Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İvanişvilinin yaxın tərəfdaşlarından biri istefa verdi

"Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından olan deputat Eka Beselia partiya sıralarını tərk edib"

Bunu o, keçirdiyi brifinqdə bildirib.

E.Beselia belə bir qərar qəbul etməyin onun üçün çətin olduğunu deyib: "Bidzina İvanişvili ilə yaratdığım siyasi partiyadan gedirəm. Bu siyasi komandanı tərk etmək çətindir. Mən cəmiyyətin olduğu yerə gedirəm".

O vurğulayıb ki, fəaliyyətini müstəqil deputat kimi davam etdirəcək və həmkarlarının növbəti qərarlarını gözləyəcək: "Daha sonra həmkarlarımla yeni müstəqil siyasi platforma yaratmaq barədə məsləhətləşmələr aparacağıq".

Deputat qərarını parlamentdə ötən gün məhkəmələr haqqında 9 deputatın hazırladığı qanun layihəsi üzrə keçirilmiş səsvermədən sonra qəbul edib. E.Beselia layihəni hazırlayan deputatlardan biri olub.

Sənədi 45 deputat dəstəkləyib, 17-si isə əleyhinə səs verib. Qanun layihəsinin qəbul olunması üçün 76 deputatın dəstəyi tələb olunub.

Qeyd edək ki, E.Beselia ötən ilin dekabrında Gürcüstanın qanunverici orqanının Hüquq məsələləri üzrə komitəsinin sədri vəzifəsindən istefa verib. (report.az)

pia.az


Etiket: Gürcüstan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar