” olaraq çöküb.

Son xəbərlərə görə, İŞİD əsgərlərinin Suriyadakı son qalası da düşmək üzrədir. Bunun tamamlanmasına da lap az qalıb.

Bəs bu, artıq İŞİD-in sona çatdığı və İŞİD təhlükəsinin ortadan qalxdığı mənasına mı gəlir?

Şübhəsiz ki, İŞİD-in çökməsi onlar üçün böyük məğlubiyyətdir. İşğal etdiyi torpaqlar artıq onun əlində deyil. O torpaqlarda yaşayanlar da artıq İŞİD hakimiyyəti altında deyillər.

İŞİD çox sayda əsgərini itirsə də, amma hamısı yox olmayıb. Bir qismi qaçıb, bir qismi isə dağılıb. Bəziləri isə yaxalanıb və həbsdədir.

Yəni terrorçu kimi tanınan “yerli-xarici” bir qrup əsgər hələ də haralardasa yaşayır. Xaricilərin bir qismi öz ölkələrinə qayıtmağa çalışır.

Lakin heç kim onları istəmir.

Son günlərdə, xüsusilə Avropadan gəlib İŞİD sıralarına qoşulan və indi ya həbsdə, ya da düşərgələrdə olan “xarici əsgərlər”in aqibəti böyük müzakirələrə səbəb olub.

ABŞ prezidenti Tramp Suriyada həbsdə olan 800 xarici əsgərin öz ölkələri tərəfindən alınmasını, lazım gələrsə, bunların həmin ölkələr tərəfindən cəzalandırılmasını və ya cəmiyyətə yenidən qazandırılmasını istəyib. Bu məhbusların arasında ingilis, fransız, alman da daxil olmaqla, bir çox millətdən insanlar var.

Təbii ki, heç bir ölkə bu terrorçulara qapılarını açmaq istəmir. İngiltərədən Banqladeşə, Kanadadan Çinə, Rusiyadan Tunisə qədər bir çox ölkə bu cihadçıların öz ölkələrinə qarşı təhlükə yaradacağından qorxur. Bəs bunlara kim sahib çıxacaq? Başsız qalmaları da ciddi bir təhlükə doğurmayacaqmı? (Tərcümə PİA.az-ındır)

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar