Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araz Ağalarov 40 milyardlıq layihədə iştirak edə bilər

Azərbaycanlı iş adamı, milyarder Araz Ağalarova məxsus “Crocus Group” holdinq Rusiyanın “Vostoçnı” kosmodromunun tikintisində “Roskosmos”un yeni podratçısına çevrilə bilər

Bu barədə “RBK” və “The Bell” saytlarına “Roskosmos”un strukturuna yaxın mənbələr bildirib.

Mənbələrin sözlərinə görə, hələ ki, “Crocus Group”la danışıqlar aparılır. Ehtimal olunur ki, A. Ağalarovun şirkəti “Anqara” raketi üçün start kompleksini inşa edəcək. Lahiyənin qiyməti 40 milyard rubl (təxminən 1,036,000,000 manat) qiymətləndirilir.

Ağalarovun holdinqinin layihəyə dəvət olunması əvvəlki baş podratçı “Kazan” İstehsalat Tikinti Birliyinin işlərə vaxtında başlamaması ilə əlaqədar olub.

“RBK”nın mənbəsi “Crocus”un dövlət korporasiyasının podratçısı olma ehtimalının 90% olduğunu vurğulayıb.

Qeyd edək ki, Araz Ağalarov ötən il 1,8 milyard dollar sərvəti ilə Rusiyanın zəngin insanları arasında 54-cü yerdə qərarlaşıb. (qafqazinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar