Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədrlər Prezidentlə görüşdü - Ortada nikbinlik üçün əsas varmı?

Politoloq: “Hal-hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri çox çətin vəziyyətdədirlər”

Prezident həmsədrlərə müəyyən qədər vaxt verib və tənzimlənmə istiqamətində Ermənistanın mövqeyində pozitiv dəyişiklik olmasa, artıq Azərbaycan hərbi əməliyyatlara başlayacaq”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu dünən prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21- də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu görüşün nəticələri barədə nə düşünmək olar? Danışıqların uğurla davam etdirilməsi üçün normal mühit varmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “Həmsədrlərin Elmar Məmmədyarovla görüşü barədə məlumata rast gəlməmişəm. Yəqin ki, prezidentin göstərişi ilə Məmmədyarov həmsədrlərə o qədər də xoş üz göstərməyib”.

Bu günlərdə Rusiyanın yenidən Dağlıq Qarabağ münaqişəsinin həllinin yubadılması kursunu götürdüyünü düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, həmsədrlər bütün gün ərzində Yerevanda oldular. Səhər Mnatsakanyanla görüşməklərinə baxmayaraq, Paşinyan onlarla axşam saatlarında görüşdü. Paşinyan da həmsədrlərə az vaxt ayırıb və bildirib ki, qalan məsələləri Mnatsakanyan izah edəcək. Mnatsakanyan da deyib ki, mən izah etmişəm:

“Hal-hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri çox çətin vəziyyətdədirlər. Onlar 2018-ci ilin əvvəllərindən yeni kurs götürmüşdülər və buna görə də aktivlikləri artmışdı.

Həmçinin o da nəzərə alınmalıdır ki, 2018-ci ildən etibarən ATƏT-in Minsk qrupunun rəqibi yaranmaq üzrədir. Yəni bildiyimiz kimi Almaniya ciddi cəhdlə çalışır ki, ATƏT-in Minsk qrupunu prosesdən çıxarsın. Almaniya kansleri Merkel yayda regiona gəldi və Ermənistanda olanda açıq-aşkar bəyan etdi ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin məsuliyyətini öz üzərinə götürməyə hazırdır.

Sonra Almaniya Ermənistanın prezidenti Armen Sərkisyanı yanına çağırdı. Onlar başa düşdülər ki, Armen Sərksiyanın elə də ciddi səlahiyyəti yoxdur. Buna görə Paşinyanı Almaniyaya dəvət etdilər. Daha sonra isə Armen Sərksiyanın Münhen Konfransında iştirak etməsinə şərait yaratdılar. Axır Armen Sərksiyanın Azərbaycan prezidenti ilə görüşməsinə nail oldular. Çünki Merkel bilir ki, Paşinyan savadsız adamdır və onun İlham Əliyevlə problemi müzakirə etməyə səviyyəsi çatmır.

Mübariz Əhmədoğlu: “Münhen Konfransında xarici işlər nazilərinin görüşü alınmayandan sonra Minsk qrupunun həmsədrləri başa düşdülər ki, artıq onların planına ciddi maneçilk edən tərəf var”.

Həmçinin onu da qeyd edim ki, Paşinyan Almaniyada olarkən Merkel onunla birgə mətbuat konfransında Avropa İttifaqının vasitəçiliyin qaldırdı. Yəni Almaniya iki istiqamətdən ATƏT-in Minsk qrupuna hücuma keçdi. Bütün bunların da hamısın ATƏT-in Minsk qrupunun həmsədrləri görürlər və buna görə də aktivləşirlər.

ATƏT-in Minsk qrupunun həmsədrləri çox gözəl formula ortaya qoymuşdular ki, Azərbaycanın iqtisadi imkanlarından Ermənistan yararlana bilər. Bunun əvəzində də Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini, o cümlədən Dağlıq Qarabağı da geri qaytarsın.

Münhen Konfransında Mnatsakanyan Lavrovla görüşdən sonra Məmmədyarovla görüşdən imtina etdi. Yəni Lavrov Mnatsakanyana icazə vermədi ki, Elmar Məmmədyarovla görüşsün. ATƏT-in Minsk qrupunun həmsədrləri isə gözləyirdilər ki, Münhen Konfransında Mnatsakanyanla Məmmədyarov görüşəcək. Bu görüş alınmayandan sonra Minsk qrupunun həmsədrləri başa düşdülər ki, artıq onların planına ciddi maneçilk edən tərəf var.

Mübariz Əhmədoğlu: “Qarabağ probleminin həll edilməsini istiqamətində nikbinlik var”.

Münhen Konfransında sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistandakı davranışlarından belə başa düşürəm ki, onlar Paşinyanı ağıla gətirə bilməyiblər. Yəni onlar başa düşüblər ki, Paşinyan sözünün yiyəsi olan adam deyil və Paşinyan ciddi şəkildə Rusiyanın sözünə qulaq asır.

Bu günlərdə isə Rusiya yenidən Dağlıq Qarabağ münaqişəsinin həllinin yubadılması kursunu götürüb. Həmsədrlər bütün gün ərzində Yerevanda oldular. Səhər Mnatsakanyanla görüşməklərinə baxmayaraq, Paşinyan onlarla axşam saatlarında görüşdü. Paşinyan da həmsədrlərə az vaxt ayırıb və bildirib ki, qalan məsələləri Mnatsakanyan izah edəcək. Mnatsakanyan da deyib ki, mən izah etmişəm.

Minsk qrupunun həmsədrləri Ermənistandan elə bir qeyri-müəyyən vəziyyətdə qayıdıb İlham Əliyevlə görüşdülər. Həmsədrlərin Elmar Məmmədyarovla görüşü barədə məlumata rast gəlməmişəm. Yəqin ki, prezidentin göstərişi ilə Məmmədyarov həmsədrlərə o qədər də xoş üz göstərməyib.

Qarabağ probleminin həll edilməsini istiqamətində nikbinlik var. Həm Avropa İttifaqının, həm də Almaniyanın cəsarəti bizə deməyə əsas verir ki, biz yaranmış münaqişəni hərbi yolla həll edə bilərik.

Mübariz Əhmədoğlu: “Qeyri-müəyyənliklər Dağlıq Qarabağ münaqişəsində çox olub. Amma indiki qeyri-müəyyənliyin üstünlüyü budur ki, Azərbaycan bu vəziyyətdən xeyli möhkəmlənmiş halda çıxır”.

Qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dəfələrlə belə qeyri-müəyyənlik yaranıb. Bir neçə dəfə olub ki, münaqişə üzrə sənəd imzalansın, amma axırda kimlərsə sənədin imzalanmasına icazə verməyib. Məsələn 2011-ci ildə Kazanda AzərbaycanErmənistan prezidentləri, yəni Serj Sərkisyan və İlham Əliyev sənəd imzalamağa hazır idilər. Bu zaman Rusiya sənədə 1-2 məsələ əlavə etdi. Bundan sonra isə Azərbaycan prezidenti sənədə 10 dənə dəyişiklik etdi. Bununla da sənəd imzalanmadı.

1999-cu ildə isə Ermənistanın prezidenti Köçəryan idi və söz vermişdi ki, ATƏT-in İstanbul Sammitində sənəd imzalanacaq. Noyabrın axırı dekabrın əvvəli həmin sənəd imzalanmalı idi, amma oktyabrın 27-də Ermənistanın parlamentin qüllə-boran etdilər və sənəd imzalanmadı.

Göründüyü kimi belə qeyri-müəyyənliklər Dağlıq Qarabağ münaqişəsində çox olub. Amma indiki qeyri-müəyyənliyin üstünlüyü budur ki, Azərbaycan bu vəziyyətdən xeyli möhkəmlənmiş halda çıxır. Yəni Azərbaycanı başa düşürlər və Azərbaycana dəstək verirlər. Hal-hazırda həm Almaniya, həm də Avropa İttifaqı Ermənistana təzyiq edilər ki, təcili Qarabağ münaqişəsi həll olunsun. Hətta bu təzyiqlər o səviyyədədir ki, Almaniya və Avropa İttifaqı söz veriblər ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyənə qədər Ermənistana pul verilməyəcək. Buna görə də Ermənistan başa düşür ki, problemin tənzimlənməsin nə qədər ki, yubadır bu onun ziyanınadır.

Mübariz Əhmədoğlu: “Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə daha da sərt şəkildə mövqe ortaya qoyub”.

Onu da qeyd edim ki, Paşinyan Almaniyaya gedəndə demişdi ki, pula görə gedir. Paşinyandan bir həftə qabaq Özbəkistanın prezidenti Almaniyada idi. Özbəkistanın prezidenti Almaniyada 9 müqavilə imzaladı və 4 milyard avroluq iqtisadi əlaqələr haqqında müqavilə imzaladı. Bu da o deməkdir ki, Almaniya, Avropa İttifaqı Ermənistana pul vermir.

Daha böyük prespektiv isə bizim öz tərəfimizdən yaranır. Hesab edirəm ki, prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə daha da sərt şəkildə mövqe ortaya qoyub. Bəlkə də prezident həmsədrlərə müəyyən qədər vaxt verib ki, tənzimlənmə istiqamətində Ermənistanın mövqeyində pozitiv dəyişiklik olmasa, artıq Azərbaycan hərbi əməliyyatlara başlayacaq.

İndi Laçın kolidorunu bağlamaq hərbi əməliyyat deyil. Laçın kolidorunu bağlayanda bütün beynəlxalq aləm bizə dəstək verəcək. Ümumiyyətlə Dağlıq Qarabağdan Ermənistan gedən bütün kommunikasiyanı bağlamaqla biz ermənilərin yalanın ifşa etmiş olacağıq. Çünki yollar bağlanandan sonra hamı görəcək ki, Azərbaycan dinc erməniləri qırmadı. Əksinə dinc ermənilər bizdən yol istəslər, biz Ağdam istiqamətindən yol verəcəyik. Bu baxımdan hesab edirəm ki, indi daha ümidli prespektivi gözləməyə dəyər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar