Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan və Gürcüstanın hərbi əməkdaşlığı - Bu əməkdaşlıq nədən xəbər verir?

Natiq Miri: “Gürcüstan hakimiyyəti anlamalıdır ki, Ermənistan üçün sözün əsl mənasında heç bir hüquqi prosedur və yaxud hüquqi sənəd yoxdur”

Ədalət Verdiyev: “Azərbaycan kimi separatizmdən əziyyət çəkən Gürcüstanı Ermənistanla əməkdalıq etməyə sövq edən səbəblərdən biri, yeni hakimiyyətin Fransa ilə, dolayısı ilə oradakı erməni lobbisi ilə əməkdaşlığından, Ermənistanın Avropa ailəsinə yaxınlaşmaq meyllərindən, İrəvanın Gürcüstan vasitəsilə Avropaya və Rusiyaya çıxış əldə etməsindən ibarət ola bilər”.

Dünən Ermənistan və Gürcüstanın müdafiə nazirləri David Tonoyan və Levan İzoriya 2019-cu il üçün hərbi əməkdaşlıq haqqında proqram imzalayıblar. Bu barədə İrəvanda nazirlərin birgə mətbuat konfransında məlumat verilib.

Sənəd Gürcüstanın müdafiə nazirnin Ermənistana ilk rəsmi səfəri çərçivəsində imzalanıb.

“Biz cənab İzoriyanın müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə dair mövqeyi ilə razıyıq. Və 2019-cu il üçün əməkdaşlıq planı imzaladıq”, - deyə Tonoyan bildirib.

Xüsusilə, söhbət tibb işçilərinin,serjant heyətinin hazırlanmasından, hərbi təhsil və korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıqdan gedir.

Tonoyan əlavə edib ki, Ermənistan və Gürcüstan bir-birinin milli təhlükəsizliyinin təmin olunmasına yönəlmiş prioritetləri və qərarlarını anlayır və hörmət edir, daha təhlükəsiz, daha firavan Cənubi Qafqaz ideyasına inanırlar.

Öz növbəsində İzoriya Yerevandakı danışıqların effektiv olduğunu bildirib. O, erməni tərəfinin Gürcüstandakı NATO təlimlərində iştiraka davam edəcəyinə ümid etdiyini bildirib.

Azərbaycan kimi separatizmdən əziyyət çəkən Gürcüstanı Ermənistanla əməkdaşlıq etməyə sövq edən nədir? Bir müddət əvvəl Türkiyə, Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq haqqında saziş imzalamışdı. Həmin sazişin işləmə mexanizmi haqda nə demək olar və hazırda sözü gedən sazişdən tərəflər necə yararlanırlar?

Mövzu ilə bağlı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miriyə və hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.

Natiq Miri: “İrandakı iqtisadi böhrandan istifadə edərək həm Paşinyan hökuməti, həm də İvanaşvili hökuməti pullar qazanmaq istəyirlər. Gürcüstan-Ermənistan yaxınlaşmasına bir də bu konteksdən yanaşmaq lazımdır”.

Təkcə Qərb ölkələri ilə deyil Gürcüstan həm də üçlük formatında - Azərbaycan-Gürcüstan-Türkiyə formatında öz təhlükəsizlik sistemini qurduğunu qeyd edən politoloq əlavə edib ki, buna görə də Gürcüstanın Ermənistanla hərbi sazişi də müxtəlif geosiyasi maraqlara dayanır:

“Əvvəla onu nəzərə almaq lazımdır ki, Gürcüstan Ermənistanla qonşu dövlətdir. Hər bir ölkə qonşusu olduğu digər bir ölkə ilə dostluq münasibətində olmağa çalışır. Təbii ki, bu bilavasitə həmin dövlətin təhlükəsizliyi ilə əlaqəli olur. Gürcüstan da bu yöndə düşünür. Ermənistanla bu cür saziş imzalamaqla özünün təhlükəsizliyini müəyyən mənada təmin etmək istəyir.

Bildiyimiz kimi Ermənistanın Gürcüstanın ərazilərinə, torpaqlarına müəyyən iddiası var. Bu yöndə çox ciddi şəkildə Gürcüstanı narahat edən separatizm təhlükəsi hələ də mövcuddur. Yəni Axalkalakidə əksər əhali ermənilərdən ibarət olduğu üçün zaman-zaman bu separatizm dalğası həmin bölgədə fəaliyyətə başlayır. Bu da təbii ki, Gürcüstanın ərazi bütövlüyü üçün müəyyən təhlükə yaradır. Çünki ən azında Gürcüstan Abxaziya və Osetiya məsələsində artıq öz dərsini Rusiya tərəfindən aldığı üçün bu cür təhlükələrdən sığortalanmağa görə Ermənistanla əməkdaşlığa getmək məcburiyyətində qalır.

Həmçinin bu məsələ təkcə Ermənistandan deyil, həm də Rusiya tərəfindən də zaman-zaman tətiklənir. Bu da təbii ki, Gürcüstan dövlətinə və hakimiyyətinə təzyiq mexanizmi olaraq istifadə olunur. Məsələyə birinci bu prizmadan yanaşmaq lazımdır.

Natiq Miri: “Erməni cəmiyyətinə, erməni xalqına xəyanət xəstəliyi o qədər irsinə oturub ki, açığı onlar üçün sabah Gürcüstanla bağlanan bu sazişə xəyanət etmək heç bir problem yaratmayacaq”.

İkinci isə nəzərə alınmalıdır ki, Gürcüstanın qonşusu olan Ermənistan da Gürcüstan kimi xristian dövlətidir. Hər bir halda ən azından iki xristian ölkəsinin münasibətlərinin və təhlükəsizlik sisteminin bu səviyyəyə çatmasında hər iki dövlət maraqlı ola bilər. Sadəcə Gürcüstan hakimiyyəti anlamalıdır ki, Ermənistan üçün sözün əsl mənasında heç bir hüquqi prosedur və yaxud hüquqi sənəd yoxdur. Çünki erməni cəmiyyətinə, erməni xalqına xəyanət xəstəliyi o qədər irsinə oturub ki, açığı onlar üçün sabah Gürcüstanla bağlanan bu sazişə xəyanət etmək heç bir problem yaratmayacaq.

Həmçinin çox asanlıqla Ermənistan dövləti, eyni zamanda Axalxanakidə yaşayan erməni toplumu çox rahatlıqla Rusiyanın geosiyasi alətinə çevrilə biləcəklər. Yəni Gürcüstan hakimiyyəti bunu gözardı etməməlidir.

Bir məqamı da unutmaq olmaz ki, Gürcüstanda mövcud olan İvanaşvili hakimiyyəti kriminal bir hakimiyyətdir. Yəni qeyri rəsmi olaraq bu hakimiyyətin başında duran İvanaşvili keçmişində böyük pulları necə kriminal yollarla qazanıbsa, bu gün həmin kriminallıqla Gürcüstan dövlətini idarə etməkdədir. Buna görə də bəzi kriminal yollarla pullar qazanmaq üçün təbii ki, İvanaşvili Ermənistandan da istifadə etməkdədir. Qaşılıqlı olaraq bu gün Ermənistan hökumətinin də bu yöndə maraqları mövcuddur.

Məlumdur ki, qonşu İranda bu gün iqtisadi böhran yaşanır. Bu da ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqəlidir. Belə olan halda da sanksiyaları dərmək üçün qeyri-rəsmi olaraq İran öz neftini satmaq istəyir. Belə bir vəziyyətdə İran qeyri-rəsmi neftini oğurluq yollarla məhz Ermənistan vasitəsi ilə Gürcüstana, oradan da Rusiyaya və yaxud da Balkan ölkələrinə keçirə bilirlər.

Natiq Miri: “Gürcüstan öz təhlükəzilik sistemini hansısa, cırtdan Ermənistanla deyil, məhz bu cür üçlük formatında görür”.

Son zamanlar Paşinyanın da bu yöndə Gürcüstana, xüsusilə də Bolnisi bölgəsinə qeyri-rəsmi işgüzar səfəri olmuşdu ki, düşünürəm ki, bunun da kökündə məhz bu məsələlər dayanır. Yəni əslində İrandakı iqtisadi böhrandan istifadə edərək həm Paşinyan hökuməti, həm də İvanaşvili hökuməti pullar qazanmaq istəyirlər. Gürcüstan-Ermənistan yaxınlaşmasına bir də bu konteksdən yanaşmaq lazımdır.

Türkiyə, Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı haqqında saziş var. Bu üçlük formatı bu gün də işləyir. Ayrıca Gürcüstan öz təhlükəzilik sistemini hansısa, cırtdan Ermənistanla deyil, məhz bu cür üçlük formatında görür. Təbii ki, Gürcüstanın strateji planı gələcəkdə Avroatlantik məkanın hərbi strukturuna, NATO-ya inteqrasiya etməklə bağlıdır. Amma hələlik Gürcüstanın NATO-ya qəbul olunması üfüqdə görsənmir. Bu da bilavasitə Rusiyanın ciddi təhlükəsi və təzyiqi ilə əlaqəlidir.

Düşünürəm ki, təkcə Qərb ölkələri ilə deyil Gürcüstan həm də üçlük formatında - Azərbaycan-Gürcüstan-Türkiyə formatında öz təhlükəsizlik sistemini qurur. Buna görə də Gürcüstanın Ermənistanla hərbi sazişi də müxtəlif geosiyasi maraqlara dayanır”.

Ədalət Verdiyev: “Gürcüstan unutmamalıdır ki, onun ən çətin anlarında yanında daim Ermənistanı deyil, məhz Azərbaycanı görüb”.

Azərbaycan həm Türkiyə, həm Gürcüstanla, eləcə də Türkiyə ilə Gürcüstan öz aralarında strateji tərəfdaş olduğunu xatırladan hərbi ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, 10 ildən uzun müddət işğaldan əziyyət çəkən strateji tərəfdaşımızın işğalçı dövlətlə hərbi sahədə belə bir addım atması təbii ki, maraqlarımıza cavab vermir:

Ermənistanla Gürcüstanın müdafiə nazirlikləri hələ 3 il əvvəl 2016 fevralın 1-də Yerevanda hərbi əməkdaşlıq barədə proqram imzalamışdılar. Bu görüş zamanı əsasən müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, sülhməramlı missiyalar, hərbi təhsil, peşəkar hazırlıq və strateji planlaşdırma sahələsində təcrübə mübadiləsi müzakirə edilmişdi. Lakin o zaman ölkələrin siyasi mövqelərinə görə müəyyən fikir ayrılıqları olduğu üçün müqavilə ciddi bir nəticələrə səbəb olmamışdı.

Keçən ilin noyabrın 21-də isə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüşdü.

 

Bu görüşdə tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Ədalət Verdiyev: “Gürcüstanda yeni hakimiyyətə gələn iqtidar son zamanlar Azərbaycanın maraqlarına zidd addımlar atmaqla ən azından 500000 türk əsilli Azərbaycanlıları elektorat olaraq itirmək üzrədir”.

Gürcüstan müdafiə naziri Levan İzoriya və Ermənistan müdafiə naziri David Tonoyanın bu gün baş tutan müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi bildirilir.

Azərbaycan həm Türkiyə, həm Gürcüstanla, eləcə də Türkiyə ilə Gürcüstan öz aralarında strateji tərəfdaşdır. 10 ildən uzun müddət işğaldan əziyyət çəkən strateji tərəfdaşımızın işğalçı dövlətlə hərbi sahədə belə bir addım atması təbii ki, maraqlarımıza cavab vermir. Gürcüstan unutmamalıdır ki, onun ən çətin anlarında yanında daim Ermənistanı deyil, məhz Azərbaycanı görüb. 1995-ci ildə Gürcüstan enerji böhranı ilə qarşılaşarkən, Türkiyə Azərbaycanla birgə enerji dəhlizi yaradarkən, daim Gürcüstanın maraqlarını ciddiyyətlə nəzərə almışıq. Gürcüstana ən böyük sərmayəni də Azərbaycan yatırıb.

Gürcüstanda yeni hakimiyyətə gələn iqtidar son zamanlar Azərbaycanın maraqlarına zidd addımlar atmaqla ən azından 500000 türk əsilli Azərbaycanlıları elektorat olaraq itirmək üzrədir. Bu atılan addımlardan Türkiyə də məmnun deyil. Çünki Gürcüstanın SQ-nin yaradılmasında məhz Türkiyə ən böyük dəstəyi göstərib.

İmzalanan müqaviləni bəziləri tərəfindən strateji əməkdaşlıq haqqında olduğunu iddia etsələr də bu belə deyil. Hələlik Rusiyanın razılığı olmadan İrəvan, Şimali Alyansın da razılığı olmadan NATO-ya daxil olmağa hazırlaşan Gürcüstan özünə əks qütbdən strateji tərəfdaş seçə bilməz.

Ədalət Verdiyev: “Rusiyanın razılığı olmadan İrəvan, Şimali Alyansın da razılığı olmadan NATO-ya daxil olmağa hazırlaşan Gürcüstan özünə əks qütbdən strateji tərəfdaş seçə bilməz”.

Azərbaycan kimi separatizmdən əziyyət çəkən Gürcüstanı Ermənistanla əməkdalıq etməyə sövq edən səbəblərdən biri, yeni hakimiyyətin Fransa ilə, dolayısı ilə oradakı erməni lobbisi ilə əməkdaşlığından, Ermənistanın Avropa ailəsinə yaxınlaşmaq meyllərindən, İrəvanın Gürcüstan vasitəsilə Avropaya və Rusiyaya çıxış əldə etməsindən ibarət ola bilər. Əslində burada Gürcüstanın əldə edə biləcəyi bir mənfəət yoxdur. Burda qazanan yalnız İrəvan ola bilər. Digər tərəfdən isə Ermənistan elə də ciddi bir potensiala malik deyil ki, onun kminləsə əməkdaşlığı bizi qısqandırsın. Sadəcə dost bildiyimiz, daim süfrəmizin başına çəkdiyimiz birisinin bu hərəkətləri təəssüf doğurur.

Türkiyə, Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq haqqında saziş qüvvədədir. Gürcüstanla son aylarda yeni hökümətin atdığı neqativ addımlar təbii ki, həm hərbi, həm siyasi, həm də diplomatik münasibətlərdə müəyyən sərinliyə səbəb olub. Lakin Türkiyə ilə əməkdaşlıq həmişə olduğu kimi ən yüksək səviyyədədir. Bu gün Türkiyənin Qars vilayətində geniş miqyaslı "Qış-2019" təlimlərinin aktiv mərhələsi başa çatdı. Hesab edirəm ki, Gürcüstan hökuməti bəzi detalları unutmamalıdır:

Rusiya qoşunlarının Gürcüstan ərazisini tərk etməsi qərara alındığı zaman, yəni 2007-ci ildə qəbul edilən "Ermənistan Respublikasının milli təhlükəsizlik strategiyası" adlı sənəddə Gürcüstanla münasibətlərə həsr olunan hissədə Cavaxetiya məsələsinin "həlli" açıq-aşkar irəli sürülüb.

Ədalət Verdiyev: “Növbəti böhran anında Gürcüstan hakimiyyəti kimnlə əməkdaşlıq etməli olduğunu anlayacaq”.

Gürcüstanda gedən məlum demokratikləşmə proseslərindən erməni seperatçıları öz maraqları üçün istifadə etməyə çalışaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində reallaşdırdıqları ssenarini, eynilə Gürcüstanda da tətbiq etməyə artıq başlayıblar.

Abxaziyada ermənilərdən ibarət Baqramyan taborunun etdiyi vəhşilikləri Gürcüstan rəhbərliyi unutduğu təqdirdə, yaxın zamanlarda ciddi problemlərlə qarşılaşa bilər. Növbəti böhran anında Gürcüstan hakimiyyəti kimnlə əməkdaşlıq etməli olduğunu anlayacaq.

Hesab edirəm ki, Gürcüstanın siyasi hakimiyyətinin səhvi xalqlarımız arasındakı münasibətlərə xələl gətirə bilməz. Ya səhvlərini anlayacaqlar, ya da siyasi səhnədən gedəcəklər. Azərbaycan- Gürcüstan-Türkiyə xalqlarının əsrlərlə davam edən dostluq münasibətləri bir –iki siyasətçinin imzaladığı kağız parçası ilə sarsıla bilməz”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar