Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Putinizm: “Kövrək imperiya”ın xilas yolu - Təhlil

Onsuz rus dövlətinin mövcudluğu mümkündürmü?

Səmir Morqos

“Əl-Əhram” (Misir), 21.02.2019

Rusiya prezidenti Vladimir Putin ən çox təhlil olunmuş və qiymətləndirilmiş müasir siyasətçilərdən biridir. Son on ildə Putin Rusiyası barədə ən azı 50 böyük kitab nəşr olunub. Bəlkə də son dövrlərdə Rusiyanın siyasi hakimiyyətini səciyyələndirmək üçün istifadə etdiyimiz yeganə termin putinizmdir, amma bu siyasi tərzin dünyaya və gələcəyə təsiri necə olacaq?

Putin haqqında yazılmış kitabların opponentləri və müdafiəçiləri var. Lakin əksəriyyət razılaşır ki, bu ağıllı və güclü yanaşmanın kölgəsində, rus tarixinin hazırkı dövründə o, əhəmiyyətli rol oynayıb. Odur ki, Putin dövrü yanaşmasının tərəfdarları putinizmi simvol kimi təsvir edirlər.

Qısaca söyləsək, Rusiyanın mövcud zəifliklərinə baxmayaraq, Putin Rus imperiyasını canlandıra bilər, bəlkə də, bəziləri bunu kövrək və mənasız cəhd saysa da.

Bu, 1999-cu ildə iqtisadi inkişaf naziri olmuş və həmin dövrdə seçki prosesi zamanı Putin hökumətinin müdafiəçilərindən birinə çevrilən German Qreff kimi ekspertlər elitasının nəzəriyyəsidir. “Rusiya böyük tarixi böhranı aradan qaldıracaq və böhranı aradan qaldırmaq üçün bütün siyasi nailiyyətlər və səylərin birləşdirilməsi təmin edilməlidir”.

Yeni Rusiyanı formalaşdırmaq üçün ölkənin məsuliyyət duyğusuna ehtiyacı var. “Yeni Rusiya planı”, ölkənin siyasi formasından asılı olaraq, Rusiyanın təhlükəsizliyi və həyatının təminatıdır (Volter Laker. “Putinizm: Rusiya və 2015-ci ildə Qərblə birlikdə gələcək”).

Başqa sözlə desək, putinizm – təxminən 150 milyon əhalisi olan uğursuz dövlətdən güclü bir dövlətə çevrilmə və qorunub saxlanılma cəhdidir.

O, geniş ərazidə yaşayan 15-60 yaş arasındakı əhalinin 70 faizi Avropa və Asiya – iki qitəni birləşdirən dünyanın ən böyük ölkələrindən biridir (təxminən 18 milyon kv/km). Ancaq Yeni Rus Dövləti sadəcə zəngin təbii ehtiyatların istifadəsi ilə gəlir qazana və yalnız bu sektoru maliyyə mənbəyi hesab etməklə razılaşa bilməz. Buna görə də, təbii elementlərlə birlikdə, təhlükələri adlamaq və milli birlik yaratmaq üçün böyük məsuliyyət tələb olunur.

Beləliklə, Putin imperiya ideyasını Rusiya vətəndaşı ilə birlikdə qaldıra bilər. Rusların ağıl və qan yaddaşında isə belə bir fkir və qəlblərinə yaxın belə bir inanc var: Rusiyanın mövcudluğu imperiya olmadan mənasızdır. Bu, transformasiya prosesində müvəffəqiyyət qazanmaq üçün məhz Putinə lazım olan şey idi.

Putin üç prinsip əsasında Rusiya imperiyasını canlandırmaq üzərində çalışıb: birincisi, slavyan millətçiliyi; ikincisi, pravoslav mədəniyyəti; üçüncü, Ana Vətən Rusiya.

Bu prinsiplərə əsaslanaraq, Rusiya öz coğrafi mövqeyinə güvənə, Avropa və Asiya qitələrinə və oradan bütün dünyaya öz siyasi imkanlarını inkişaf etdirə bilər.

Putin planını işə salmağa müvəffəq olub. Bir çox rus ədəbiyyatı nümunələrində onun diqqəti çarizm və kommunist imperiya keçmişinə yönəldən, xüsusilə də dövlətin əsaslarını və qurumlarını gücləndirməyə cəhd göstərən, millətçilik prinsiplərinə dayaqlanan yeni bir çar kimi təsvir olunur (Stiven Li Mayers. “Yeni Çar”, 2015).

Putinin tarixi məsuliyyəti aşağıdakı şəkildə kristallaşır:

Birincisi, iqtisadi fəaliyyətə xalq dəstəyi, xüsusilə orta təbəqə arasında. Həm də elitanın bütövlüyü yaradılır.

İkincisi, hakimiyyətdə həlledici rol oynamaq istəyən hər kəslə qarşıdurma.

Üçüncüsü, ictimai maraqları nəzərə alan şirkətlərə dəstək.

Dördüncüsü, maliyyə sistemində islahat.

Beşincisi, texnoloji və hərbi imkanların artırılması.

Altıncısı, iqtisadi və təhlükəsizlik müqavilələrinin aydın məsuliyyətlə imzalanması.

Yeddincisi, bütün sahələrdə beynəlxalq iştirak.

Bu yeddi element Sovet İttifaqı dağıldıqdan sonra, 90-cı illərdə Rusiyanın buraxdığı iqtisadi siyasətin əsas səhvlərini düzəltməli idi. Bu baxımdan vurğu layihələr və iş imkanları yaratma, özəl sektora dövlətin nəzarəti və lobbiçiliyin yenidən qurulması ilə, daha çox rəqabətli özəlləşdirməyə yönəldilib.

Kommunizmin qayıdışına mane olmaq üçün hökumət məzənnələri sərbəst buraxıb. (Cozef Stoqlitz. “Hökumət strukturunun bərpasında siyas liderlərin rolu: 2015-ci ildə Putin Rusiyası”).

Şübhəsiz, ruslar “yeni çar planı”nı qəbul edib və seçkilərdə öz səsləri ilə onu təsdiqləyblər. Lakin bu, mütləq və ya şərtsiz təsdiq deyil. Onlar bu modeli qəbul ediblər, çünki bu model rus vətəndaşlarının əsas həyati ehtiyaclarına cavab verib. Həmçinin, bu modelin bir vəzifəsi demokratikləşmənin davam etdirilməsidir. Buna görə də, bir tanınmış jurnalist Rusiyanı “Zərif imperiya” adlandırıb.

O həm də rusların sevgi və nifrət arasında, yəni Putinə dəstək və müxalifət arasında ziddiyyətli emosional əlaqəyə necə girdiyini izah edir.

Putin, həmçinin Rusiyanın iqtisadi, hərbi, texnoloji, regional və beynəlxalq statusunu bərpa edib, ölkəni dağılmanın astanasından qaytarıb. Digər tərəfdən, rus kapitalizminə iqtisadi bazarları təqdim edə bilib. Lakin o, rus cəmiyyətini gücləndirə və onları bir çox təhdidlərdən sonsuzadək xilas edə bilməz.

Tərcümə: Strateq.az

pia.az

Etiket: Putin Rusiya

Şərh yazın.

loading...