Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ATƏT bu problemlərə lazımi diqqət ayırmır”

"ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır"

Bunu Vyanada ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında Milli Məclisin üzvü, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib: “Biz təəssüflə ATƏT-in fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqətin olmamasını qeyd edirik. Regionda qaçqın və məcburi köçkünlərin vəziyyətinin getdikcə ağırlaşdığı dövrdə münaqişədən sonra bərpa dövrünün bu vacib aspektinin təşkilatın fəaliyyətində yer almaması başa düşülmür”.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, ATƏT-in mövcud sənəd və qərarlarına müvafiq olaraq təşkilat münaqişələrin nizamlanmasında, eləcə də münaqişələrin qarşısının alınmasında, böhranların nizamlanmasında və münaqişədən sonrakı bərpa dövründə əsas vasitədir:

“Bu elementlərdən hər biri ATƏT-in münaqişə sikli konsepsiyasının ayrılmaz hissəsidir. Vasitəçilik ATƏT-in vacib fəaliyyət elementidir. Bu fəaliyyət beynəlxalq hüquq norma və prinsiplərinə, neytrallıq, qərəzsizlik, razılaşdırılmış mandata riayət olunması prinsiplərinə uyğun həyata keçirilməlidir”.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakına gəlincə, B.Muradova vurğulayıb ki, 1999-cu ildə ATƏT Nazirlər Şurasının iclasında qəbul edilmiş qərara əsasən ErmənistanAzərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən edilib:

“Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra hər iki icma bərabərhüquqlu şəkildə müzakirələrdə iştirak edə biləcəklər”.(trend.az)

pia.az


Etiket: ATƏT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar