Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan polemikaları iki dostu üz-üzəmi qoydu?

BAXCP sədri Qüdrət Həsənquliyev Naxçıvandakı problemləri dilə gətirdikdən sonra muxtar respublika ilə o qədər də əlaqəsi olmayan bəzi siyasi xadimlər də polemikalara qoşulub

Bizim üçün ən sürpriz olan belə şəxslərdən biri isə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin rəsmi informasiya vasitələrinə veridyi açıqlamalar oldu. Nədən ki, Əliməmməd Nuriyev uzun illərdən bəri deputat Qüdrət Həsənquliyevin yaxın dostu kimi tanınırdı. Siyasi müzakirələrin gücləndiyi belə kritik məqamda köhnə dost isə tamamilə başqa mövqedən çıxış edib.

AzərTAC-ın bugünkü məlumatını təqdim edirik:

Muxtar respublikanın Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi kənd əhalisini içməli su ilə təmin etmək məqsədi daşıyır. Layihə Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılır və bu layihənin uğurlu icrası üçün bizə hərtərəfli dəstək göstərilir. İnanıram ki, qısa müddətdə bu layihəni başa çatdıra biləcəyik.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Əliməmməd Nuriyev vurğulayıb ki, biz muxtar respublikada həyata keçiriləcək yeni bir layihənin də üzərində işləyirik. Artıq Yaponiya səfirliyi yeni layihəyə müsbət münasibətini bildirib. Ümidvaram ki, gələcəkdə də bu sosial layihələr uğurla davam etdiriləcək.

“Naxçıvanda böyük infrastruktur quruculuğunun həyata keçirildiyinin şahidi olduq. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də böyük abadlıq və quruculuq işləri görülüb.

Muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılıb, məktəb binaları yenilənib, yaşayış məntəqələrində tibb ocaqları yaradılıb, yol infrastrukturu müasir səviyyədə yenidən qurulub, yaşıllıqlar salınıb”, – deyən Əliməmməd Nuriyev vurğulayıb ki, Azərbaycanda yaşıllıqların orta göstəricisi 11 faiz olsa da, bu rəqəmin Naxçıvanda 20 faizə çatması sevindirici haldır. Halbuki, 1994-cü ildə Naxçıvanda demək olar ki, ağac yox idi, hamısı kəsilmişdi. Amma bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq.

Əliməmməd Nuriyev bildirib ki, Naxçıvan blokada şəraitində yaşamasına baxmayaraq inkişaf edir.

Qeyd edək ki, bir müddət əvvəl Qüdrət Həsənquliyev qəzetimizə müsahibə verərək, Naxçıvanın ağır durumundan danışmış və muxtar respublika kəndlərinin müharibədən çıxmışa oxşadığını irəli sürmüşdü. Əliməmməd Nuriyevin son açıqlamaları isə deputata cavab təəssüratı bağışlayır.(hurriyyet.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar