Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bahar Muradova: “İnsanların bu hüquqları məhdudlaşdırıla bilməz”

Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib

İclasın əsas mövzusu “Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” olub.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında təhlükəsizlik, sabitlik və inkişafın önəmindən danışıb. Bildirib ki, 2008-ci il qəbul edilən Helsinki sənədində insan hüquqlarının qanunun aliliyi və demokratiya ilə əlaqəli olduğu və bir-birini tamamladığı göstərilib. Bəzi hallarda ziddiyyətli səbəblər üzündən insan hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına baxılır: “Bunun üçün, əlbəttə ki, hüquqi baza mövcuddur. Təbii ki, yaşamaq, işgəncəyə məruz qalmama, insanların şərəf və ləyaqətinin qorunması hüquqları məhdudlaşdırıla bilməz. Lakin bu sahədə mövcud olan vəziyyət göstərir ki, bu, heç də hər zaman mümkün olmur. Təəssüflər olsun ki, fövqəladə şəraitdə insan hüquqları kimi anlayış mövcuddur”.

B.Muradova xüsusilə vurğulayıb ki, sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: “Qaçqın və məcburi köçkünlərin problemləri mənə çox yaxındır. Mənim ölkəmi ikiyə bölən təmas xətti seçildiyim dairənin mərkəzindən keçir”.

Deputat bildirib ki, fövqəladə hallara uyğun vəziyyətdə yaşayan insanların – qadınların, uşaqların və yaşlıların həyatı ciddi təhlükə altındadır: “Biz diqqəti onların təhlükəsiz və qorxusuz həyat təminatına yönəltməliyik. Bu məhdudiyyətlər fövqəladə şəraitin tələblərinə uyğun olmalı və yalnız nadir hallarda tətbiq edilməlidir”. (azərtac)

pia.az


Etiket: Bahar Muradova

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Ən çox oxunanalar