Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamentinə seçkilər ərəfəsində intriqa: Yunkerlə Orban necə görüşəcəklər?  

Avropa Parlamentinin ən böyük fraksiyasının – Avropa Xalq Partiyasının (AXP) üzvləri Macarıstanın FIDES partiyasını AXP sıralarından çıxarmaq çağırışı ilə çıxış ediblər

Macarıstanın Baş naziri Viktor Orban buna cavab olaraq xəbərdarlıq edib ki, onun partiyası populist və millətçilərlə koalisiyaya daxil olacaq.

“Bizim cənab Orbanla heç bir ortaq nöqtəmiz yoxdur. Əgər o, mənim dəstəklədiyim nə varsa, hamısını rədd edirsə, nə üçün mənim partiyamda qalmalı, süfrəmizin arxasında oturmalıdır. Məncə, Avropa Xalq Partiyasında onun yeri yoxdur”.

Azərtac xəbər verir ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Ştutqartda çıxışında Macarıstanın Baş naziri barədə məhz bu xoşagəlməz sözləri deyib. Onun fikrincə, macar mühafizəkarları xristian-demokratların dəyərlərini bölüşmürlər.

Avropa Parlamentinin FIDES partiyasından deputatı Tamaş Doyç sosial şəbəkələrdə Avropa Komissiyasının başçısını tənqid edərək yazıb: “Yunker uğursuzluğa düçar olub, onun prezidentliyi dövründə Avropa İttifaqına milyonlarla qeyri-leqal miqrant gəlib, britaniyalılar isə Aİ-ni tərk edib. FIDES Xalq Partiyasının və Avropa dəyərlərinin başlanğıc prinsiplərinə sadiq olmağa davam edir”.

Seçkiqabağı kampaniya qızışır. Avropa sağ mərkəzçiləri Yunkerlə Orbanın necə görüşəcəklərini səbirsizliklə gözləyirlər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar