Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AFB Bank”ı satın alan Hikmət İsmayılov kimdir?

Bu həftənin ən diqqətçəkən iqtisadi hadisələrindən biri “Gilan Holding”ə daxil olan “AFB Bank”ın səhmlərinin satılması oldu

Korporativ məlumatların açıqlanması (MEAS) saytında verilən məlumata görə, bankın 55 447 səhmini 70,140,455 (yetmiş milyon bir yüz qırx min dörd yüz əlli beş) manata Hikmət İsmayılov alıb. Bununla bağlı fevralın 7-da saziş imzalanıb.

Bundan əvvəl, “Gilan Holding” “AFB Bank”ın səhmlərinin 99,64 faizinə nəzarət edirdi. İndi bu pay bütünlüklə H.İsmayılova keçib. Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz).

Mətbuat üçün mövzunu diqqətçəkən edən bankın rəsmi olaraq “Gilan Holdinq”in nəzarətindən çıxması idi. “Gilan Holdinq”in Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olması və son vaxtlar nazirin biznes oliqarxiyası ətrafında gəzən söz-söhbətlər istər-istəməz mövzunu mətbuat üçün cəlbedici etmişdi. Təsadüfi deyil ki, mətbuatın ilkin reaksiyası da məhz belə oldu: “Bank Kəmaləddin Heydərovdan alındı”.

Bəs əslində nə baş verib? Doğrudanmı “AFB Bank” nazirin nəzarətindən çıxıb? Bankın səhmlərini satın alan Hikmət İsmayılov kimdir?

Qaynarinfo-nun araşdırmaları maraqlı məqamları ortaya çıxardı. Məlum oldu ki, Hikmət İsmayılov Kəmallədin Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir.

Onda belə çıxır ki, bank yenə Kəmaləddin Heydərovun nəzarətində qalır. Elə isə bu formal “səhm alqı-satqısı” hansı zərurətdən yaranıb?

Bəlkə məsələ banka yox, “Gilan Holdinq”ə nəzarəti əldən verməkdədir? Bəlkə məqsəd yüzdən artıq şirkəti özündə birləşdirən “Gilan Holdinq”i – “şişmiş şar”ı hissələrə ayırıb, daha az diqqət cəlb etməkdir? Suallar çoxdur…

2008-ci ilin yanvarından 2012-ci ilin iyununa kimi kommersiya şəxslərin dövlət reyestri yalnız istifadəçilərə açıq idi. Bu dövrdə Hikmət İsmayılov “Azdəmir ltd” MMC-nin təsisçilərindən biri idi.

Maraqlıdır ki, bu şirkətə iranlı iş adamı Xangah Əli oğlu Əhədpur direktor təyin edilmişdi. O, Heydərovların biznes şəriki idi.

Hikmət İsmayılov bank-maliyyə sektorunda bir sıra iri şirkətlərin səhmlərinə sahibdir. Bu şirkətlərin çoxu ya “Gilan Holding”in törəmə şirkətləridir, ya da təsir dairəsindədir. Məsələn, Hikmət İsmayılov “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət “Gilan Holding” qrupunun strukturu hesab edilir.

Hikmət İsmayılov həmçinin ölkənin ən iri banklarından olan “Bank of Baku”nun da səhmlərinin 31 faizinə sahibdir. Bankın digər səhmdarı olan “Nab Holding” (35%) də Hikmət İsmayılovun və heydərovların iş ortağıdır.

Qeyd edək ki, “Nab Holding” iranlı iş adamının şirkətidir, şirkətin rəhbəri Bəhram Oromi ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunan iş adamı Rza Zərrabın bacısının əridir. Bir müddət öncə mediada sözügedən cinayət işi ilə bağlı “NAB Holding”in icraçı direktoru Omid Orominin aktivlərinə həbs qoyulduğu ilə bağlı xəbərlər dərc olunmuşdu. Hərçənd holdinq Rza Zərrabla və çirkli pul yuma əməliyyatları ilə bağlılığını inkar edir, amma bu şirkətin birbaşa və dolayısıyla ölkənin iki bankında iş ortaqlığı istər-istəməz sual doğurur və araşdırma tələb edir. Yeri gəlmişkən bu holdinq həm də “Baku Electronics” və “Auto Azerbaijan” şirkətlərinin də sahibidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar