Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlar niyə axirətə inanırlar?  

Bəşərin axirətə imanının əsil mənşəyi - İlahi peyğəmbərlər (ə) vasitəsilə elan olunan vəhydir

Quranda bu dediklərimizə şəhadət verəcək iki minə yaxın ayə vardır. Bu ayələr müxtəlif şəkildə axirətdən xəbər vermiş və insanları məlumatlandırmışdır.

"Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?". ("Casiyə" 23).

PİA.AZ deyerler.org-a istinadən bildirir ki, tarix boyu insanlarda belə sual yaranmışdı ki, bəs Allah dağılmış sümükləri axirətdə necə bir yerə yığıb, onlara can verəcəkdir? Allah Təala da dəfələrlə bu sualın cavabını verməyə çalışmışdır.

"Məgər görmədilər (bilmədilər)mi ki, Allah canlı məxluqları (dünyada) necə vücuda gətirir, sonra isə onları (öldükdən sonra, axirət aləmində) yenidən qaytaracaqdır?! Şübhəsiz bu, (iş) Allah üçün asandır". ("Ənkəbut" 19).

İnsanlara daha aydın olması üçün, Allah Təala dünyada buna nümunə olan işlər görmüşdür. O cümlədən:

1. Bəni-İsrayildən olan kişinin inəyin ətini toxunduran kimi canlanması.

2. Şimşək vasitəsilə ölən Bəni-İsrayildən olan bir dəstənin canlanması.

3. Həzrət İbrahim (ə) tərəfindən öldürülən quşun canlanması.

4. Ölülərin Həzrət İsa (ə) tərəfindən canlanması.

5. Ölüm qorxusundan diyarlarını tərk edən insanların canlanması.

Allah Təala Qurani-Kərimdə Həzrət Peyğəmbərə (s) əmr edir ki, axirətə inanmayanlara onu inandırmaq üçün and içə bilər ."Və səndən "görəsən o (Qiyamət, savab və cəza) haqdır?" (deyə) xəbər alırlar. De: "Bəli, Rəbbimə and olsun ki, o, haqdır və siz əsla aciz qoyan (mənim Allahımın əzabından qaça bilən) deyilsiniz"". ("Yunus" 53).

Qurani-Kərim buyurur ki, Qiyamətin baş verəcəyi xəbəri haqdır. "Ey insanlar, öz Rəbbinizdən qorxun. O gündən qorxun ki, heç bir ata (o günün əzabından) heç bir şeyi öz övladından uzaqlaşdıra bilməz, övlad da öz atasından heç bir şeyi kənarlaşdırıb, uzaqlaşdıra bilməz. Şübhəsiz, Allahın vədi haqdır. Belə isə dünya həyatı sizi məğrur etməsin və hiyləgər şeytan sizi Allah barəsində aldatmasın!". ("Loğman" 33).

"Qiyamət günü mütləq gələcəkdir (və əqli və nəqli dəlillər baxımından) onun barəsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir". ("Ğafir" 59).

"Onlara (Qiyamət günü) nə bir qorxu var, nə də qəmgin olarlar". ("Bəqərə" 62).

Beləliklə deyə bilərik ki, bəşər axirətə ona görə inanır ki, Allah Təala onlara inandırıcı vəhylər nazil edir və məhz bu vəhylərin sayəsində insanlar özlərini axirətə hazır edirlər.

pia.az


Etiket: Axirət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar