Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türküstanın şərq sərhədlərini qorumaq - “Üçüncü böyük oyun” burada səhnəyə qoyulacaq...

Bizə “Şərqin və ya Qərbin himayəsinə girin” deyirlər. Buna boyun əyməməliyik.

İbrahim KARAGÜL
“Yeni Şafak” qəzeti, Türkiyə, 21 fevral 2019-cu il

Xəbər belədir: ABŞ Suriyaİraqdakı İŞİD-çiləri Çin sərhəddinə yaxın yerlərə, Türküstanın şərqinə yerləşdirməyə çalışır. Çin də Tacikistan torpaqlarında hərbi baza yaradır. ABŞ və Çin arasında Şərqi Türküstana, Tacikistana, Əfqanıstana, ümumi mənada Türküstanın şərqinə təsir edəcək müdhiş bir hesablaşmanın səsləri indidən eşidilir.

Bu sadə bir xəbər ola bilər. Sadəcə təhlükəsizliklə bağlı mövzulara marağı olanların diqqətini çəkən bir xəbər ola bilər. ABŞ və ya Çin təbliğatı da ola bilər. Yaxud da İŞİD vasitəsilə bölgədə təlaş yaratmaq cəhdi də ola bilər. Yəni bir çox şey ola bilər... Amma bu xəbər heç də o qədər bəsit deyil.

Düşüncələrimizi, gözümüzü açmalı, bu kiçik görünən xəbərin nələrə yol aça biləcəyini indidən təxmin etməliyik.

“Üçüncü böyük oyun” ABŞ və Çin arasında Türküstanda başlayır...

Əfqanıstan vasitəsilə Rusiya və İngiltərə arasında baş verən və tarixə “Böyük oyun” adı ilə daxil olan rəqabətdən sonra, ABŞRusiya (SSRİ) arasında yenə Əfqanıstan vasitəsilə çox böyük bir hesablaşma baş vermişdi. 1979-cu ildə başlayan Əfqanıstan işğalı və ardınca gələn müqavimət, müsəlman bir ölkə vasitəsilə aparılan hesablaşma Sovet hökumətinin devrilməsi ilə nəticələndi. Bu, “İkinci böyük oyun” idi.

İndi ABŞ və Çin arasında “Üçüncü böyük oyun” dönəmi başlayır və bu hesablaşma Əfqanıstan, Tacikistan və Şərqi Türküstan üzərindən aparılacaq. Daha doğrusu, Türküstanın şərqi ABŞ və Çin kimi qlobal miqyasda güclü olan iki dövlətin hegemonluq savaşında səhnə olacaq.

Bəs biz harada duracağıq? Necə söz və güc sahibi olacağıq?

ABŞ-Çin rəqabətinin detallarına girməyəcəyəm. Bu, başqa bir yazının və ya yazıların mövzusudur. Məni ən çox Türküstanın şərqində baş verəcək hadisələr maraqlandırır. Və biz bu coğrafiyanın insanları olaraq, müsəlman dünyası, türk dünyası olaraq bu hadisələrə necə baxacağıq? Nə cür reaksiya verəcəyik? ABŞ-ın tərəfində duracağıq, yoxsa Çinin öncəliklərinə mi uyğunlaşacağıq? Yoxsa öz duruşumuzu, prinsiplərimizi inşa edib, ona uyğun mu davranacağıq?

Bu savaşların heç biri bizim savaşımız deyildi. Zəif nöqtələrimizdən istifadə etdilər...

Afrikanın dərinliklərindən Orta Şərqin hər yerinə, Əfqanıstanın işğalından Liviyaya, ərəb dünyasındakı daxili toqquşmalardan məzhəb münaqişələrinə, Türkiyəyə qarşı zərbə və çoxmillətli hücum cəhdlərindən Suriyanın şimalındakı terror koridoruna, ərəb-fars mübarizəsindən yeni başlamış ərəb dünyasını Türkiyəyə qarşı qızışdırmaq planlarına qədər şahid olduğumuz bütün böhranların heç biri bizim problemlərimiz deyildi. Bəli, bizim səhvlərimiz zəifliklərimiz, qəzəbimiz, bir xeyli də problemimiz var. Amma bu toqquşmalar, işğallar, terror əməliyyatları, ölümlər, aşağılamalar, ərazinin talan edilməsi bizim davamız deyildi. Qlobal miqyasda güc mübarizəsinin tərəfləri bizim zəifliklərimiz üzərindən işğallar və təhlükəsizlik strategiyaları müəyyənləşdirib və apardıqları savaşları da həmişə bizim çatışmazlıqlarımız vasitəsilə reklam edib.

Əfqanıstanın və İraqın işğalına, Suriya və Yəmən savaşına, Liviyanın işğalına, ümumiyyətlə, son 30 ildə ağlınıza gələn hər böhrana baxın. Heç biri bizim savaşımız deyildi. Sadəcə olaraq bizim torpaqlarımızda, bizim qanımızla bəslənən, bizdən güllə kimi istifadə edərək apardıqları müharibələr idi.

Şərqin və ya Qərbin əlindəki silah olmaqdan nə zaman xilas olacağıq?

Müsəlman dünyası Qərbin və ya Şərqin əsgəri, gülləsi olmaqdan xilas edilməlidir. Ən böyük mövzumuz elə budur.

Müsəlman dünyası başqalarının savaşını öz savaşı zənn etməkdən və bu savaşları daxildən yaradanlardan xilas olmalıdır.

Qərb, Atlantik bucağı müsəlman dünyasına yönəlmiş bütün savaşlarda elə müsəlmanlardan istifadə edib. İslama həm özü hücum etmiş, həm də İslamı içəridən məhv etməyə çalışmışdır. Qərb digər düşmənləri ilə mübarizə apararkən də müsəlmanlardan bir silah kimi istifadə etməyi bacarıb. 21-ci əsrin ən dəhşətli vəziyyəti budur. Bu həqiqəti heç kim, heç bir bəhanə ilə rədd edə bilməz.

Söz yaratmayanlar tərəf saxlamış olurlar. İngilis boyunduruğundan bəri bu, belədir...

ABŞ, İngiltərə, Fransa və ya digər qərb ölkələri ilə yanaşı, indi də Çin eyni yolu gedir. O da müsəlman qəzəbindən istifadə edir və yaxın münasibət yaratdığı müsəlman ölkələrini Qərbin qarşısına yerləşdirməyə çalışır.

“Üçüncü böyük oyun” əsas olaraq Türküstan ərazisində qurularkən bəs biz nə edəcəyik? Necə bir mövqe ortaya qoyacağıq? ABŞ-a və yaxud da Çinə haqq qazandırmaqdan başqa, ortaya bir fikir qoya biləcəyikmi? Son vaxtlarda Şərqi Türküstan üzərindən aparılan müzakirələrin məcrası göstərir ki, biz Çin zülmü və ABŞ-ın bu zülmlərdən istifadə etməsi arasında ilişib qalmışıq.

Tərəf olmaq asandır. Çünki istənilən bir tərəfdə olduqda haqlı səbəblər tapmaq çox asandır. İngilis-alman boyunduruğu ilə bağlı müzakirələrdən bu yana bu tərəfkeşliyi aşmaqda çətinlik çəkirik. Nəticə olaraq, çətini seçib gələcəyə işıq tuta bilmirik.

“Ya Qərbin, ya da Şərqin himayəsinə girin” deyirlər. Buna boyun əyməyəcəyik!

“Üçüncü böyük oyun”da nə olacağını deyim: Hər iki tərəfin toqquşmasında da müsəlmanlar ən qabaqda yer alacaq. ABŞ və Çin üçün öləcəklər. Öz torpaqlarında, öz mübarizələri üçün savaşdıqlarını zənn edəcəklər. İslamla müharibə edən Qərbin müsəlmanlardan necə əsgər kimi istifadə etdiyini bir daha görəcəyik. Çinin ABŞ ilə imperial hesablaşmasını müsəlman torpaqları və qanı ilə aparacağını görəcəyik.

Niyə coğrafi bir düşüncə yarada bilmirik? Bizə “ya Qərbin, ya da Şərqin himayəsinə girin” deyirlər. Bəzilərimiz Qərbin, bəzilərimiz isə Şərqin - hər kəs haqlı hesab etdiyi ölkənin kölgəsinə sığınır. Çünki bizə boyunduruqdan başqa heç nə məsləhət görmürlər.

Bizə ölkəmiz üçün, ölkə camaatı üçün gələcək yönümlü bir perspektiv yaratmağı qadağan edirlər. Biz də boyun əyib ikisindən birini seçirik. Sonra düşdüyümüz qeyri-qanuni vəziyyətə haqq qazandırmağa çalışırıq.

Bunu sadəcə Türkiyə edir və hər tərəfdən hücuma məruz qalır.

Təkcə Türkiyə bir şeylərə meydan oxumağa, tarixi bir mövqe göstərməyə, coğrafi bir idrak yaratmağa və azadlıq anlayışı inşa etməyə cəhd edir. Buna görə də, hər tərəfdən hücumlara məruz qalır. Hətta bu hücumları belə daxili siyasi səbəb kimi istifadə etməkdən utanmırıq.

Əvvəlki yazımda belə bir müzakirə yaratdım: “İslamı, müsəlmanları bütün mədəniyyətlərlə toqquşdurmağa çalışırlar. Yer üzünün bütün mədəniyyətlərinin ortaq problemi halına gətirmək istəyirlər. Qərb İslamla olan savaşına Buddist və Hindu mədəniyyətlərini də qarışdırmağa çalışır. İslamı Şərqdən də işğal edirlər”. Gördüm ki, heç kim dünyaya bu cür baxmır.

Əgər biz öz sözümüzü deyə bilsək və buna uyğun bir güc inşa etməsək, 21-ci əsr ərzində ölkəmizin hər yeri talan ediləcək. Türküstanın şərqinə bir az da bu gözlə baxaq, məncə.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar