Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni soyuq müharibə, ABŞ-ın iqtisadi imperializmi və Beynəlxalq Valyuta Fondu

ABŞ-n dünya üzərində hegomoniyasını təmin edən ən önəmli ünsürlərdən biri olan “sərbəst ticarət” bu gün şəxsən ABŞ tərəfindən baltalanır

Ləvənt Yılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 21 fevral 2019-cu il

Gərginlik simvolu olan Berlin divarının yıxılmasının ardınca “Soyuq Müharibə” bitdiyi zaman dünya tək qütblü bir hala gəldi və II Dünya müharibəsi qaliblərinin qurmağa çalışdığı sistem və bu sistemin qurumları artıq özlərini əsas obraz elan etmişdi. Çünki 1971-ci ildə “Qızıl Standart” sistemi bitdikdən sonra, onsuz da valyuta ehtiyyatlarını dollar olaraq saxlamağa məcbur edilən ölkələr bu dəfə tək hakim güc olan ABŞ-a iqtisadi cəhətdən tamamilə tabe olmağa başlamışdı.

ABŞ II Dünya müharibəsindən sonra vaxt itirmədən digər ölkələri iqtisadi cəhətdən nəzarətdə saxlamaq üçün Beynəlxalq Valyuta Fondunu (IMF) və Dünya Bankını yaratmışdı.

Beləliklə, “Soyuq Müharibə” dönəminə aid olaraq ortaya çıxan və nüvə silahları üzərində təsis edilən dəhşətli quruluşun bir bənzəri də maliyyə bazarları üçün yaradılmışdı. Artıq dollarınızın həm olması, həm də olmaması böyük problem idi.

ABŞ-ın maliyyə imperializmi

II Dünya müharibəsi, “Qızıl Standart” sisteminin ləğv olunması və “Soyuq Müharibə”nin ABŞ-ın lehinə nəticələnməsi ABŞ-ı tək qütblü dünyanın əsas obrazı halına gətirmişdi. Əlbəttə ki, bu arada digər ölkələr çoxdan rezerv olaraq dollar saxlamağa və bu rezervləri ilə ABŞ sənədlərinə investisiya yatırmağa çoxdan başlamışdı. Digər ölkələr, bəlkə də, fərqində deyildi, amma bu şəkildə izlədikləri maliyyə siyasəti ABŞ iqtisadiyyatını təmin edən bir modelin özəyi idi. Çünki ABŞ bir tərəfdən bütün maliyyə bazarlarına valyuta buraxır, digər tərəfdən onlara silah satır və əllərindəki dollar ehtiyyatları ilə ABŞ sənədi almalarını təmin edirdi.

Bu vəziyyətdə BVF və Dünya Bankının yürütdüyü siyasət də dollarlaşdırmanı məcburi hala gətirir və beləliklə, bu ölkələr fərqində olmadan ABŞ-ın özlərinə qarşı istifadə etdiyi silahlar da daxil olmaqla, ABŞ silah sənayesini maliyyələşdirirdi.

BVF və Dünya Bankının siyasətləri yarım əsrdən çoxdur ki, bir tərəfdən dollarlaşdırmaya xidmət edərkən, digər tərəfdən də ABŞ-ın dollar üzərindən əsas borcverən olaraq digər ölkələri “dollar borcu - dollar ehtiyatı - ABŞ sənədi almaq” çarxına salmasına kömək edir.

Digər tərəfdən isə ABŞ-n dünya üzərində hegomoniyasını təmin edən ən önəmli ünsürlərdən biri olan “sərbəst ticarət” bu gün şəxsən ABŞ tərəfindən baltalanır. Çünki ABŞ-ın istəyi odur ki, sərbəst ticarət ancaq dollarla aparılsın. İşin içinə yerli valyutalar girdikdə isə bu artıq ABŞ əleyhinə olan bir mexanizmə çevrilir. Yəni ABŞ təkcə maliyyə imperializmi deyil, həm də bu imperializmi bəsləyən və sadəcə dollarla edilən "sərbəst ticarət imperializmi"ni də istəyir.

Bir maliyyə silahı kimi BVF

Beynəlxalq hüquq ABŞ-ın qlobal aktyor kimi keçmişdə tez-tez istifadə etdiyi bir anlayış idi. Əslinə qalsa, tək qütblü dünya modelində ABŞ beynəlxalq hüquqdan (onsuz da çərçivəsini özü müəyyənləşdirdiyi üçün) öz lehinə çox yaxşı istifadə etdi. Ancaq bu gün gəlinən vəziyyətdə dünya tək qütblü deyil. Əksinə, 6-7 qütblü bir hala gəlib və çərçivəsini ABŞ-ın müəyyənləşdirdiyi beynəlxalq hüquq bu dəfə Vaşinqtonun yürütdüyü siyasətlərin qarşısında əngəllər yaratmağa başlayıb. Buna görə də, ABŞ çox diqqətsizcə bu hüquqları heçə sayır.

Üstəlik, BVF kimi təşkilatlar da qurulma məqsədlərinə zidd hərəkətlər edəcək qədər risk ala bilirlər. Məsələn, Ukraynaya BVF tərəfindən verilən son kreditlər araşdırıldığı zaman qarşımıza çıxan gerçəklər ABŞ-ın BVF-dən Rusiya və Çin kimi ölkələri maliyyə cəhətdən izolyasiya etmək məqsədilə necə istifadə etdiyini göstərir.

BVF qaydalarına görə, əgər bir ölkə başqa bir ölkəyə olan borcunu ödəyə bilmədiyi üçün yenidən kredit ala bilmədiyi halda, Ukrayna və Rusiya Milli Sərvət Fonduna olan borcunu ödəmədən yeni kredit ala bilmişdi. Bəs BVF niyə qaydalarını dəyişdirdi? Hər nə qədər Soyuq Müharibə bitmiş olsa da, ABŞ ilə Rusiya arasındakı rəqabətdə Ukraynaya maliyyə dəstəyi verilərək Rusiyaya qarşı olan cəbhə genişləndirilmiş ola bilərdimi?

Son xəbərlər və dövlət rəhbərləri səviyyəsində verilən bu açıqlamalar isbat edir ki, dünya bu dəfə də maliyyə cəhətdən bir müharibə içindədir. Əgər bu, “Yeni Soyuq Müharibə”nin kodlarıdırsa, o zaman özünü ticarət yollarında, ikili ticarət müqavilələrində, iqtisadi sanksiyalarda və maliyyə bazarlarında gizlədir.

Hal belə olduqda isə ABŞ-ın dollardan və BVF-dən bir silah kimi istifadə etməsi qaçınılmaz ikən, digər ölkələrin də özlərini qorumaq üçün etməli olduqları ilk şey dollara olan asılılıqlarını ən aşağı səviyyəyə endirmək və nə olursa-olsun, ABŞ-ın tək başına veto gücü olan BVF kimi təşkilatlardan uzaq durmaqdır.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar