Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda intihar cəhdlərinin sayı 20% artıb

"Son bir il ərzində Ermənistanda intihara cəhd edən ölkə vətəndaşlarının sayı əvvəlki illərə nisbətdə 20% artıb"

Bunu Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin kapitanı Tiqran Sarkisyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2018-ci ildə qeydə alınan 500 intihar cəhdindən 108-i ölümlə nəticələnib: “İntihar edənlər əsasən, 40-60 yaş arası kişilərdir. Kədərli nəticəsi olan bu cür intihar cəhdləri əsasən, özünü asmaq yolu ilə edilir.”

Tiqran Sarkisyan vurğulayıb ki, Ermənistanda ən çox intihar cəhdləri paytaxt İrəvanda, Şirak və Lori əyalətlərində qeydə alınıb.

Erməni psixoloq Arkadiy Meqrabyan isə jurnalistlərə bildirib ki, ölkədə baş verən intihar hallarının başlıca səbəbi sosial-iqtisadi vəziyyətin ağır olması və psixi pozğunluqdır. Onun fikrincə, görə, hökumət intihara yol açan səbəblərin aradan qaldırılması üçün davamlı iş görməli, əhalinin yaşayış şəraiti yaxşılaşdırılmalıdır. Əks halda, kütləvi depressiv vəziyyətin qarşısını almaq mümkün olmayacaq və vətəndaşlar çıxış yolunu özünə qəsddə görəcəklər. (azvision.az)

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar