Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar

Bəşəriyyət Yerin kosmik cisimlə toqquşması, təbii və ya texnogen qəzalar nəticəsində məhv ola bilər

Bu KİV-in fantaziyası və ya Hollivud senaristlərinin qələmindən çıxan yazılar yox, alimlərin proqnozudur.

2036-cı il

2007-ci ilin oktyabrında Penza vilayətində bir kəndin sakinləri Qiyaməti gözləmək üçün mağaraya sığındılar. Onların fikrinə görə, 2008-ci ilin may ayında Yer kometlə toqquşaraq məhv olacaqdı. Kosmik fəlakət baş vermədiyi üçün penzalı sakinlər mağaranı tərk etdilər.

Bəşəriyyətin sonu, Qiyamət günü haqqında müxtəlif dinlərdə də var. Xristanlıqda Armageddonun tarixi 1000-2000-ci illər arası göstərilir. Mayalıların təqvimində isə 2012-ci il qeyd edilmişdi.

Təhlükə səmadan gözlənilirdi. Günümüzdə astronomlar Yerlə təhlükəli məsafəyə qədər yaxınlaşa biləcək irili-xırdalı kosmik obyektləri kəşf ediblər. Bəzi hallarda isə toqquşma istisna edilmir.

Daha çox Apofis asteroidi alimləri qorxuya salır. Bu asteroid 2029-cu ilin 13 aprel tarixində geri qayıdacaq və Yerin mərkəzindən 38 min km məsafədən keçəcək. Kiçik bir ehtimala əsasən, asteroid altı yüz metrlik təhlükəli zonaya girəcək və planetin qravitasiya sahəsi onun trayektoriyasını dəyişəcək. Bu zaman 2036-cı ildə Apofis geri qayıdanda planetimizlə toqquşacaq. Rusiyalı alimlərin hesablamasına əsasən, 2036-cı ildə Apofislə toqquşma risk zonasına Uzaq Şərq, Mərkəzi Amerika ölkələri və Qərbi Afrika daxildir.

2026

Yarım əsr bundan əvvəl amerikalı riyaziyyatçı Hayns fon Ferster həmkarları ilə birlikdə "Science" jurnalı üçün məqalə hazırladı. Bu məqalədə Qiyamətin dəqiq vaxtı kimi 2026-cı ilin 13 noyabr tarixi göstərilib.

Ferster iki parametrdən, yəni istənilən canlı varlığın populyasiyasını təyin edən artım və ölüm həddindən istifadə edib. 1975-ci ildə alman astrofizik Sebastyan fon Horner insan fəaliyyəti ilə bağlı digər parametrləri də nəzərə aldı və ehtimal etdi ki, Qiyamət günü 2020-2050-ci illərin arasındakı bir günə təsadüf edəcək. Bu dövr ərzində planetdə insanların sayı o qədər artacaq ki, qidalanma ilə bağlı ciddi problemlər üzə çıxacaq. Eyni zamanda sənayə tullantıları səbəbindən atmosfer həyat üçün əlverişsiz şəraitə qədər isinəcək.

Amerikalı alimlər fon Hornerin düsturuna son 30 ildə baş verən dəyişiklikləri nəzərə alaraq yeni əhəmiyyət qazandırıblar. Məlum olub ki, Qiyamət 2300-2400-cü ildən tez baş verməyəcək. Səbəb isə qlobal istilər və planetin insan fəaliyyətinə görə isinməsi olacaq.

XXI əsr

1972-ci ildə Romadakı intellektual, alim, futuroloqların ittifaqı sivilizasiyanın inkişafının sərhədləri barədə hesabat təqdim etdi. Müəlliflər əhali artımı, sənaye, bərpa olunmayan təbii ehtiyatların istifadəsi, ekologiyanın korlanması kimi məsələləri nəzərdən keçirərək bildiriblər ki, XXI əsr Qiyamət əsri olacaq. Əgər fəaliyyətləri, siyasəti və texnoloji inkişafı dəyişsək, bəşəriyyətin məhvinin qarşısını ala bilərik.

1980-ci illərin əvvəlində bir neçə riyaziyyatçı bəyan etdi ki, bəşəriyyətin mövcud olduğu vaxtı bilərək gələcəkdən xəbər vermək olar. Bu, dünyanın sonu teoremi adlanır.

Riyaziyyatçıların fikrinə əsasən, əgər biz təsadüfən hansısa prosesi müşahidə etmək qərarına gəliriksə, bunu ortada edirik, prosesin əvvəlində və sonunda etmirik. Deməli, bizim sivilizasiya yolunun ortasındadır və ola bilər ki, bir neçə yüz il və hətta bir neçə min il ehtiyat vaxtımız var..

pia.az


Etiket: qiyamət günü

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar