Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Paşinyana dəstək verəcəkmi? - Şərh

"ABŞ-Ermənistan əlaqələri uçuruma gedir. Baş nazir Nikol Paşinyanın Rusiya ilə strateji tərəfdaşlığı xarici siyasət konsepsiyasında elan etməsi ABŞ-ın dəstəyindən məhrum olmasına gətirir"

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, artıq Vaşinqtonda İrəvanın apardığı siyasətə inam yoxdur:

“Demək olar ki, inqilabdan gözlənilən nəticələr əks-effekt verir. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Cənubi Qafqaz siyasətini kurasiya edir. Burada əsas strateji plan Ermənistanı Rusiyanın siyasi orbitindən çıxarmaq və Qarabağ münaqişəsinin həllinə nail olmaqla Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması daxil idi. Paşinyan əvvəlcədən razılaşdırılmış planın əksinə gedərək, Rusiyanın istəyi ilə Suriyaya hərbçilər göndərdi, Qarabağ danışıqlarından yayındı. Buna cavab olaraq Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın ABŞ səfəri Dövlət Departamenti tərəfindən qəbul edilmədi. Bununla yanaşı Suriyaya hərbçilər göndərməsinə sərt reaksiya verdi. Təbii ki, bundan sonra İrəvan Vaşinqton əlaqələri yüksək səviyyədə olmayacaq. Zənnimcə, ABŞ Ermənistana və Qarabağdakı separtçılara maliyyə yardımını kifayət qədər azaldılacaq”.

Şərhçi daha sonra deyib:

“Vaşinqton Paşinyana ona görə dəstək vermişdi ki, ölkəsində Qərbə inteqrasiya siyasətini prioritet elan edəcək və problemlərin həllinə çalışacaq. Paşinyan isə problemləri artıraraq beş illik fəaliyyət proqramında Rusiyanın ölkəsində patronajlığına hüquqi zəmin yaratdı. Qarabağ danışıqlarında separatçıların tərəf kimi danışıqlar masasına gətirməyə cəhd edir. Baş verənlər fonunda Azərbaycan İrəvanın bu destruktiv siyasətinə qarşı Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-dan tam dəstək ala bilər. Həmçinin, ABŞ-dan silah ixracını genişləndirə bilər”.

M.Əsədullazadə onu da bildirib ki, Gürcüstan və Ermənistanın Rusiya ilə yaxınlaşmaq cəhdləri fonunda regionda ABŞ-ın əsas etibarlı və strateji tərəfdaşı Azərbaycandır:

“Zənnimcə, artıq Vaşinqtonda da bunu anlayırlar. Ona görə də son aylarda Vaşinqton sülh qarşılığında Azərbaycana yeddi rayonun qaytarılmasını Ermənistandan tələb edir”.

Qeyd edək ki, rəsmi Vaşinqton Ermənstanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ABŞ-a səfərini təxirə salıb. Buna səbəb olaraq Ermənistanın Rusiya ilə birlikdə Suriyaya humanitar və hərbi yardım göndərməsi göstərilir.

Rəsmi İrəvan Suriyaya humanitar yardım göndərməsinə haqq qazandırmaq üçün müxtəlif əsaslar göstərsə də ABŞ Dövlət Departamenti hələlik bunları yetərli saymır. Məlumata görə, Z.Mnatsakanyanla ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub, amma bu da vəziyyəti dəyişməyib. “Hraparak” qəzeti yazıb ki, Ermənistan tərəfi xarici işlər nazirinin Vaşinqtona səfərini və ABŞ rəsmiləri ilə görüşləri çoxdan gözləyir və buna hazırlığa xeyli vaxt sərf edibmiş.

Ou da qeyd edək ki, fevralın 8-də Ermənistan 83 nəfərlik heyətlə Suriyaya humanitar yardım göndərib.

pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar