Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parçala və hökm et - Avropa üçün böyük xaos planı..

Bəs bu qədər dəqiq ittihamlar varsa, Trampın ipini niyə çəkmirlər və ya çəkə bilmirlər?

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 22 fevral 2019-cu il

Prezident Trampın köhnə vəkili Maykl Kohen yenə səhnədədir. Trampla 20 illik dostluğu olan Kohenin buna çox da fikir vermədiyi ortaya çıxıb. O, bir vəkil kimi etməməli olduğu şeyləri edir və Trampın quyusunu qazır.

İddialara görə, əlində 200-dən çox səsyazma var. Köhnə dost belə bir şeyi necə edə bilər? Və nə üçün edər?

Kohen seçkidən əvvəl yazdığı səsyazmanı özəl prokuror Müllerə verib. İçində sarsıdıcı şeylərin olduğu deyilir. Bəs bu qədər dəqiq ittihamlar varsa, Trampın ipini niyə çəkmirlər və ya çəkə bilmirlər?

Bütün bunlar baş verərkən Tramp Almaniyanı və avtomobillərini hədəf kimi göstərib. “Heç kim buraya gəlib bir dənə də olsun maşın sata bilməz”, deyərək son nöqtəni qoyub. Sanki Trampı o səsyazmalar danışdırır. Kaseti göstərir və istədikləri çıxışı etdirirlər! Kənardan belə görünür...

Bunun arxasında hansı planlar qurulmuş ola bilər? Nəzər salaq... Böyük planın bir cəhbəsini göstərək.

ABŞ 4 qitədə müharibə edir. Şübhəsiz, ən böyük müharibələrindən birini Avropa ilə edir. Çünki ABŞ-la Avropanın üzdə görünən ortaqlığı çöküb.

Gizli davam edən savaşı görmək artıq mümkündür. Bundan 10 il əvvəl düşünülən və həmin vaxtlarda heç kimə inandırıcı gəlməyən Avropa ölkələrinin bölünməsi layihəsi 1 yanvar 2019 tarixində yenidən əməliyyata qoyulub. Yəni hücum təkcə İrana qarşı planlanmır...

Pentaqon - MKİ - MTA-dan başqa, Müdafiə Kəşfiyyat Agentliyi, Milli Coğrafi Kəşfiyyat Agentliyi, Milli Kəşfiyyat Bürosu və Ordu Hərbi Kəşfiyyatının ortaq əməliyyatı ilə 400-ə yaxın vətəndaş cəmiyyəti təşkilatı və 200 universitetin də içində olduğu çox böyük bir plan üçün hazırlaşırlar. Bu plana nəzər saldıqda görünür ki, ilk hədəf Belçikadır...

Belçika kiçik bir ölkə olsa da, Avropanın qəlbidir. Avropa Birliyinin, NATO-nun mərkəzi olması Belçikanın xüsusilə seçildiyini göstərir. Belçikada holland dilli Flamand bölgəsi ayrılmaq istəyir. Alman əsilli azlıqdan ibarət olan və fransızca danışan Valon ərazisi də ayrılma planı qurur. 2 hissə kimi görünən ölkə üç yerə bölünmək təhlükəsi altındadır! Planda olan məhz budur!

Trampın Merkellə mübahisə etdiyi Almaniya da bu hesaba daxildir. Plan belədir. Olar, yoxsa olmaz, hələ məlum deyil...

Amma adamlar dünyanın lideri kimi hərəkət edirlər...

Almaniyada, şübhəsiz, ən zəngin və ən təsirli vilayət Bavariyadır. Artıq Bavariya da ayrılmaq üçün addımlarını atmaq üzrədir. Şəhərin rəsmi adı “Freistaat Bayern”, yəni “azad ölkə”, “azad dövlət” və ya “azad xalq”dır. Alman iqtisadiyyatını yüksəkdə tutan bu şəhər ABŞ-ın ən böyük planının içində yer alır. Hədəf Bavariyadır.

Vaşinqtonun planında təkcə Almaniya və Belçika yer almır, təbii ki. İspaniyanın katalonlar və basklarla 3 yerə bölünməsi də planın başlıca hissələrindən biridir.

Böyük Britaniya ilə Şotlandiya arasındakı qopma nöqtəsi BREXİT-lə olacaq. Buna görə də, BREXİT 300 illik məntiq evliliyinə də son qoyacaq.

40 ildir azadlıq istəyən İtaliyanın şimal-şərqində yerləşən və Venesiya, Verona, Padova və Viçenzanı əhatə edən Veneto bölgəsi də çox yaxın bir tarixdə İtaliyadan ayrılacaq. Bu səbəblə, Stiv Bennon həftələrlə İtaliyada qalıb.

Həm Avropa içəridən açıqlacaq, həm də Çinlə olan ortaqlığının qarşısı alınacaq. Rusiya ilə yaxınlaşma ehtimalı da ortadan qalxacaq!

Bennon bölünmənin detallarını şərh edib, planlarını danışıb. Qurulan hökumət də İtaliyanı böləcəkdi. İndi bir çox gizli addım atılır və Venetonun müstəqilliyi bir neçə il ərzində gerçəkləşəcək. Lakin bunun üçün gərək İtaliya əvvəlcə Avropa Birliyindən ayrılsın.

Bəs yaxşı, adamlar bütün bunları düşünərkən Türkiyənin üstündən keçirlərmi? Əlbəttə ki, yox!

Türkiyənin istədikləri hala gəlməsi üçün əsas şərt Orta Şərqin qarışmasıdır...

Ərəb baharı kimi bir iğtişaşın yenidən alovlanmasını çoxdan istəyirlər. Təbii ki, bütün bunlar 1 həftədə baş verə bilməz. Amma 2019-un heç də sakit bir il olmayacağını unutmayaq...

Çünki addımlarını bu yöndə atırlar.

Bölünən hər ölkə ABŞ-a birləşəcək. Məqsəd də budur! ABŞ daxilindəki coşqunluğun səbəbi də elə budur: böyük plan davam edərkən yaşanan gərginliklər...

Orta Şərqdə bir krizisin baş verməsi üçün gərək əvvəlcə ABŞ bölgədən çıxsın. Ən azından rəsmi olaraq. Çünki ABŞ-ın çıxdığı bölgələri qarışdırmaq Vaşinqtonun ehtiyac duyulan paytaxt roluna girməsini təmin edəcək. Sonra isə Vaşinqton eyni bölgəyə təkrarən girmiş kimi edib torpaqların sahibi olacaq.

Getməyəcəklər, getmiş kimi göstərəcəklər!

Ölkələrdəki vətəndaş cəmiyyəti təşkilatları və universitetlərdə verilən təhsilin, bəlkə də, hamısı bölünən Avropa düşüncəsini şüuraltına yerləşdirib.

Ümumiyyətlə, bölünməsi planlaşdırılan ölkələrin hamısında bu əməliyyat 5 ildir yüksələn bir qrafiklə davam etdirilirdi. İndi isə bunun qarşılığını almaq vaxtıdır. Daha doğrusu, 2019-da buna start veriləcəkdi və verilib də!

Cəmiyyət qayğılarının artdığı ölkələrdə güclü demokratiya hissi azalır. ABŞ da Avropada iqtisadi krizislə bu hissin ortaya çıxmasına şərait yaradacaq.

Məsələn, Bavariyada və ya Venetoda yaşayanlar ayrıldıqdan sonra daha zəngin olacaqlarını bilir.
“Bavariya alman iqtisadiyyatının 50%-dir. Niyə Bavariya işləyərkən, digərləri də bu rifahdan faydalansın ki?” şüarı ilə hərəkət edəcəklər!

Almaniya bunu da gördüyü üçün “Avropa ordusu” deyərək ört-basdır edir. Ancaq ortağı Fransa belə böyük planda təkcə özünü düşünür! Bu səbəbdən, səssiz və dərindən Bavariyanın Almaniyadan ayrılmasını istəyir. Çünki Fransa həm Bavariya, həm də Almaniya ilə münasibətlərini davam etdirərək əsas lider olmağın planını qurur.

Böyük xaoslardan sonra baş verəcək krisizlərin ortaya çıxacağı bir dönəmdəyik. Son zamanlarda buna qarşı qoymaq da heç asan deyil. Çünki artıq yeni bir sistem tələb edilir. Bu sistemin necə formalaşacağı da ortadadır. Yəni heç də rahat bir keçid olmayacaq. Ciddi və sarsıdıcı bir keçid olacağı bəllidir.

Valyuta sürətlə yer dəyişdirir. Çin də, Avropa da maliyyə cəhətdən çətinlik çəkməyə başlayıb. Valyutanı izləyərək baş verəcək hadisələri müəyyən dərəcədə anlaya bilərik. Silah səsinə baxaraq da gedişatı görərik!
Bu il çətin və sarsıdıcıdır...

Sadəcə olaraq Türkiyə çox ağıllı və öndə gedən bir ölkədir! Həm pulla, həm də silah vasitəsilə savaşa bilir... Və yol ala bilən tək ölkədir...

İllər sonra filmlərdə, romanlarda görəcəyimiz tarix bu dəqiqə yazılır.
Türkiyənin də məqsədi öz tarixini yazmaqdır... Özü də böyük bir xaosun ortasında!

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar