Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimov: “Bu, Fransanın özünün qanunlarına ziddir”

"Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir və bu sektorda əməkdaşlıq üçün münbit şərait yaradılıb"

Bunu Fransada işgüzar səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bu ölkənin Overny-Ron-Alp regionunun prefekti Paskal Melo ilə görüşündə söyləyib.

P.Melo Overny-Ron-Alp regionunun kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. O, bu sahədə ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

İnam Kərimov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr erməni qoşunlarının torpaqlarımızdan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu münaqişə regionun inkişafına böyük maneə yaradır.

Nazir qeyd edib ki, Fransa münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir və vasitəçi ölkə kimi neytral olmalıdır.

“Təəssüf olsun ki, Fransanın bəzi yerli ərazi kollektivləri işğal altında olan Azərbaycan rayonlarına qeyri-qanuni səfərlər təşkil edir və onlarla dostluq xartiyaları imzalayırlar. Bu, həm beynəlxalq hüququn, həm də Fransanın özünün qanunlarına ziddir. İnanırıq ki, prefektura səviyyəsində bu məsələyə ciddi baxılacaq və belə qeyri-qanuni səfərlər ləğv ediləcək”, - deyə İ.Kərimov vurğulayıb.

Nazir iki ölkə arasında siyasi əlaqələrdən də söz açaraq, dostluq münasibətlərinin və tərəfdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.

Prefekt P.Melo Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərini xatırladaraq, səfər çərçivəsində Emmanuel Makronun Fransanın mövqeyini aydın şəkildə bildirdiyini və bu mövqeyin dəyişmədiyini qeyd edib.(modern.az)

pia.az


Etiket: İnam Kərimov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar