Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşayış binaları ilə bağlı fərman neçə mənzili əhatə edəcək?

Prezident İlham Əliyevin çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanı təxminən 400 binanı və ya 50-60 min mənzili əhatə edəcək

PİA.az bildirir ki, bunu Trend-ə müsahibəsində Əmlak Xidmətləri Məkanının rəhbəri Rəşad Əbləsənov deyib.

R.Əbləsənov vurğulayıb ki, bu fərman cəmiyyətin sosial-iqtisadi inkişafında vacib rol oynayacaq.

Onun sözlərinə görə, bu istiqamətdə reallaşdırılacaq tədbirlər ilk növbədə daşınmaz əmlak bazarının leqallaşmasına, əmlak sahiblərinin hüquqlarının müdafiəsinə yönələcək:

"Qeydiyyata alma və ya təkrar qeydiyyata alma ilə bağlı bütün məsələlər dövlət səviyyəsində qısa zamanda həll olunacaq. Daha bir vacib məqam isə odur ki, bu, gənc ailələrə ipotekadan yararlanmağa imkan yaradacaq".

R.Əbləsənov əlavə edib ki, fərman müvafiq dövlət qurumlarının üzərinə daşınmaz əmlak sahiblərinin mülkiyyət hüquqlarının operativ şəkildə tanınması üçün zəruri tədbirlərin qəbul edilməsi ilə bağlı öhdəliklər qoyur.

Əmlak Xidmətləri Məkanının rəhbər həmçinin texniki pasport və çıxarışların verilməsi prosedurlarından danışıb:

"Prosedura əsasən, binaların istismara verilməsi haqqında rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanacaq. Daha sonra bu rəylər Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına ötürüləcək. Sonra yeddi gün ərzində bu qurumlar tərəfindən binanın istismarına icazə verilməsi barədə qərar qəbul ediləcək. Vətəndaşlar mənzil-tikinti kooperativinin protokolundan çıxarışı və mənzil borcunun olmaması barədə arayış təqdim edəcək. Bu sənədlər əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən mülkiyyət hüququnun operativ tanınması təmin olunacaq və texniki pasportlar və çıxarışlar veriləcək".

pia.az


Etiket: fərman sosial

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar